İmran Xanın rədd etdiyi təklif yenidən irəli sürüldü
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Pakistanın keçmiş baş naziri, “Ədalət uğrunda Hərəkat” müxalifət partiyasının qurucusu İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.
Globalinfo.az xəbər verir ki, onun namizədliyini “Pakistan World Alliance” (PWA) hüquq müdafiə təşkilatı irəli sürüb.
Təşkilat Pakistanda insan hüquqlarının və demokratik dəyərlərin müdafiəsinə verdiyi töhfəyə görə bu addımı atdığını bildirib.
İmran Xan ikinci dəfədir ki, bu nüfuzlu mükafata namizəd göstərilir. 2019-cu ildə o, Hindistanla münasibətlərdə hərbi gərginliyin azaldılması istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib. Həmçinin Pakistan parlamenti onun namizədliyini dəstəkləyən qətnamə qəbul edib. Lakin Xan bu mükafata layiq olmadığını deyib. Onun sözlərinə görə, bu mükafatı Kəşmir məsələsinin yekun həllinə nail olan siyasətçi almalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 01 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















