Icma.az
close
up
RU
İmmunitet zəifliyini necə bilmək olar? Nazirliyin mütəxəssisi AÇIQLADI

İmmunitet zəifliyini necə bilmək olar? Nazirliyin mütəxəssisi AÇIQLADI

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İmmunitet zəifliyi yalnız klinik və laborator meyarlarla təsdiqlənə bilər".

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov müsahibəsi zamanı deyib.

Müasir dövrdə immun sistemi ilə bağlı kifayət qədər məlumat olsa da, bu sahədə elmi əsaslara söykənən düzgün yanaşma xüsusilə vacibdir. İmmunitetin gücləndirilməsi ilə bağlı geniş yayılmış fikirlərin fonunda əsl tibbi həqiqətlər nələrdir? İmmun sistemi necə işləyir, onun zəifləməsi hansı hallarda real problem sayılır və laborator analizlər nə zaman tələb olunur?

Mütəxəssis immun sisteminin əsas funksiyalarını, anadangəlmə və qazanılmış immunitetin fərqlərini, eləcə də immun zəifliyi ilə bağlı doğru və yanlış yanaşmaları izah edir.

- İmmun sisteminin əsas funksiyası nədir?

- İmmun sisteminin əsas funksiyası orqanizmi yad və potensial zərərli təsirlərdən qorumaqdır. Bunlara bakteriyalar, viruslar, göbələklər, parazitlər və şiş hüceyrələri daxildir. Müasir tibbi yanaşmada immun sistemi təkcə infeksiyalara qarşı mübarizə aparan mexanizm kimi deyil, eyni zamanda daxili nəzarət və tarazlıq sistemi kimi qəbul edilir. O, yad antigenləri tanıyır, onları zərərsizləşdirir, zədələnmiş və mutasiyaya uğramış hüceyrələri aradan qaldırır və gələcəkdə eyni patogenlə qarşılaşdıqda daha sürətli cavab vermək üçün immun yaddaşı formalaşdırır. Bir sözlə, immun sistemi vasitəsilə biz xəstəliklərdən qorunuruq.

İctimai sağlamlıq sahəsində infeksiyaların monitorinqi və nəzarəti ilə məşğul olmaq immun sistemini həm fərdi, həm də cəmiyyət səviyyəsində əsas qoruyucu amilə çevirir. Bu yanaşma xüsusilə peyvənd proqramları və epidemioloji nəzarət strategiyalarında öz əksini tapır.

- Anadangəlmə immunitet nədir?

- İmmun sistemi funksional baxımdan iki əsas hissədən ibarətdir və bunlar bir-biri ilə sıx əlaqədə işləyir. Onlardan biri anadangəlmə immunitet, digəri isə qazanılmış immunitetdir.

Anadangəlmə immunitet insanın doğulduğu andan mövcud olan müdafiə mexanizmidir və qeyri-spesifik xarakter daşıyır. Bu o deməkdir ki, sistem konkret bir mikroorqanizmə qarşı deyil, ümumi təhlükələrə əks reaksiya verir. O, orqanizmin ilk müdafiə xətti hesab olunur və çox qısa müddət ərzində aktivləşir.

Bu müdafiə mexanizminə dəri və selikli qişalar kimi fiziki maneələr, mədə turşusu və müxtəlif fermentlər kimi kimyəvi baryerlər, eləcə də neytrofillər, makrofaqlar və təbii killer hüceyrələri kimi komponentlər daxildir. Komplement sistemi də bu mexanizmin mühüm hissəsidir və patogenlərin zərərsizləşdirilməsində iştirak edir. Anadangəlmə immunitet sürətli və effektiv ilkin cavab təmin edir.

- İmmunitet zəifliyini göstərən əsas laborator analiz və testlər varmı?

- İmmunitet zəifliyi anlayışı tibdə dəqiq meyarlara əsaslanır və yalnız subyektiv şikayətlər əsasında qiymətləndirilmir. Xəstədən tam anamnez topladıqdan sonra müayinələr əsasında qərar verilir. Ən sadə ilkin müayinə tam qan analizidir. Bu analiz leykositlərin ümumi sayını və onların diferensial paylanmasını göstərir. Leykositlərin aşağı və ya yuxarı olması immun sistemində funksional pozğunluğa işarə edə bilər.

İmmunoqlobulinlərin səviyyəsinin təyini də vacibdir. IgG, IgA və IgM səviyyələrinin aşağı olması humoral immun çatışmazlıq göstəricisi ola bilər. Limfosit dəyərləri də xüsusi əhəmiyyət daşıyır. Komplement sisteminin komponentləri də qiymətləndirilə bilər. Klinik vəziyyətdən asılı olaraq əlavə genetik testlər tətbiq olunur.

Laborator nəticələr hər zaman klinik tablo ilə birlikdə dəyərləndirilir. Məsələn, vitamin D səviyyəsinin aşağı olması avtomatik olaraq ciddi immun çatışmazlıq demək deyil və klinik əlamətlərlə uzlaşdırılmalıdır.

- İmmunitet zəifliyinin simptomları nələrdir?

- İmmun sisteminin zəifliyi özünü ən çox təkrarlayan və ağır gedişli infeksiyalarla göstərə bilər. Xüsusilə tez-tez baş verən respirator infeksiyalar, təkrarlanan pnevmoniyalar və uzunmüddətli antibiotik ehtiyacı diqqət çəkir. Göbələk infeksiyalarının davamlı xarakter alması, yaraların gec sağalması və səbəbi izah olunmayan xroniki yorğunluq da mümkün əlamətlərdəndir.

Uşaqlarda böyümə və inkişaf geriliyi də immun çatışmazlıqdan şübhələnməyə əsas verə bilər.

İmmun problemi genetik mənşəli ola bilər. Digər hallarda isə kimyaterapiya, metabolik pozğunluqlar, ağır qidalanma çatışmazlığı və ya xroniki stress nəticəsində ikincili immun çatışmazlıq inkişaf edə bilər.

- Sağlam qidalanma immuniteti gücləndirirmi?

- Sağlam və balanslı qidalanma immun sisteminin normal fəaliyyəti üçün vacibdir, lakin onu gücləndirən vasitə kimi qəbul etmək düzgün deyil. İmmun hüceyrələrin və anticisimlərin sintezi üçün kifayət qədər zülal və uyğun vitamin və mikroelement qəbulu zəruridir.

Liflə zəngin qidalar bağırsaq sağlamlığını dəstəkləyir və immun sistemin tənzimlənməsində mühüm rol oynayır.

Sağlam insanlarda əlavə vitamin və mineral qəbulunun immun sistemini gücləndirdiyinə aid sübutlar mövcud deyil. Lakin real çatışmazlıq aşkar edildikdə onun korreksiyası vacibdir və bu, immun funksiyanın normallaşmasına kömək edə bilər.

İmmun sistemi mürəkkəb və çoxsəviyyəli müdafiə mexanizmidir. O, patogenlərlə mübarizə aparır, hüceyrə nəzarətini təmin edir və immun yaddaşı formalaşdırır. Anadangəlmə immunitet sürətli və qeyri-spesifik müdafiə təmin edir. Qazanılmış immunitet isə spesifik və uzunmüddətli qoruma yaradır. İmmunitet zəifliyi yalnız klinik və laborator meyarlarla təsdiqlənə bilər və sağlam həyat tərzi, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarə olunması immun sağlamlığın qorunmasında mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Mart 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri