Icma.az
close
up
RU
İnancdan ticarətə... Ayələr yazılan kağızları suya salıb içməklə bağlı QuraniKərimdə hansısa ayə yoxdur

İnancdan ticarətə... Ayələr yazılan kağızları suya salıb içməklə bağlı QuraniKərimdə hansısa ayə yoxdur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yəqin ki, bəzi şəxslər müxtəlif zamanlarda falçılar, Quran ilə fal baxanlara müraciət edib. Onların da əksəriyyəti sizə müxtəlif dualar verib ki, “suya salın, sonra o suyu için”. Çoxunuz bir ümid deyib və yaxud başa düşülməsi çətin olan bir inancla həmin suyu içənlər də olub. Siz də belə "inanc"lara sahibsinizsə, tək deyilsiniz. Dünyada batil inanclara inanan milyonlarla insan var.

Hollandiya mərkəzli şirkətlərdən biri də düşünüb ki, necə pul qazansın və batil inanclara inanan insanlar üçün əriyən Quran yaradıb. Quran vərəqləri sağlamlığa zərərsiz olduğu iddia edilən mürəkkəblə və kartof nişastasından hazırlanan kağız üzərində çap olunub. Suya atıldıqda əriyən Quran səhifələrinin satış qiyməti 30-40 avrodan başlayır.

Quran kitabı satan xarici brendin məhsul tanıtımında bu ifadələr yer alır: “Qurani-Kərimin hamısı Quranı seyrəltmək və ruha müalicəvi məqsədlər üçün suya çevirməklə yeməli "halal" mürəkkəblə çap edilmişdir. Yeni istehsal edilən Quranda cəmi 8 vərəq var, hər iki tərəfə çap olunub. Sehr, qohumluq və paxıllığı dəf etmək və məhv etmək məqsədilə güclü bir ruqya suyu yaratmaq üçün Quran kağızını suda əritmək tövsiyyə edilir. Sehrbazlığı effektiv şəkildə müalicə etmək üçün 12 gün ardıcıl olaraq yuyun, için və ətraf səpin İstifadə etdiyimiz kağız sadəcə adi çap kağızı deyil (normal kağız zəhərlidir və istehlak üçün zərərlidir). Yeməli halal mürəkkəblə çap olunmuş bahalı yeməli kağızdan istifadə edirik. Kağız kartof nişastası, zeytun yağı və sudan hazırlanır”.

Məhsulun istifadə təlimatlarında qeyd edilib ki, "suyu içmək, çimmək və evinizin içərisinə püskürtməklə istifadə edin".

Ənənəvi dini ədəbiyyatda bəd nəzərdən qurtulmaq, tilsimlənmək və ya başqasına tilsim vermək üçün istifadə edilən ruqyada müəyyən ayələr kağıza yazılaraq suya və ya zeytun yağına batırılır. Daha sonra su və ya yağ içilir.

Bəs Quranda bu barədə qeyd edilibmi ki, Quran ayəsinin suyu içilməlidir? Quran oxumaq üçündür, yoxsa yeyilib-içilmək üçün? Hollandiya şirkəti batil inanclara inanan şəxslər üzərindən daha çox pul qazanmaq məqsədindədir?

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qurani-Kərim kitabında hansısa bir ayəni yazıb, sonra onu su ilə içmək barəsində göstəriş yoxdur.

“Bu məsələ məzhəblərə qayıdır. Məzhəblərə görə olunan nəqillərdən qaynaqlanır. Bəli, Qurani-Kərimin şəfa olduğu ayətlərdə bildirilir. Qurani-Kərim ölmüş qəlblərin şəfasıdır. Amma ayələr yazılan kağızları suya salıb içməklə bağlı Quranda ayə yoxdur”-deyə ilahiyyatçı bildirib.

P.S. Ümumiyyətlə, bütün dövrlərdə işbazlar insanların inancları üzərindən qazanmağı bacarıblar...

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri