Icma.az
close
up
RU
İmposter sindromundan əziyyət çəkənlər öz bacarıqlarına inanmırlar

İmposter sindromundan əziyyət çəkənlər öz bacarıqlarına inanmırlar

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İmposter sindromu ilk dəfə 1970-ci ildə aşkarlanıb və elmdə çatışmazlıq kimi izah edilir. Həmin sindromdan əziyyət çəkənlərin böyük əksəriyyəti təhsil və iş həyatında uğur əldə etsələr də, özlərini kifayət qədər bacarıqlı hesab etmirlər. Onlar qazandıqları uğurlara layiq olmadıqlarını, sahib olduqları mövqeni zəka ilə deyil, bəxt və talenin gətirməsi sayəsində əldə etdiklərini düşünürlər. Ona görə də öz bacarıqlarını nümayiş etdirməkdən çəkinirlər. Eyni zamanda etiraf edirlər ki, onların uğurlarının təsadüf olduğu aşkar edilər. Buna görə də daim qorxu və stres içində yaşayırlar. Bu hal onların iş həyatına da öz təsirini göstərir. Özləri kiminləsə ünsiyyətə girməkdən, yüksək vəzifəyə sahib olanlarla ünsiyyət qurmaqdan çəkinirlər. Həmin sindromdan əziyyət çəkənlər özlərini sosial mühitdən təcrid edir, qarşılarına çıxan fürsətləri geri çevirir, çünki öz bacarıq və istedadlarına inanmırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, mütəxəssislər qeyd edirlər ki, imposter sindromunun yaranmasına əsas səbəb özünü olduğu yerə, tutduğu mövqeyə layiq hiss etməməkdir. Problemə vaxtında müdaxilə edilmədikdə daha kəskin hal almağa başlayır: “İmposter sindromu yaşayanların özlərinə inam hissi azalır, əhval-ruhiyyələri aşağı düşür, həyəcan pozuntusu yaradır, toplum qarşısında, tünlük olan yerlərdə həyəcan hissi onları üstələyir. Bu, əsasən əsəb sistemində yaranan psixi problem kimi üzə çıxır. Onlar hansısa hədəflərə çatanda onu öz qabiliyyət və bacarıqlarının məhsulu kimi yox, ətrafdakıların köməyi ilə baş verdiyini və yaxud bəxti gətirmək kimi qəbul edirlər. Onlar əksər hallarda həyatdan məmnun olmurlar”.

Müsahibimiz bildirir ki, bu hal özünü valideynləri tərəfindən psixoloji şiddətə məruz qalanlarda daha qabarıq şəkildə büruzə verir: “Adətən valideynlər övladlarına, xüsusilə yeniyetməlik dövründə onlara çox müdaxilə edəndə, hər dəfə onların gördükləri işə irad tutanda və yaxud övladları üçün yüksək hədəflər müəyyənləşdirəndə, kimisə onlarla müqayisə edib yüksək bacarıq sahibi olduqlarını nümunə göstərəndə belə hallar yaranır. Hər kəsin müəyyən potensialı var və hansısa sahədə üstün, hansısa sahədə zəif ola bilər. Lakin valideynlər bunu nəzərə almayıb imkanlardan yüksək hədəflərə can atmağı tələb edəndə onlarda müəyyən çatışmazlıq yarana bilər. Problemdən xilas olmaq istəyənlər öz bacarıqlarına şübhə ilə yanaşmamalı, ətrafdakılarla mütəmadi olaraq ünsiyyət qurmalıdırlar. Duyğu və düşüncələrlə deyil, məntiqlə hərəkət etməlidirlər. Uğur qazanmaq üçün başlıca şərt özünə olan inamdır”, - deyə Y.Əsgərova qeyd edib.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri