Icma.az
close
up
RU
İmtahan qaydaları yenə dəyişdi bu, kimə sərf edir?

İmtahan qaydaları yenə dəyişdi bu, kimə sərf edir?

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, 11 illik buraxılış imtahanlarında xarici dil fənni üzrə yenilik tətbiq ediləcək. Yeniliyə əsasən isə imtahan vaxtı 15 dəqiqə artırılacaq.

Bəs hər il imtahana yenilik əlavə edilməsi doğrudurmu?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, təhsil sahəsində bu tip dəyişikliklər həm metodoloji, həm də psixoloji baxımdan təhlil olunmalıdır:

Müsahibimizin fikrincə, 15 dəqiqəlik vaxt artımının əhəmiyyəti kifayət qədər böyükdür:

"Bu dəyişiklik sadəcə vaxtın uzadılması kimi deyil, imtahanın məzmun dərinliyinin artmasına verilən reaksiya kimi qiymətləndirilməlidir. Xarici dil imtahanlarında artıq yalnız qrammatik biliklər deyil, məhsuldar bacarıqlar - yazı, oxu və anlama ön plana çıxır. Esse yazmaq və ya mətni dərindən təhlil etmək isə abituriyentdən həm diqqətin toplanmasını, həm də fikrin aydın ifadəsini tələb edir. Bu baxımdan, əlavə 15 dəqiqə abituriyentlərə işlərini yoxlamaq və mexaniki səhvləri aradan qaldırmaq üçün kritik zaman imkanı yaradır".

Mütəxəssis hər il imtahanlara yeniliklərin əlavə olunmasının doğru olub-olmamasından danışarkən, bunu müsbət qiymətləndirdiyini bildirdi.

"Bu, zəruri və qaçılmaz bir prosesdir. Dövlət İmtahan Mərkəzi fəaliyyətini peşəkar və şəffaf şəkildə həyata keçirir və bu quruma hər zaman xüsusi hörmətim olub. Qaydalarda dəyişikliklər, yeniliklərin tətbiqi və innovasiyalara açıq olmaq qabaqcıl təcrübələrin mənimsənilməsinə şərait yaradır. Bu isə təhsil sisteminin daim yenilənməsini və təkmilləşdirilməsini tələb edir. Beynəlxalq qiymətləndirmə standartları da daim yenilənir. Məsələn, PISA, IELTS, TOEFL kimi sistemlər mütəmadi olaraq dəyişir və inkişaf edir. Bu baxımdan milli imtahan sisteminin də beynəlxalq standartlara uyğunlaşması və yenilənməsi qaçılmazdır".

İ.Orucov vurğuladı ki, iki mühüm məqama diqqət yetirilməlidir:

"Müsbət tərəfi ondan ibarətdir ki, davamlı yeniliklər təhsil sisteminin ətalətdən çıxmasına kömək edir və şagirdləri real həyat bacarıqlarına yönəldir. Məsələn, sərbəst fikir ifadəsi, dinləyib-anlama kimi bacarıqlar bu prosesdə inkişaf edir. Lakin digər tərəfdən, imtahan modelinin tez-tez dəyişməsi müəyyən risklər də yarada bilər. Bu, şagirdlərdə, abituriyentlərdə və valideynlərdə adaptasiya çətinlikləri formalaşdıra və diqqətin əsas məqsəddən yayınmasına səbəb ola bilər. Bu səbəbdən yeniliklər tətbiq olunarkən müvafiq ölçmələrin aparılması, proqnozların verilməsi və dəyişikliklərin həm müsbət, həm də mənfi tərəflərinin əvvəlcədən analiz edilməsi vacibdir. Eyni zamanda bu dəyişikliklər təhsil kurikulumlarının məzmununun yenilənməsini də tələb edir. Son illərdə Elm və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb, keyfiyyətin artırılması və məzmunun müasirləşdirilməsi sahəsində islahatlar həyata keçirilib".

O, hesab edir ki, bu yeniliklər təhsil sisteminin daha keyfiyyətli qurulmasına və nəticələrin daha obyektiv ölçülməsinə xidmət edir:

"Çünki təhsil yalnız bilik vermək deyil, eyni zamanda həmin biliklərin düzgün qiymətləndirilməsini də əhatə edir. Vaxtın artırılması isə həm humanist, həm də texniki baxımdan doğru addım kimi qiymətləndirilə bilər. Bununla belə, yeniliklərin effektiv olması üçün yalnız imtahan mərhələsində deyil, daha aşağı siniflərdən başlayaraq tədris proqramlarında da bu dəyişikliklər mərhələli şəkildə tətbiq olunmalıdır. İmtahan sistemi tədris prosesinin güzgüsü olmalı və əldə olunan nəticələrin obyektiv ölçülməsinə xidmət etməlidir. Bu baxımdan həyata keçirilən dəyişikliklər məhz bu məqsədə yönəlib".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri