İmzalanan müqavilə ölkənin nüvə enerjisinə keçid planında əhəmiyyətli bir addımdır
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Səudiyyə Ərəbistanının enerji portfelinə nüvə enerjisini daxil etmək planının elektrik enerjisi istehsalında neft istifadəsini azaltması, neftin ixraca yönləndirilməsi və ölkənin karbohidrogen təchizatçısı kimi mövqeyini gücləndirməsi gözlənilir.
Dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanı ilə ABŞ arasında ötən ay imzalanan müqavilə ölkənin nüvə enerjisinə keçid planında əhəmiyyətli bir addımdır.
ABŞ Enerji Katibi Kris Rayt və Səudiyyə Ərəbistanının Enerji Naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən imzalanan “123 saylı Saziş” iki ölkə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığa yol açır.
ABŞ Enerji Departamentinin məlumatına görə, müqavilə Amerika şirkətlərinə Ər-Riyadın nüvə enerjisi proqramına çıxış imkanı verəcək, eyni zamanda Səudiyyə Ərəbistanının enerji ehtiyaclarını qeyri-neft mənbələrindən ödəməsinə kömək edəcək.
Anadolu Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanında elektrik enerjisinə tələbat ötən il hər il 3,8 faiz artsa da, demək olar ki, bütün elektrik istehsalı qazıntı yanacaqları hesabına təmin edilib.
Tələbin 2026-2030-cu illər arasında hər il orta hesabla 3,1 faiz artacağı və bu artımın ödənilməsində təbii qazın payının daha da artacağı təxmin edilir. 2030-cu ildə ölkənin elektrik enerjisi istehsalının 80 faizinin təbii qazla təmin ediləcəyi, neftin payının isə 2025-ci ildəki 37 faizdən 6 faizə düşəcəyi gözlənilir.
Bununla yanaşı, bərpa olunan enerjiyə investisiyalar davam edərkən, ölkə nüvə enerjisi potensialını inkişaf etdirməklə elektrik enerjisi istehsalı mənbələrinin şaxələndirilməsini də artırmağı hədəfləyir.
Qeyd olunur ki, elektrik enerjisi istehsalında qeyri-neft mənbələrinin payının artırılması ölkənin elektrik enerjisinə olan ehtiyaclarını ödəməkdə neftdən asılılığını azaldacaq və daha çox neftin ixraca yönəldilməsinə imkan verəcək.
ABŞ Dövlət Departamentinin keçmiş baş diplomatı Castin Fridman, Səudiyyə Ərəbistanının enerji portfelinə nüvə enerjisinin daxil edilməsinin resursların şaxələndirilməsini artıracağını bildirərək əlavə edib: “Bu, daxili iqtisadi artımı dəstəkləyə bilər və orta müddətdə daha çox karbohidrogen ixracına imkan yarada bilər”.
Nüvə enerjisi sektorunda da məsləhətçi olan Fridman, nüvə enerjisinin fasiləsiz enerji təmin edən və karbon emissiyası olmayan baza enerji mənbəyi olduğunu söyləyib.
Fridman, bu mənbənin Səudiyyə Ərəbistanının enerji təchizatının təmin edilməsinə kömək edəcəyinə diqqət çəkərək deyib: “Bu, həmçinin külək və günəş kimi dəyişkən mənbələrin şəbəkəyə daha çox daxil edilməsini dəstəkləyə bilər. Bundan əlavə, hidrogenlə bağlı yeni iqtisadi inkişaflar göstərir ki, nüvə enerjisi karbonsuz hidrogen istehsalını dəstəkləmək üçün də istifadə edilə bilər”.
M.MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Avqust 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















