Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Sağlam inancdan kamil əxlaqa mənəvi körpü

Sağlam inancdan kamil əxlaqa mənəvi körpü

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə gənclərin milli-mənəvi dəyərlərə, Vətənə sədaqət ruhunda böyüməsi, dini-ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin təşkili məqsədilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfrans keçirildi.

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, Dövlət Komitəsinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan İlahiyyat İnstitutunun məsul şəxsləri, Bakı şəhəri üzrə orta məktəblərin psixoloq və müəllimləri iştirak edirdilər.

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri” və “Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panellərdə müvafiq dövlət qurumlarının nümayəndələri və mütəxəssislərin çıxışları dinlənildi.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov XQ-yə açıqlamasında bildirdi ki, təbiətə qarşı həssaslıq, mərhəmət, estetik zövq və təmizlik anlayışı universal insani dəyərlərdir:

– Ümumilikdə, biz hamımız yaşayış üçün əlverişli mühitin formalaşmasında birbaşa iştirak edirik. Məhz bu anlayış dəyərlər sisteminin əsas hədəfidir. Bu hədəfə çatmaq üçün hansı dəyərlər ön plana çəkilməlidir? Burada əsas təhlükə ondadır ki, dəyərləri öyrədərkən verdiyimiz nümunələr bəzən insanın yaşadığı mühitə və mədəni yaddaşına uyğun olmur. Halbuki, dəyər təliminin əsas prinsiplərindən biri nümunələrin yerli mədəniyyətə uyğun olmasıdır. Məhz buna görə dəyər təlimində müxtəlif metodlardan düzgün və məqsədyönlü şəkildə istifadə etmək xüsusi əhəmiyyət daşıyır.

Bu metodlardan biri beynəlxalq praktikada “DIE metodu” adlandırılan, yəni “təhsildə drama” yanaşmasıdır. Təhsildə drama metodu şagirdin passiv dinləyici yox, prosesin fəal iştirakçısı olmasını təmin edir. Teatral üsullardan istifadə etməklə dəyərlər şagirdin zehnində abstrakt anlayış kimi yox, konkret obraz və hadisə kimi formalaşır.

Analitik düşünmə qabiliyyəti insanlarda, əsasən, 10 yaşdan sonra daha sistemli şəkildə inkişaf etməyə başlayır. Xüsusilə, aşağı yaş qruplarında bu qabiliyyət zəif olur. Bu səbəbdən, dəyərləri yalnız nəzəri şəkildə izah etmək effekt vermir. Mütləq şəkildə konkretləşdirmə aparılmalıdır. Məsələn, sevgi, mərhəmət və ya mədəniyyətə aid hər hansı bir dəyər öyrədilirsə, bu anlayış şagirdin gözündə real situasiya və davranış nümunələri ilə canlandırılmalıdır.

Bu məqsədlə şagirdlər arasında tərbiyəvi mövzularda səhnələrin qurulması, rolların paylaşdırılması çox təsirli nəticə verir. Mütəxəssislər yekdil şəkildə qəbul edirlər ki, müəllimin mühazirə oxuması ilə dəyər aşılanması mümkün deyil. Şagird mərkəzdə olmalı, özü düşünməli, ifadə etməli, nəticə çıxarmalıdır.

Məsələn, tolerantlıq mövzusunu öyrətmək üçün şagirdləri müxtəlif inanc mərkəzlərinə aparmaq olar. Məscid, sinaqoq və kilsənin eyni məkanda, yanaşı fəaliyyət göstərdiyini canlı şəkildə görən şagirdin şüurunda tolerantlıq anlayışı formalaşır. O anlayır ki, ölkənin əksəriyyəti müsəlman olsa da, burada digər dinlərin nümayəndələri də sülh içində yaşayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu vurğuladı ki, din tarix boyu təhsil sahəsində öncül rol oynayıb:

– Məsələn, eramızın 64-cü ilində yəhudi ruhani rəhbəri belə bir göstəriş vermişdi ki, bütün yəhudi kişilər Talmudu (yəhudi dini qanunlarını, əxlaqi prinsipləri və həyat qaydalarını əhatə edən əsas kitab) oxuya bilsinlər. Bu, sadəcə dini bilik yox, eyni zamanda savadlılığın təşviqi demək idi. Belə bir təşəbbüs yəhudi xalqının yüz illərlə davam edən səyləri nəticəsində reallaşmışdı. Müqayisə üçün qeyd etmək olar ki, digər xalqlar üçün, məsələn, almanlar üçün bu proses daha qısa müddətdə baş verib. Bu nümunə göstərir ki, din həm fərdi, həm də cəmiyyət səviyyəsində təhsildə mütərəqqi rol oynaya bilər və savadlılığın yayılmasına xidmət edir.

Azərbaycanın təhsil tarixinə baxsaq, məktəblərin ilk təməli zərdüştlük dini ilə bağlı olub. Sonradan İslam dini Azərbaycanda qəbul edildikdən sonra məktəb sistemi mədrəsə formasında inkişaf edib. Demək, din və elmi-dünyagörüşü bir-birini istisna etmir; hər ikisi insanın dünyanı daha yaxşı başa düşməsi üçün vacibdir. Faktları öyrətmək ilə dəyərləri öyrətmək fərqli, amma əlaqəlidir.

Təhsil metodikası baxımından “reaktiv” və “spontan” öyrənmə anlayışları önəmlidir. Reaktiv öyrənmə – proqramda nəzərdə tutulmuş bilikləri çatdırmaqdır. Spontan öyrənmə isə uşağın marağı və ortaya çıxan sualları əhatə edərək dərsi genişləndirməkdir. Bunun üçün məşhur “5 niyə?” metodu istifadə olunur. Uşaq bir hərəkət göstərdikdə və ya dini sual verdikdə, müəllim davamlı olaraq “niyə?” sualını verərək uşağın davranışının, düşüncəsinin və psixoloji vəziyyətini öyrənir.

Proses sadədir: uşaq bir hərəkət göstərdikdə və ya sual verdikdə, müəllim ona “niyə belə etdin?” soruşur. Uşaq cavab verdikdən sonra müəllim həmin cavaba əsaslanaraq yenidən “niyə?” sualını verir və bu proses adətən beş dəfə təkrarlanır. Artıq şagird səthi və avtomatik cavablardan uzaqlaşıb öz daxilinə baxmağa, davranışının və qərarlarının səbəblərini anlamağa başlayır. “5 niyə?” metodu həm psixoloji inkişaf, həm də tədris prosesində uşağın düşüncə tərzinin dərinləşdirilməsi üçün önəmli vasitə sayılır.

Dini xurafatların təhsilə, ailəyə, əmək münasibətlərinə və hətta dövlət təhlükəsizliyinə təsir etməsidir. Təhsil işçiləri və müəllimlər burada məqsəd olaraq dini xurafatları aradan qaldırmalı və din haqqında düzgün, sosial və elmi əsaslı məlumatları uşaqlara çatdırmalıdırlar.

İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Elvüsal Məmmədov söylədi ki, bilik insan üçün zəruridir. Amma təhsil tərbiyə ilə, mənəvi dəyərlərlə əlaqəli aparılmırsa, o kamil şəxsiyyət yetişdirə bilmir:

– XVII əsrdən başlayaraq dünyada bilik anlayışı dəyişməyə başladı. Emprik və fiziki biliklər, yəni yalnız təcrübəyə, ölçüyə, maddi faktlara əsaslanan biliklər ön plana keçdi. Nəticədə mənəvi biliklər, dəyərlər, vicdan, əxlaq məsələləri tədricən ikinci plana sıxışdırıldı. Belə yanaşma zamanla “dialektik materializm” adlanan düşüncə sistemini formalaşdırdı.

Bu sistemdə əsas olan maddə, ölçüləbilən, görünən sübutlardır. Mənəviyyat isə əsas meyar sayılmır. Sovet dövründə bu düşüncə rəsmi ideologiya idi. Lakin sovet hakimiyyəti artıq yoxdur və biz nəzəri olaraq bu ideologiyadan imtina etmişik. Amma problem ondadır ki, ideologiya dağılsa da, hələ də müxtəlif sahələrdə bu hallarla rastlaşırıq.

Mövzunu daha yaxşı başa düşmək üçün təfəkkür formalarından bəhs etmək yerinə düşər. Məntiqi təfəkkür analiz etmək, nəticə çıxarmaq üçündür. Emosional təfəkkür hisslərimizlə qərar verməyimizdir. Bir də mənəvi təfəkkür var. Əsas məsələ məhz budur. Mənəvi təfəkkür insanın qəlbinin səsinə qulaq asmasıdır. Orta məktəbdən başlayaraq uşaqlara məsuliyyət hissi aşılanmalıdır. Bu məsuliyyət iki cürdür: birincisi, insanın özünə qarşı məsuliyyəti, yəni etdiyi hərəkətə görə cavabdeh olması, ikincisi isə ətrafdakılara, cəmiyyətə qarşı məsuliyyət, dürüstlük, prinsipiallqdır.

Bəs orta məktəblərdə bu mənəvi dəyərləri necə aşılamalıyıq? Mənim təklif etdiyim üsullardan biri biblioterapiyadır. Biblioterapiya xüsusi seçilmiş oxu materialları vasitəsilə insanın mənəvi - psixoloji problemlərini azaltmaq, daxili dünyasını zənginləşdirmək məqsədi daşıyır. Burada mütaliə materialı deyəndə yalnız ibrətamiz hekayələr nəzərdə tutulmur. Əsas məqsəd zəkanı tərbiyə etməkdir. Bu, çox vacib və bəzən unudulan anlayışdır: zəka tərbiyə olunmalıdır.

Əgər biz zəkanı düzgün şəkildə tərbiyə etsək, insan çətin, böhranlı vəziyyətlərdə özünü nəzarətdə saxlaya biləcək.

Biblioterapiya, əsasən, hekayələrdən istifadə üzərində qurulur. Çünki hekayələr “güzgü” funksiyasını yerinə yetirirlər. Yəni hekayələrin model funksiyası var. Hekayədəki obrazlar, davranışlar insan üçün nümunəyə çevrilir. Oxucu həmin obrazı özü üçün ideal kimi seçə bilir və şüuraltı şəkildə “mən də belə davrana bilərəm” deyə düşünməyə başlayır.

Məsələn, türkiyəli psixoloq Nevzat Tarxan “Məsnəvi ilə terapiya” adlı kitab yazıb. Bu əsərdə diqqətimi xüsusilə cəlb edən məqam hekayə əsaslı tərbiyə yanaşmasıdır. Bir tərəfdən insanda mövcud olan konkret mənəvi problemi göstərir, digər tərəfdən isə ona uyğun mənəvi dəyəri təqdim edir. Müəllif bunları elə bir vəhdətdə verir ki, uşaq həm çatışmazlığın özündə olduğunu anlayır, həm də hekayənin təsiri ilə həmin mənəvi dəyəri tədricən mənimsəyir.

Fidan ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri