Icma.az
close
up
RU
“İmmunitet” nədir?

“İmmunitet” nədir?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir immunologiyanın başlanğıcı XVIII əsrin sonu hesab olunur və onu ingilis həkimi Edvard Cennerin adı ilə bağlayırlar.

Cenner ilk dəfə olaraq bir neçə şəxsə çiçək (“ospa”) peyvəndi vurmağa cürət edib. Nəticədə onlar bu xəstəliyə tutulmayıblar.

Bu tibb tarixində çox böyük nəaliyyət hesab olunur, çünki o zaman çiçək xəstəliyi xeyli sayda insanların vəfat etməsinə səbəb olurdu. XVIII əsrdə hər il çiçək xəstəliyindən yalnız Qərb Avropada 400 mindən artıq insan ölürdü.

Məhz bu yolla “vaksinasiya” (latın dilində olan “vaccus” – "inək" sözündəndir) prosedurun əsası qoyulmuşdur. İlk dəfə peyvənd üçün Cenner inək çiçəyi xəstəliyinin preparatını istifadə etdiyi üçün texnikanın adı da bu heyvanla əbədi olaraq bağlandı. Termin "vaksinasiya" bizim hazırki dövrümüzə qədər “yaşamışdır”. Sonradan vaksinasiya üzrə eksperimentləri fransız mikrobioloqu Lui Paster və digər alimləri davam etdirmişlər.

“İmmunitet” termini isə rus alimi İ.İ.Meçnikov və fransız mikrobioloqu L.Paster tərəfindən təklif edilmiş və mənası latın dilində olan “immunis” sözündəndir. Qədim Romada bəzi dövləti mükəlləfiyyətlərindən azad edilmiş şəxslər belə adlandırılıdı.

Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Ancaq XX əsrin ortalarından etibarən, ingilis alimi P.Medavrın apardığı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, immunitet insan orqanizmini onun üçün qenetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrundən) qoruyur.

İmmunologiya (immunitet barədə olan elm) – cavan hesab edilən elmlərdən olub hal-hazırda inkişaf etməkdə davam etsə də, insanın immun sisteminin bir çox sirləri hələ də gizli olaraq qalmaqdadır.

İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır. Ona görə də immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı.

İnsanın daxili təhlükəsizliyini təmin etmək üçün orqanizmin daxilində “gəzən” – hərəkət edən bir sıra xüsusi hüceyrələr mövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin “molekulyar pasportunu” yoxlayaraq “yad” hüceyrələri aşkar edib onları məhv edirlər. Bu proseslər bizim iradəmizdən asılı olmayaraq baş verir və əksər hallarda biz bunları hiss etmirik. Bu çox vacib olan bir proseslərdir. Çünki, hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər, toksinlər və s.) daxil olur ki, bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza da təhlükə yaradırlar.

Bəzi hallarda bizim orqanimimizdə xarici düşmənlərdən əlavə daxili düşmənlər də yaranır. Bildiyimiz kimi insan orqanizmindəki hüceyrələr daim yenilənir – “qocalmış” köhnə hüceyrələr ölür və onların yerinə isə yeni “cavan” hüceyrələr yaranır. Məhz bu yenilənmə prosesi zamanı bölünən hüceyrələrin genetik aparatında müəyyən “səhvə” yol verilir. Hüceyrələrin hər 10000 bölünməsi zamanı 1 belə “səhvə” yol verilə bilər. Xarici və daxili mühitin zərərli faktorların təsiri nəticəsində (radiasiya, bəzi dərmanların  uzun müddət ərzində qəbul edilməsi və s.) belə “səhvlərin” sayı arta bilər. Bu “səhvlər” nəticəsində yaranmış hüceyrələr ya məhv olurlar, ya da dəyişilərək bədxassəli (xərçəng) hüceyrələrinə də çevrilə bilərlər. Məhz bu zaman, sağlam insanın immuniteti növbəti “yoxlama” zamanı bu dəyişilmiş hüceyrələri taparaq məhv edir.

Ancaq müxtəlf xəstəliklər, steslər, natamam qidalanma, radiasiya, yaşın artması və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun da nəticəsində immun sistemi də müəyyən dərəcədə zədələnmiş olur. Bu isə, “səhv” bölünmə nəticəsində yaranmış patoloji hüceyrələrin aşkar edilməməsi ehtimalını xeyli dərəcədə artırır. Bu “mutant-hüceyrə” isə bölünməyə başlayaraq özünə bənzər hüceyrələrin yaranmasına səbəb ola bilər ki, bu da sonda xərçəngin inkişaf etməsi ilə nəticələnə bilər!

Bəzi hallarda, müəyyən olunmayan səbəblər nəticəsində, immun sisteminin hüceyrələri orqanizmin sağlam hüceyrələrini “yad” kimi qəbul edərək məhv etməyə başlayırlar. Bu proses - “autoimmun patologiya” adlanır.

Bəzi hallarda isə, immun sistemi tamamilə zərərsiz maddələri “düşmən” kimi qəbul edərək onlarla “vuruşmağa” başlayır. Bu halda orqanizmdə allergik reaksiya baş verir və nəticədə insan orqanizmi xeyli zərər çəkir.

Beləliklə, insanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri