Icma.az
close
up
RU
“PUTİN VARSA, RUSİYA VAR”MI? Yaxud Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?

“PUTİN VARSA, RUSİYA VAR”MI? Yaxud Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Faşist Almaniyasının məşhur bir şüarı olub: “Bir xalq, bir dövlət, bir fürer”. Putin Rusiyasında hakim siyasi qüvvənin qulluğunda duran qatı şovinist-millətçi LDPR başçısı Leonid Slutskinin Putinlə bağlı şüarında da təxminən eyni şey deyilir: “Bir ölkə, bir prezident, bir qələbə...”

Kimsə bu cür paralelləri doğru saymaya bilər. Amma Putinin Taker Karlsona müsahibəsində açıq şəkildə Hitlerin Polşanı işğalına haqq qazandırmasını xatırlamaq kifayətdir: “Dansiq koridorunu vermədiklərinə görə polyaklar Hitleri məcbur etdilər ki, Polşada İkinci Dünya müharibəsinə başlasın”. Putin Ukraynaya qarşı işğalçılıq müharibəsi barədə danışarkən də eyni şeyi deyir. Deyir ki, onu bu savaşa başlamağa məcbur etdilər. Yəni, digər ölkənin, xalqın suverenliyinə, dövlətçiliyinə baxış və işğalçılığa haqq qazandırmaq üslubu, prinsipi və bəhanəsi Hitlerinkindən qətiyyən fərqlənmir...

Əslində, slavyanlar başa düşsə, Hitlerdən sonrakı son 100 ilə yaxın müddətdə slavyan xalqlarını böyük həvəslə qırğına verən, onların şəhərlərini, kəndlərini yer üzündən silən, viran qoyan, milyonlarla insanını didərgin salan ikinci lider məhz Putindir... 

Bu, ukraynalılar qədər rusların və bütünlükdə slavyan xalqlarının faciəsidir. Bu faciənin adı nə NATO, nə Avropa İttifaqı, nə də bütünlükdə Qərbdir. Bu faciənin adı Putin və onun Rusiyanın mənəvi zibilliyindən tapıb çıxardığı, eləcə də Piterin tin-bucağından yığıb başına topladığı talançı dəstədir. Məhz Putin və ətrafı rus xalqının içindəki olan-qalan mərhəmətini, sülh istəyini, elmə, yaradıcılığa, mədəniyyətə, ədəbiyyata həvəsini, istedadını və digər işıqlı məqamları bir kənara ataraq, onun içindəki iblisi - şovinizmi, imperiyaçılığı, qatı millətçiliyi, irqçiliyi, saxta böyüklük ədasını, ətrafdakılara yuxarıdan aşağı baxmaq mərəzini, diktatura, təcavüz, savaş həvəsini körüklədi və alovlandırdı...

Bütün bunların nəticəsidir ki, indi Putinin ən böyük silahı “Burevestnik”, “Paseydon”, “İskəndər” və s. yox, məhz rusların “çar sevgisi” və öz taleyinə biganəliyidir. Məhz bunun sayəsində Putin hər gün minlərlə rusiyalını Ukrayna çöllərində ölümə göndərir. Hər gün Rusiyaya Ukraynadan yüzlərlə meyit, bundan iki-üç dəfə artıq yaralı gətirilir və bu xalq hələ də Putinin onun genefonduna vurduğu sarsıdıcı zərbəni hiss və dərk edə bilmir. Əvəzində, axşam ucuz araqdan içən ruslar səhər “paxmel” vəziyyətdə “voenkomat”a gələrək, pul müqabilində ordu ilə müqavilə bağlayır, nə vaxtsa “qardaş” adlandırdığı ukraynalıları öldürməyə yollanır. İki-üç həftədən sonra isə sınıq-salxalq evdə bomj həyatı yaşayan ailəsinə ya meyiti, ya da qolu-qıçı yox vəziyyətdə özü qayıdır... Ancaq bütün bunların fonunda, sadəcə, öz hikkəsinə və fantaziyalarına milyonlarla rusiyalı və ukraynalının həyatını qurban verən Putinin 73 yaşı münasibətilə Nijni Novqorodda 73 hamilə qadın havaya 73 şar buraxaraq, “çar”ın ad gününü təbrik edir. Yəqin ki, bu qədər miskin, primitiv və eybəcər şəxsiyyətə pərəstiş səhnəsi Şimali Koreya liderinin və onun nökərlərinin belə ağlına gəlməzdi...

Hələ 2007-ci il Münhen nitqi Putinin və ətrafının seçim anı və nöqtəsi idi. Amma Qərbdəki merkellər, buşlar, obamalar, sarkozilər və s. bunu anlayacaq və bunun qarşısını vaxtında alacaq çapda və ağılda deyildilər. Məhz onların yarıtmaz və yaramaz siyasətinin altını hazırda Ukrayna, Avropa və bütün dünya çəkməkdədir. Məhz bunun nəticəsidir ki, Putin və onun ətrafındakı medvedevlər, solovyovlar, mardanlar kimi məsuliyyətsiz, küçə əxlaqlı, mədəniyyətli, təfəkkürlü əyyaşlar o qədər “şişdilər” ki, hazırda dünyanı nüvə kollapsı ilə təhdid edirlər. Hələ 2014-cü ildə Duma sədri Vyaçeslav Volodin “Putin yoxdursa, Rusiya da yoxdur, Putin var, Rusiya da var” deyəndə və rus cəmiyyəti bu şüarı həzm edəndə, Rusiyanı qarşıda nələrin gözlədiyini anlamaq çətin deyildi. Tolstoyun, Çexovun, Mendeleyevin, yaxud Pyotrun, Qroznının, Stalinin və s. ağlına belə gələrdimi ki, bir gün onların əsəri olan Rusiyanın mövcudluğu incidilmiş uşaq travmaları ilə yaşayan, fiziki və mənəvi göstəriciləri, bilikləri böyük şübhə doğuran, özünü olduğundan daha yüksəklərdə görən və göstərən, eyni zamanda, ətrafını Rusiyanı talayan, oğru, yırtıcı, saxtakar dostları ilə dolduran, boyu metr yarımdan bir qədər artıq hansısa təsadüfi, sıradan bir boz KQB əməkdaşının var olub olmamasından asılı olacaq? Rusiya öz zəngin tarixi, dahi yazıçıları, alimləri, rəssamları, musiqiçiləri, tarixi şəxsiyyətləri və s. ilə əsrlər boyu bunun üçünmü çalışıb?

Özünü I Pyotr və Stalinlə bir səviyyədə görmək istəyən Putinin bu adamlardan fərqli olaraq heç bir ideologiyası, prinsipi, gələcəyə strateji baxışı və düşüncəsi olmayıb və yoxdur. O, müharibə başlayanda bəri 27 generalını həbs etdirib. Ancaq bu həbslər hansısa hərbi, ideoloji motivli, yaxud onların tabeçiliyindəki hərbçilərə qarşı haqsızlıqlarla deyil, “rəhbərdən xəbərsiz” oğurluqlarla və talançılıqlarla bağlıdır. Əvəzində, rus ordusunda rusların bir-birini qətlə yetirməsi, yaxud komandirlərin öz əsgərlərini “sıfırlamasına” dair təkcə rəsmi statistikaya görə, istintaq orqanlarında 12 mindən artıq cinayət işi var. Və bu cinayət işləri real hadisələrin heç yüzdə birini belə əhatə etmir...

Finlandiya Prezidenti Aleksandr Stubb Putini “strateji axmaq” adlandırıb. Doğrudan da, Rusiya öz imperiya tarixi ərzində bu gün Çinin qucağında oturduğu, ondan asılı olduğu qədər heç vaxt başqa dövlətdən, özü də onun torpaqlarına, sərvətlərinə göz dikən dövlətdən asılı olmayıb. Yaxud, NATO heç vaxt Finlandiya və İsveçin timsalında indiki qədər Rusiya sərhədlərinə yaxın, hətta onun “burnunun dibində” olmaylıb. Baxmayaraq ki, Putinin müharibəyə başlama bəhanələrindən biri, bəlkə də birincisi elə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması idi. Əslində isə Putinin Ukraynaya qarşı işğala başlamaqda əsas məqsədi 2014-cü il Krım ilhaqına bənzər bir qısa əməliyyat keçirib, uzun illərdir “qaza gətirilən” rus cəmiyyətinin gözündə öz hakimiyyətinin reytinqini qaldırmaq, ömrünü uzatmaq, özünü daha qüdrətli və rahat hiss etmək idi. Məqsəd həm də Ukrayna ram ediləndən, onun şərqi tamamilə Rusiyanın sərhədlərinə daxil ediləndən və qalan hissəsi də Belarus kimi İttifaq Dövlətinə birləşdiriləndən sonra bütün digər keçmiş SSRİ respublikalarını da bu ittifaqa cəlb etmək, yeni SSRİ yaratmaq və tarixə düşmək idi. Ancaq alınmadı və alına da bilməzdi. Stubb həm də buna görə Putini strateji axmaq adlandırır...

Bütün bu uzun-uzadı yazdıqlarımız ilk növbədə Azərbaycan və Azərbaycanda Rusiya, hətta SSRİ eşqi ilə yaşayanlar, eyni zamanda, ermənilərin Azərbaycana qarşı soyqırımlarının, qətliamlarının arxasında hər zaman Rusiyanın dayandığını anlamayanlar, yaxud anlamaq istəməyənlər üçündür. Unutmasınlar ki, 30 ilə yaxın davam edən erməni işğalının 20 ili Putin dövrünə aiddir və bu işğal onun ermənilərə dəstəyi üzərində dayanırdı. Bərdənin, Gəncənin digər şəhərlərimizin bombalanması, dinc sakinlərimizin qətliamı da Putinin və Rusiyanın birbaşa dəstəyilə həyata keçirilib. Sülhməramlı adı altında Qarabağa soxulan da Putin və onun qoşunu olub. Rusiyada azərbaycanlıları aşağılayan, təhqir edən “hüquq-mühafizə orqanları” da, Ukraynadakı Azərbaycanın enerji obyektlərini bombalayan hərbçilər də Putinin əmri ilə hərəkət edir və sair. Amma bizdə hələ də onu dəstəkləyənlər, məsələn,  İlham Rəhimovun adını belə çəkmək istəmədiyimiz “cib politoloqu” da daxil olmaqla, saysız-hesabsız nüfuz agentləri var. Həmçinin, Azərbaycanda Putini dəstəkləyən İran aşiqləri - “müsəlmanlar” da var. Ancaq bunlar unudur ki, zamanında Çeçenistandakı din qardaşlarını kütləvi şəkildə qıran, Suriyada dinc müsəlmanların başına bombalar yağdıran və açıq qətliam törədən də Putinin əmri ilə hərəkət edənlər olub...

Bu gün az-çox başını və ağlını itirməyən az sayda da olsa rusiyalı anlayır ki, Volodinin şüarının əksinə olaraq, nə qədər ki, Putin var, normal Rusiya yoxdur və olmayacaq. Əvəzində, gələcəyi əlindən alınmış, talan edilmiş, bugünü, hətta keçmişi də lənətlənən, “izqoy” halına salınmış Rusiya var. Nə qədər ki, Putin var, hakimiyyətdədir və nə qədər ki, rus cəmiyyətinin məhz belə liderlərə tələbatı olacaq, sivil dünyanın görmək istədiyi və əksər rusiyalının özünün yaşamaq istədiyi normal, inkişaf etmiş, sülh və əminamanlıq dolu Rusiya olmayacaq.

Tanınmış rusiyalı yazıçı, hazırda mühacirətdə yaşayan Boris Akuninin dediyi kimi, Rusiyanın ən böyük bəlası və faciəsi əsrlər boyu imperiya olması və hazırda da imperiya olmaq istəməsidir. Akunin hazırkı Rusiyanı başı kəsilmiş və həyətdə qaçaraq ətrafa qanını sıçradan toyuğa bənzədir. Onun da dediyi kimi, bu toyuq artıq ölümə məhkumdur və ondan qartal düzəltmək cəhdlərinin heç bir mənası yoxdur, hər nə qədər Putin kimilər bunun üçün çalışsalar belə...

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri