Icma.az
close
up
RU
“İmişli”nin baş məşqçisi Namiq Ələsgərovun qolunu təriflədi

“İmişli”nin baş məşqçisi Namiq Ələsgərovun qolunu təriflədi

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“İmişli” futbol komandasının baş məşqçisi Ervins Perqons Azərbaycan Premyer Liqasının 10-cu turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin nəticədən məyus olduğunu bildirib.

“İlk növbədə hər iki komandanın azarkeşlərinə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Belə şəraitdə oynamaq həqiqətən çox xoşdur. Bu stadionda oynamağın çətin olduğunu bilirdik. Azarkeşlərin yaratdığı təzyiqə hazır idik. Ümumilikdə komandamızın çıxışını yaxşı qiymətləndirirəm, amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz üç xal qazanmaq idi. Təəssüf ki, rəqib gözəl qol vurdu, biz isə imkanlarımızdan yararlana bilmədik. Nəticədən çox məyusam, amma futbolçularımın göstərdiyi oyunla fəxr edirəm”.

Baş məşqçi məğlubiyyətin əsas səbəblərindən də danışıb:

“Əsas səbəb rəqibin qol vurması, bizim isə fərqlənə bilməməyimizdir. Onlar imkanlarından istifadə etdilər, biz isə yox. Amma deyə bilmərəm ki, rəqib bizdən daha yaxşı komanda idi. Oyunun müəyyən hissələrində biz geriyə çəkildik, onlar daha fəal oldular. Digər epizodlarda isə topa daha çox nəzarət etdik, irəlidə pressinq tətbiq etdik. Hər iki tərəf üçün gərgin qarşılaşma oldu. Futbol səhvlər oyunudur. Biz qayda pozuntusuna yol verdik, rəqib isə cərimə zərbəsini dəqiq yerinə yetirdi”.

Perqons "Kəpəz"in futbolçusu Namiq Ələsgərovun vurduğu qolda qapıçının məsuliyyəti ilə bağlı sualı da cavablandırıb:

“Düşünürəm ki, çox yaxşı zərbə idi. Qapıçının hərəkətləri barədə geniş fikir bildirmək istəmirəm, çünki qapıçılar üzrə məşqçi deyiləm. Yəqin ki, həmin epizodu qapıçılar üzrə məşqçimizlə birlikdə təhlil edəcəyik. Mənim gördüyüm isə çox gözəl zərbə idi”.

Mütəxəssis həftəiçi keçirilən kubok qarşılaşmasının komandanın fiziki hazırlığına təsir etdiyini də vurğulayıb:

“Həftəiçi kubok oyunumuz var idi. Təəssüf ki, bəzi futbolçularımıza istədiyimiz qədər istirahət verə bilmədik. Buna baxmayaraq, komandanın sona qədər göstərdiyi enerjini və mübarizəni bəyəndim. Hətta hesabı bərabərləşdirmək üçün mərkəz müdafiəçimizi hücuma göndərdik. Düşünürəm ki, bu mövsüm həmin stadionda bizim qədər cəsarətlə oynayan çox komanda olmayıb. Digərləri əsasən müdafiəyə çəkilib gözləyirdilər. Biz isə cəsarətli futbol nümayiş etdirdik. Futbolçularımız buna görə təqdirə layiqdirlər”.

Baş məşqçi stadiondakı atmosferin onun üçün xüsusi təcrübə olduğunu da qeyd edib:

“Həyatımda çox gözəl stadionlar görmüşəm, amma məşqçi kimi belə atmosferdə ilk dəfə çalışırdım. Futbolçularımızın bir çoxu üçün də bu, ilk təcrübə idi. Oyundan əvvəl onlara dedim ki, futbolçu və məşqçi olaraq hamımız məhz belə anların xəyalını qururuq. Uşaqlıqdan futbola başlayan hər kəs dolu tribunalar qarşısında oynamaq istəyir. Futbol azarkeşlər üçündür. Hər iki komandanın tərəfdarlarına bir daha təşəkkür edirəm. Onlar futbolçuların öz keyfiyyətlərini göstərməsi üçün möhtəşəm şərait yaratdılar”.

Qeyd edək ki, “Kəpəz” - “İmişli” qarşılaşmasında yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri