Icma.az
close
up
RU
İmtahan sualları asan olsa da... Bəzi testlərdə cümlə strukturu lazımsız dərəcədə mürəkkəbləşdirilir

İmtahan sualları asan olsa da... Bəzi testlərdə cümlə strukturu lazımsız dərəcədə mürəkkəbləşdirilir

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 57 mindən çox şagirdimtahan verib.

Adəti üzrə, imtahandan sonra böyük bir əksəriyyət sosial şəbəkələrdə imtahanla bağlı fikirlərini bölüşüblər. Belə ki, bir çox insan tərtib olunan imtahan suallarında cümlələrin mürəkkəb quruluşa malik olduğunu bildirib.

Maraqlıdır, suallarla bağlı ümumi vəziyyət necədir?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov dünənki imtahanla bağlı apardığım təhllilərə istinadən Bakıvaxtı.az-a bildirib ki, sualların ümumi səviyyəsinə baxdıqda bəzi fənlər üzrə verilən tapşırıqlar çox asan olub, digərlərində isə məntiqi quruluş baxımından qarışıqlıq yaradıb.

Onun sözlərinə görə, xüsusilə Azərbaycan dili və İngilis dili fənləri üzrə sualların bir çoxunun dil quruluşunun mürəkkəbliyi abituriyentlərin başa düşmə sürətini azaldır. K.Əsədov qeyd edib ki, məktəb proqramına uyğun olsa da, bəzi suallarda məzmunun izahı və aydınlığı kifayət qədər gücləndirilməli idi.

Kamran Əsədov: Buraxılış imtahanı abituriyentlərin real bilik və bacarıqlarını yoxlamaq üçün ideal modelə sahib deyil

Ekspert nəzərə çatdırıb ki, riyaziyyat suallarında bəzi məsələlərin xarici mənbələrdən götürüldüyü və sadəcə tərcümə edildiyi artıq açıq-aşkar görünür:

“DİM iddia edir ki, sualların hazırlanması üçün ekspertlərə yüksək maaşlar verilir, suallar xüsusi olaraq tərtib olunur, lakin real mənzərə tam fərqlidir - sualların xarici mənbələrdən götürülməsi xidmət haqqının haqlılığını şübhə altına salır”.

Müsahibimiz mürəkkəb quruluşlu suallarla bağlı deyilənlərin də haqlı olduğunu bildirib. Dediyinə görə, DİM son illərdə bəzi testlərdə cümlə strukturunu lazımsız dərəcədə mürəkkəbləşdirir ki, bu da abituriyentlər üçün əlavə vaxt itkisinə səbəb olur.

Əsədovun sözlərinə görə, xüsusilə, məzmun sadə olduğu halda, sualın ifadə tərzi çətinləşdirilibsə, bu, bilik yox, dilə uyğunlaşma imtahanına çevrilir. Halbuki beynəlxalq təcrübədə sualların sadə, lakin dəqiq olması əsas götürülür:

“Təəssüf ki, buraxılış imtahanı abituriyentlərin real bilik və bacarıqlarını yoxlamaq üçün ideal modelə sahib deyil. Son illərdə nəticələrdən aydın olur ki, testlərin böyük bir hissəsi sadəcə əzbərçiliyə əsaslanır və məntiqi düşünməni yoxlamağa tam yönəlməyib. Bu isə sonrakı mərhələdə ali təhsil müəssisələrində keyfiyyətli tələbə kütləsinin formalaşmasına təsir edir”.

Ekspertin fikrincə, əgər imtahan sistemi abituriyentləri universitet təhsilinə hazırlamağı hədəfləyirsə, sualların məzmunu daha çox tənqidi düşüncə, analiz və məntiq üzərində qurulmalıdır. Həmsöhbətimiz bildirib ki, sadəcə test sistemində qalmaq, özü də başa düşülməsi çətin suallarla abituriyenti çaşdırmaq keyfiyyət artımına gətirib çıxarmayacaq. Əksinə, bu yanaşma imtahan nəticələrinin manipulyasiya olunmuş şəkildə idarə edilməsinə xidmət edir:

“Ümumilikdə, buraxılış imtahanında sualların məntiqi uyğunluğu, sadə və aydın ifadə olunması, eləcə də testlərin məzmun baxımından tələb olunan standartlara cavab verməsi məsələsi hələ də açıq qalır. DİM bu sahədə daha çox işləməli və ən əsası, şəffaflıq nümayiş etdirməlidir. Əgər suallar internetdən götürülürsə, bu açıq şəkildə bildirilməli, ekspertlərə ayrılan vəsaitin real xərclənməsi barədə ictimai hesabat verilməlidir. Əks halda, buraxılış imtahanları təkcə abituriyentlər üçün yox, ümumiyyətlə, təhsil sistemi üçün problem olaraq qalacaq”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Mart 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri