Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

İmmunitet nədir və onu necə gücləndirmək olar?

İmmunitet nədir və onu necə gücləndirmək olar?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Orqanizmin xəstəliklərlə mübarizə aparması üçün immun sisteminin güclü olması vacibdir.

Son günlər yayılan viruslar, xəstəliyə tutulan insanlar arasında daha çox immun sistemi zəif olanların dünyasını dəyişməsi immuniteti gücləndirməyin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir.

Saglamolun.az mövzunun aktuallığını nəzərə alaraq həkim Füzuli Hüseynovun məqaləsini təqdim edir.

İmmunitet nədir?

İmmunitet nədir sualına ilk cavab "orqanizmin xəstəliklərə qarşı müqavimət gücü" olur. Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə az məruz qalsın və tutulduqda da onları rahat keçirsin? Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görürlər.

Allah bizim hamımıza bəlli bir ömür vermişdir, biz bu ömrü sağlam da yaşaya bilərik, xəstə də. Elə yaşamaq lazımdır ki, bizə Allahın əmanəti olan can həmişə sağlam olsun. İmmunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, çiy su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.

Çalışmaq lazımdır ki, doğuş təbii yolla olsun, bunun yenidoğulmuşun immun sisteminə faydası çoxdur. Analar maksimum dərəcədə körpəni ana südü ilə böyütməlidir. Televiziya reklamlarında süni qidaların ana südündən daha faydalı olduğu deyilsə də bu fikirlər əsassızdır. Çünki ana südünün tərkibində xüsusi antitellər var, bunlar uşağın orqanizminə daxil olaraq immuniteti formalaşdırır.

Sağlam olmaq üçün nə etməliyik? Birinci növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir edir.

Hər yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərin qəbulu, hər dəfə yalnız 1 növ yeməyin yeyilməsi və qida məhsullarının bir-birinə qarışdırılmaması önəmlidir. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədəni yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış süfrədən durun. Yemək zamanı göyərtilərdən, soğandan, sarımsaqdan bol istifadə edin. Meyvəni ya yeməklərdən yarım saat əvvəl, ya da 2 saat sonra yeyin.

Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır.

İmmunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir. Özünüzü əsəb və stresdən qoruyun.

Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş edin, bu, bağırsaq mikroflorası üçün önəmlidir.

Yayda 2 litr, qışda 0.8 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, ona alma sirkəsi də qarışdırılsa daha yaxşıdır. Gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, udi hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballınanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içdikdə immun sistemi gücləndirmiş oluruq.

Mövsümi meyvələri bol-bol yeyin, infeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması lazımdır. Bunun üçün ildə 2 dəfə həcəmət (hicama) etdirmək, həmçinin ildə 2 dəfə, hər dəfə 40 ədəd olmaq şərti ilə zəli qoydurmaq faydalıdır.
İmmunitetin həmişə yüksək səviyyədə olması üçün xüsusi məcun hazırlamaq olar:

Zəncəfil tozu - 50 qram

Jenşen kökünün tozu - 50 qram

Çiçək tozu - 50 qram

Udi hindi tozu - 50 qram

Exinaseya kökünün tozu - 50 qram

Biyan kökünün tozu - 50 qram

Bal - 750 qram

Keçibuynuzu bəkməzi - 750 qram.

İnqrediyentlər qarışdırın, hazır məcunu soyuducuda saxlayın.

Böyüklər ildə iki dəfə hər dəfə də 1 kq, uşaqlar isə 0.5 kq hazırlanan məcundan yeməlidir. Qəbul dozası belədir: böyüklər 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul edir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri