Icma.az
close
up
RU
“İmişli”nin nəyi çatmır?

“İmişli”nin nəyi çatmır?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Kəpəz”lə oyundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilyaya maraqlı bir sual verilib:

“Mövsümün əvvəlində azarkeşsiz, stadionsuz sonuncu olacağınız deyilirdi. Bu sizi motivasiya edirdi, yoxsa əksinə?” Kaşkilyanın bu suala cavabı xeyli maraqlı və düşündürücü alınıb: “Çətinliklər, ağır şərtlər komandanın əsl xarakterini göstərir”.
Cənab Kaşkilyanın bu cavabını alqışlayıram. Onu da əlavə edirəm ki, mövsümün əvvəlində çoxları kimi mən də “İmişli” rəhbərliyinin seçiminə istehza ilə yanaşırdım, əcnəbi çalışdırıcının qışa qədər komandadan göndəriləcəyini düşünürdüm. Amma o və onun güvəndiyi futbolçular əksini sübut etməyi bacardılar.
23-cü turun “Şamaxı” – “İmişli” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov rəqibin oyun üslubunu tənqid etmişdi. Demişdi ki, “İmişli” çempionatda ən çox heç-heçə edən komandadı, onlar meydanda futbol oynamaqdan daha çox rəqibi dayandırmağa köklənirlər. Elə həmin vaxt “İmişli” ilə “Şamaxı”nın heç-heçə sayı təxminən eyni idi. Turnir cədvəlinə bir daha nəzər salıram. “Şamaxı” bu 29 tur ərzində 11 oyundan bərabərliklə ayrılıb. Maraqlıdı ki, “İmişli”nin də heç-heçə oynadığı qarşılaşmaların sayı elə 11-ə bərabərdi. “Şamaxı” “İmişli”ni 3 xal qabaqlayır. Amma bir məqam var ki, onu nəzərdən qaçırmaq olmaz. Bu da “İmişli”nin “Sumqayıt”ı məğlub etdiyi qarşılaşmadı. Həmin görüşdə protokoldakı səhvə görə “İmişli”nin qələbəsi əlindən alınmış, komandaya texniki məğlubiyyət verilmişdi.
Əsla Kaşkilya ila Abbasov arasında paralellər aparmaq fikrində deyiləm. Əvvəla ona görə ki, istənilən müqayisə qüsurludu. İkincisi, ortada danılması mümkün olmayan böyük bir fakt var. Həmin fakt da ondan ibarətdi ki, “İmişli” ilə “Şamaxı”nın sahib olduğu imkanlar eyni deyil. “İmişli” sözün bir qədər kobud mənasında didərgin həyatı yaşayır. Məşqlərini Bakıda keçirən “İmişli” rəqiblərini Qubada qəbul edir. O Qubada ki, ora səfər edən hər komanda meydançanın vəziyyətindən şikayətlənir. Qaragünlü “İmişli” isə hər ev oyununu o qazonun üzərində keçirməyə məcburdur. Kimsə deyə bilməz ki, “İmişli”nin büdcəsi “Şamaxı”dan çoxdur. “Şamaxı”nın doğma rayonda stadionu da var, azarkeş dəstəyi də. Hələ mən milli komandanın baş məşqçisi təyin edilən Ayxan Abbasova verilən dəstəkdən danışmıram. AFFA-nın bir əli onun üzərindədi. Mətbuat da milli komandanın adına və yerli mütəxəssisin mühüm posta təyinatına görə Ayxan bəyə əlindən gələn dəstəyi verir. Sonda “Şamaxı” da “İmişli” ilə aşağı-yuxarı eyni sayda xal toplayır. Biri heç-heçə edəndə olur fədakarlıq, o birinin bərabərliyi isə antifutbol adlandırılır, ələ salınır.
“Sabah” və “Neftçi” ilə oyunlar “İmişli” üçün xeyli ağır keçdi. Sanki bu məğlubiyyətlər komandanı “sındırmadı”. Ondan sonra “Turan Tovuz” Qubadan (!) çətinliklə bir xal apardı. Davamı isə “Qəbələ” və “Kəpəz” üzərində qələbələrlə gəldi. Özü də “quru” hesabla. Deməli, bizim nə düşündüyümüzdən asılı olmayaraq, “İmişli” öz yoluyla gedir, nəticələrini qazanır. Çatışmayan doğma meydan, azarkeş dəstəyidi. Onlar da olsa, Aran komandası daha yaxşı nəticələr qazana bilər. Gerisini klub rəhbərliyi düşünsün, bu klubu doğma rayonuna qaytarsın.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Aprel 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri