Icma.az
close
up
RU
İmkan elə, nəticə belə hamı inkişaf edir…

İmkan elə, nəticə belə hamı inkişaf edir…

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Özbəkistan millisi FIFA reytinqində 50-cı sırada qərarlaşıb. Komanda tarixində ikinci dəfə TOP-50 ölkələrinin siyahısına düşüb. Özbəklər sonuncu dəfə 2016-cı ildə bu pillədə yer alıb.

Asiya zonası üzrə seçmə mərhələlərdə uğurlu çıxış edən Özbəkistan yığması həm də gələn il keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Azərbaycan yığması isə FIFA reytinqində 127-ci sıradadır… Özbəklərdən dəfələrlə uzaqlarda. Futbolumuzun imkanları, yaradılan şərait, xərclənən pullara nəzər saldıqda, biz özbəklərdən üstünük. Lakin nəticə tamam fərqlidir.

Elə bu ilin aprelində Özbəkistanın U-17 yığması Asiya Kubokunu qazanıb. Böyüklərdən bir uğur, balacalardan bir. Biz isə bir neçə gün əvvəl U-21 komandamızın Cəbəllütariqə 1:0 hesabıyla qalib gəlməsinə sevinirik. Axı Avropa çempionatının seçmə mərhələsində ilk qələbəni qazandıq…

Reytinqdə özbəklərlə yanaşı, daha kimlərdən geridəyik… Şimali Makedoniya yığması, ölkədə futbol üçün yaradılan şərait, çempionatın səviyyəsi bizdən qat-qat geridir. Müqayisə üçün, onların çempionu “Şkendiya” çempionumuz “Qarabağ”dan Çempionlar Liqasında 5 qol buraxdı. Fərq ortadadır. Lakin makedonlar FIFA reytinqində 65-cidir.

Siyahını genişləndirək – Bolqarıstan. Reytinqdə 88-cidirlər. Biz sonuncu dəfə nə vaxt “100-lüy”ə düşmüşük? Unudulub. Bundan əvvəl 123-cü sırada idik, sevinirdik, irəliləməyimizə həsəd aparırdıq…

Belarus yığması – komandaları avrokuboklarda “Qarabağ” səviyyəsindən çox uzaqdadır. Milliləri də ciddi nəticə verə bilmir, amma reytinqdə bizi qabaqlayırlar – 99-cudurlar.

Futbolu durğunluq dövrünə keçən Lüksemburq da bizdən üstündür. 6 pillə geriləyib 103-cü sıraya düşüblər. Yenə bizdən 24 pillə irəlidə.

Siyahını say-say bitməz. FIFA reytinqi milli komandalar üçün önəmli amildir. Bu il qəbul edilən AFFA İnkişaf Strategiyasında millinin reytinqdə 75-ci sırada olması hədəflənib. İndiki mövqedən iki dəfə daha yaxşı yerdə. Amma nə ilə? Limitin ləğvindən sonra yerlilərin kənarda qalmasıyla nəticələri pisləşən milli komandalarlamı? Aşağı yaş qrupları bir dərd, böyükləri bir dərd olan yığma ilə?

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Noyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri