Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İmperiya xəyalı bitdi Rusiya Cənubi Qafqazdan ÇIXARILIR

İmperiya xəyalı bitdi Rusiya Cənubi Qafqazdan ÇIXARILIR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Avqustun 8-də Ağ Evdə ABŞ liderinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərinin görüşünü Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsidir.

Modern.az-ın məlumatına görə, bu barədə Amerikanın "Atlantic Council" jurnalında dərc olunan analitik məqalədə BMT-nin baş hüquq məsləhətçisi Şeyla Peylan və Yorktown İnstitutunun Turan Araşdırmalar Mərkəzinin direktoru Cozef Epşteyn qeyd edib.

Müəlliflər yazır ki, tərəflər yekun sülh müqaviləsini hazırlayacaq sənədi paraflayıb və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin yaradılması barədə razılığa gəliblər. Bu dəhliz Azərbaycanın əsas hissəsini Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək və regionda yeni iqtisadi və siyasi mərhələnin başlanğıcı olacaq.

Analitiklərə görə, bu razılaşma yalnız Azərbaycan və Ermənistan üçün deyil, ABŞ üçün də böyük diplomatik qələbədir. Eyni zamanda, Rusiyanın bölgədəki təsiri zəifləyib və Moskva prosesin ən böyük uduzan tərəfinə çevrilib.

Məqalədə qeyd olunur ki, ABŞ-ın bu uğuru yalnız fəal diplomatiya ilə yox, həm də Moskvanın ardıcıl səhvləri və qonşu ölkələrə imperiya yanaşması nəticəsində mümkün olub.

Müəlliflər Rusiya rəhbərliyinin hələ də Ermənistan, Azərbaycan və Gürcüstan kimi müstəqil dövlətləri öz təsir dairəsinin tərkib hissəsi kimi görməsini vurğulayır və bu yanaşmanı XIX əsrdə çar I Nikolayın məşhur “Rusiya bayrağı harada qaldırılıbsa, orada heç vaxt endirilməyəcək” sözləri ilə, həmçinin Putinin “Rusiyanın sərhədləri yoxdur” ifadəsi ilə müqayisə edirlər.

Hətta Sergey Lavrovun Alyaska sammitinə “SSR” yazılı sviterlə gəlməsi Kremlin mesajı kimi dəyərləndirilir.

Müəlliflər yazır ki, Moskvanın bu düşüncə tərzi Ermənistan və Azərbaycan kimi qonşuları ondan uzaqlaşdırıb. Ermənistan uzun illər təhlükəsizliyini Rusiyaya həvalə etsə də, 2022-ci ilin sentyabr döyüşlərində hərbi yardım ala bilmədi, 2023-cü ildə isə rus sülhməramlıları bölgədə ola-ola, Azərbaycan Qarabağı tam işğaldan azad etdi.

İrəvan bu hadisələrdən sonra Moskvanın etibarsız olduğunu anladı və 2024–2025-ci illərdə addım-addım Rusiyanın təsirindən çıxmağa başladı: KTMT-də iştirakını dondurdu, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etdi və 2024-cü ilin iyulunda Rusiya sərhədçilərini aeroportdan çıxardı.

Eyni zamanda, Moskva Ermənistana qarşı iqtisadi təzyiqləri gücləndirdi: 2023-cü ildə süd məhsullarına, 2024-cü ildə digər kənd təsərrüfatı mallarına qadağalar qoyuldu, 2025-ci ildə gül ixracına zərbə vuruldu, öncədən ödənilmiş silahlar isə təhvil verilmədi. Bu addımlar müəlliflər tərəfindən “bandit üslubu” adlandırılır.

Məqalədə Azərbaycanın da Kreml tərəfindən təzyiqlərlə üzləşdiyi xatırladılır. 2024-cü ilin dekabrında Rusiya HHM qüvvələrinin Azərbaycan mülki təyyarəsini vurmasından sonra Bakı “Sputnik”in fəaliyyətini dayandırdı. Cavab olaraq Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrini kütləvi həbs etdi, işgəncə halları qeydə alındı və Səfərov qardaşları öldürüldü. Müəlliflər bu addımları açıq hədələmə və qorxutma siyasəti kimi qiymətləndirirlər.

Epşteyn və Peylanın qənaətinə görə, ABŞ üçün yaranmış bu fürsət sadəcə sülhün imzalanması ilə yekunlaşmamalıdır. Vaşinqton TRIPP dəhlizini tezliklə reallaşdırmalı, Ermənistan üzərindən Azərbaycan və Türkiyəyə yeni yol və dəmir yolu xətləri açmalı, Orta Dəhlizi Mərkəzi Asiyaya qədər uzadaraq Rusiyanı və İranı yan keçən qlobal ticarət şəbəkəsi qurmalıdır. Bu addımlar həm regionu dünya iqtisadiyyatına daha sıx birləşdirəcək, həm də nadir torpaq elementləri və strateji mineralların təhlükəsiz tədarükünü təmin edəcək. Analitiklər vurğulayır ki, bu, Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyaları tamamlayan “yumşaq güc” strategiyasıdır və bir güllə atmadan Moskvanın təsirini zəiflətməyə imkan verəcək.

Məqalə yekun olaraq qeyd edir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır: Ermənistan Rusiyanın kölgəsindən çıxır, Azərbaycan regionun əsas tranzit mərkəzinə çevrilir, ABŞ isə yaranmış fürsətdən istifadə edərək bölgədə sabitliyi möhkəmləndirə və Rusiya təsirini məhdudlaşdıra bilər. Bu, həm regional iqtisadi inkişaf, həm də uzunmüddətli sülh üçün tarixi pəncərədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri