Icma.az
close
up
RU
Abdullah Öcalanla görüşə kim gedəcək? ADLAR

Abdullah Öcalanla görüşə kim gedəcək? ADLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Böyük Millət Məclisinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsi bu gün parlament üzvlərinin PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasına mümkün səfərini müzakirə edəcək.

Modern.az xəbər verir ki, hakimiyyət daxilində mövqe artıq məlumdur. Hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) səfərə “yaşıl işıq” yandırıb. CHP isə qərarını bu gün açıqlayacaq.

AK Partiya rəsmilərinin Efkan Ala və Abdullah Gülerin iştirakı ilə aparılan daxili iclasda komissiyadan nümayəndə heyətinin İmralıya göndərilməsinə “bəli” qərarı verilib. AKP heyətin tərkibini hələ müəyyən etməyib. Səfərin vaxtı komissiyanın qərarı ilə müəyyənləşəcək.

Özgür Özelin başçılıq etdiyi iclasda müzakirələr aparılsa da, yekun mövqe açıqlanmayıb. Bəzi üzvlər CHP-nin səfərə qarşı çıxmamasını, lakin heyətə üzv verməməsini təklif edib.

Qərarın bu gün partiya rəhbərliyinin məsləhətləşməsindən sonra elan ediləcəyi bildirilir.

Komissiya səfərə qərar verəcəyi təqdirdə heyətin tərkibi partiya qruplarının seçimindən asılı olacaq. Hazırda ehtimal edilən adlar aşağıdakılardır:

DEM Partiyadan  - Gülistan Koçyiğit – artıq rəsmi şəkildə İmralı heyətində yer alacağını açıqlayıb.

MHP-dən - Feti Yıldızın adı əsas namizədlər arasında çəkilir.

Yeni Yol Qrupu - Bülent Kaya və ya və Mehmet Emin Ekmen

AKP-nin göndərəcəyi adların isə komissiya qərarından sonra müəyyənləşəcəyi gözlənilir.

Siyasi kulislərdə İmralıya 4–5 nəfərlik dar tərkibli nümayəndə heyəti göndərilməsi ehtimalı güclənib. CHP heyətə üzv verməsə belə, qərar qəbul edildiyi halda səfər yenə gerçəkləşəcək.

51 üzvlü komissiyada səfər qərarı formal olaraq 26 səs tələb edir. Lakin AKP bunun “dinləmə” xarakterli fəaliyyət olduğunu deyərək, səsverməyə ehtiyac olmadığını bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri