İmişlinin icra başçısı niyə camaatın yanına gəlmədi? Ərizəsin yazsın çıxsın….. Yeni Gündəm
Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.
İmişlidə olanları Avropada erməni çörəyi yeyənlər bunu tamam başqa başqa istiqamətə yönləndirdilər. Heç kəs istəməz ki, kiminsə övladını vurub öldürsün. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı?
Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı.
”Yeni Gundem” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orda öldürəcəkdilər? Əksinə qabaqlarına polis düzdülər. Bu insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canımız Prezidentə fədadır”. Millət vəkili İmişlidəki qəzadan sonra saxlanılanların bağışlanmasını istəyib:
“Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasınlar, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun camaatın qabağına çıxmağa üzü yoxdursa, onda gedib ərizəsini yazıb çıxsın, evinə getsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Fevral 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















