Icma.az
close
up
RU
İncə zərafətin böyük qüvvəsi qadın... Sevmək, sevilmək onun da haqqıdır

İncə zərafətin böyük qüvvəsi qadın... Sevmək, sevilmək onun da haqqıdır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Cəmi 1 gün xatırlanır ki, sən qadınsan, səni düşünmək, sevmək, mükafatlandırmaq lazımdır. Bəzən heç onu da düşünən olmur. Doğulan gündən qızsan deyə çoxu sənə dəyər vermir. Təhsilində, geyimində, sağlığında evdəki oğlan övladından sonra səni düşünürlər çox zaman. Özünü yoxmuş kimi hiss edirsən. Ərəb cəmiyyətlərində bir zamanlar qız uşaqlarını diri-diri dəfn edirdilər, məhz qız uşağı olduqları üçün...

Sevsən bir ayıb, ayrılsan başqa bir ayıb. Ömür boyu gözükölgəli yaşamaq məcburiyyəti hiss edirsən. Ailə qurursansa mütləq o evdən kəfənlə çıxmalısan, ərin səni döyə də, söyə də, xəyanət də edə bilər, susmalısan. Danışanda deyirlər ki, günahkar sənsən.

Döyüləndə deyirlər ki, “Allah bilir, nə etmisən”. Öldürüləndə deyirlər ki, “əxlaqsız olmasa, öldürülməzdi”. Qısası doğulandan boynubükük doğulursan.

Sevirik, xəyanətə uğrayırıq, günahkar da bizi çıxarırlar. “Sən məni qane etsəydin”... Bəs “mən necə onu qane edə bilirəmmi?” sualına susur düşüncələriniz.

"Qadındır, bir parça çörəyi olsun, şükr etsin" yanaşmasına üstünlük verilir çox zaman.

Heç fikir vermisinizmi, bir balaca gözəgəlimli və öz işi olan qadınlar haqqında və yaxud yüksək bir mərtəbəyə qalxa bilən qadın haqqında cəmiyyət nə düşünür. Dərhal o fikir yaranır, “kiminsə sayəsində”... Bir balaca güclənən kimi başından vurmağa çalışanlar az qala sıraya düzülür.

Bir fikir verin, bu gün dövlət qurumlarında çalışan qadınların sayına. Vəzifədəki nazirlərə, onların müavinlərinə və s. Onların sırasında neçə qadın var? Bəlkə də qadınların yüksək səviyyəsi qorxudur, kişiləri. Bəlkə də ona görə əzilirik...

Bu gün 8 martdır, dəyər görmək istədiyimiz kişilərdən bəzən heç bir mesaj belə almadığımız bir gün...

Niyə sayılmırıq, niyə sevilmirik?! Bunu uzun-uzadı düşünmüşəm. Görünür ki, öz dəyərimizi bilmirik. Yəqin ki, sevməməli, arzulamamalıyıq. Ya da bizi sevənləri sevməyə çalışmalıyıq. Çünki bizi sevənlər bizi dərindən düşünə bilir. Sevdiklərimiz deyil.

Bir hadisə ilə qarşılaşdım bu günlərdə, ilk dəfə biri məni məndən çox düşünürdü.İlk dəfə biri mənə məndən çox dəyər verirdi və həyatımın sonuna kimi yanımda ola bilməyəcəyini düşündüyüm biri... O an fərqinə vardım ki, bu ömrü əbəs yaşamışam. Səni sevəni sevmək, səni sevənə sarılmaq, səni sevənə dəyər vermək lazım imiş... Gerisi hekayə...

Əziz qadınlar, bu gün bizim bayramımızdır. Çoxunuz sevdiklərinizdən deyil, sizi sevənlər tərəfindən xatırlanırsınız. Bəlkə də onların hədiyyələrinə və ya mesajlarına önəm vermir, sevdiklərinizdən mesaj gözləyirsiniz.

İnanın ki, səhv edirsiniz... Sizə dəyər verənlər, sizi xatırlayanlardır. Özləri yanınızda olmasa da varlığını hiss etdirənlərdir. Yıxılanda qaldırmağa ilk gələnlərdir. Arayanlar, axtaranlar, soranlardır. Sizin görmədikləriniz, gözünüzdən yayınanlardır, bəlkə də bəyənmədiklərinizdir. Əmin olun ki, onlar sadəcə mesajını həsrətlə gözlədikləriniz deyil.

Silkələnin, sizə dəyər verənlər üçün bir dünyasınız, dəyərlisiniz... Odur ki, sizə dəyər verənlərə, sizi xatırlayanlara xərcləyin zamanınızı, ömrünüzü. Sizə "ömrüm" deyənlərə, sizə “yaxşı ki, varımsan” deyənlərSizi qucaqlayıb, bağrına basanları sevin. O zaman baxın, həyat necə də gözəl olacaq...

Və deyəcəksiniz “Həyatımı gözəlləşdirdiyin üçün, həyatıma məna qatdığın üçün, məni dəyərli hiss etdirdiyin üçün və həyatımı yaxşıya doğru dəyişdirdiyin üçün sənə minnətdaram”...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri