Icma.az
close
up
RU
İmsak vaxtı yatıb, iftara kimi ac qalmaq sağlamlığa necə təsir edir? Ekspert rəyi

İmsak vaxtı yatıb, iftara kimi ac qalmaq sağlamlığa necə təsir edir? Ekspert rəyi

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ramazan ayında oruc tutanlar öz sağlamlıqlarına daha çox diqqət yetirməli, iftar və imsak menyularında daha diqqətli olmalıdırlar. Kifayət qədər və balanslı qidalanmanı qorumaq üçün günün oruc tutulmayan hissəsində qidalanmaq, imsak yeməyini ötürməmək önəmlidir.

Mütəxəssislərin fikrincə, imsaka qalxmamaq və ya imsak vaxtı yalnız su içmək zərərlidir. Çünki bu pəhriz aclıq müddətini təxminən 17 saatdan orta hesabla 20 saata qədər artırır. Belə oruc, qan şəkərinin daha tez düşməsinə səbəb olur.

İmsak yeməyi ağır yeməklərdən ibarətdirsə, gecələr maddələr mübadiləsi sürəti azalaraq, qidaların yağa çevrilmə sürətini və kökəlmə riskini artırır. Buna görə də imsak üçün qalxmaq vacibdir.

Dietoloq Aynur Əhmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, imsak üçün süd, qatıq, pendir, yumurta və dənli çörəklərdən ibarət yüngül səhər yeməyi və ya şorba, zeytun yağlı yeməklər, qatıq və salatdan ibarət yemək seçə bilərsiniz.

Mütəxəssisin fikrincə, həddindən artıq yağlı, duzlu və ağır yeməklərdən uzaq durmaq məqsədə uyğun olar.

“İftar süfrələrində bir nəfər üçün kifayət edəcək yeməkdən 2-3 dəfə çox yemək ola bilər. İftarda qan şəkəri çox aşağı olduğu üçün qısa müddətdə çoxlu qida qəbul etmək istəyi yaranır. Ən böyük səhvlərdən biri, çox böyük miqdarda qidanı çox kiçik zaman dilimində istehlak etməkdir. Beyin toxluq əmrini yeməkdən 20 dəqiqə sonra verir”-deyə dietoloq vurğulayıb.

Mütəxəssis qeyd edib ki, Ramazan ayında maye ehtiyacınızı qarşılamaq üçün gündə orta hesabla ən az 2-2,5 litr (12-14 stəkan) su, həmçinin ayran, təzə sıxılmış meyvə və tərəvəz şirələri,və s. içmək lazımdır.

Aynur Əhmədova bildirib ki, balanslı şəkildə həm enerji verən, həm də qan şəkərini artıran qidaları seçmək lazımdır: “Qril, qaynatma, bişirmə və buxarda bişirmə kimi sağlam üsullarla hazırlanmış yeməklərə üstünlük verilməlidir. Qovrulmuş, qızardılmış və hisə verilmiş qidalardan uzaq durmaq lazımdır”.

“İftardan 1-2 saat sonra qısa gəzintilər etmək həzmə kömək edəcək. Bundan əlavə, yeməklərinizdə yüksək lifli qidalar və qəlyanaltılarınızda təzə və qurudulmuş meyvələr, kompotlar və pörtlədilmiş meyvələr, qoz, fındıq, badam kimi qidaları seçə bilərsiniz”-deyə dietoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 02:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri