Icma.az
close
up
RU
Dünyaya sevmək üçün gələnlərin qisməti həm də sevilmək olur

Dünyaya sevmək üçün gələnlərin qisməti həm də sevilmək olur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanlar dünyaya eyni tale və yaşam tərzi ilə gəlmirlər. Sevib-sevilmək üçün doğulmuş insan özü və çevrəsi üçün ən yüksək duyğu-düşüncələrlə yaşayıb-yaradır. Belə adamlar hamıya xoş münasibət göstərir, köməyini heç kəsdən əsirgəmir. Xeyirxah əməlləri onları cəmiyyətdə geniş tanıdır, hörmət və nüfuzu onu daha əziz edir. Yaxşı əməllərin əks-sədası geri qayıdaraq kamil insanlara mənəvi zənginlik yaradır. Amma dahilər, lider doğulmuşlar yaxın çevrəsi üçün deyil, bütün xalq üçün yaşayır, xalqı üçün faydalı olur. Onların xoş məramları, dərin zəkaları, gördükləri fövqəl işlər mənsub olduqları xalqın tarixini, taleyini dəyişir, ölkəsini dağıdıcı fəlakətdən xilas edib yüksək inkişafa yönəldir.

Adı Vətən qədər əziz, and yeri kimi müqəddəs olan xalqımızın dahi oğlu Heydər Əliyev belə lider idi. Yaratdığı tarix kimi, tarixə çevrilərək əbədiləşən böyük Heydər Əliyev bəşəriyyət üçün yüksək dəyər daşıyan dünya miqyaslı siyasətçi və dövlət xadimi kimi fenomenə çevrildi. Xalqımızın dünyaya təqdim etdiyi mükəmməl insan və qüdrətli lider olan Heydər Əliyev bütün şüurlu fəaliyyətini ölkəmizin yüksəlişinə, Vətənin xoşbəxtliyinə həsr edərək xalqı üçün yaşayıb-yaradaraq yüksək amallar uğrunda mübarizə apardı. Bu mübarizənin qalibi Azərbaycan oldu!

Zaman sürətlə gələcəyə yön alıb, həyat durmadan dəyişir. Yaxın keçmişdə yaşadığımız fəlakət və uğursuzluqlar arxada qaldıqca da əhatəli görünür. Bədnam qonşumuzun ölkəmizə namərd basqısını, törətdiyi faciələri, öz içimizdə yağıya dönənlərin xəyanətlərini yada saldıqca düşünürsən: Əgər Heydər Əliyev kimi varlığında mükəmməl bir dövlət idarəçiliyi daşıyan dahi olmasaydı, xalqımız məhv olmaqdan xilas ola bilərdimi?  Nə yaxşı ki, xalqımızın Heydər Əliyev kimi müdrik, iradəli, qorxubilməz və cəsarətli lideri var imiş.

Heydər Əliyevsiz Azərbaycanın nələr çəkdiyi, hansı müsibətlər yaşadığı onun böyük siyasətdən kənarlaşdığı dövrün fəlakətləri ilə tarixə həkk olunub. Bu, sadəcə, böhran, dağılma, yoxolma təhlükəsi deyildi, bütöv bir gələcək üçün ibrətə çevriləsi dərs idi. Bu bəlalı dövrü ibrətli tarixə çevirən isə ölməz milli lider Heydər Əliyev oldu. 

Qırmızı imperiyanın törətdiyi 20 Yanvar qırğını, milli varlığımızın qəsdinə durmuş vəhşi erməni toplumunun gerçəkləşdirdiyi Xocalı soyqırımı kimi misilsiz faciələr ona görə baş vermişdi ki, daxili və xarici düşmən qüvvələr Heydər Əliyevi öz xalqından ayrı sala bilmişdilər. Bölgədə erməni ağalığı, torpaqlarımızın ardıcıl işğal olunması, ölkəni bürümüş separatizm alovu, respublikada mövcud olan siyasi, iqtisadi, hərbi böhran, qanunların işləməməsi, vətəndaş  itaətsizliyi ona görə yaranmışdı ki, Heydər Əliyev siyasi səhnədə deyildi və müstəqiliyimiz, dövlətimiz yıxılırdı. Xalqın baş verənlərdən çıxardığı ən böyük dərs o olmuşdu ki, bu həqiqəti hamılıqla dərk edib öz lideri ilə bütövləşmişdi.

Siyasi hakimiyyətə qayıtmaq üçün xalqın təkidli tələbinə böyük Heydər Əliyev sevgi və tarixi məsuliyyətlə cavab vermişdi. Tanrının xalqımıza lütfü olan Heydər Əliyev o zaman antimilli qüvvələrə, xarici düşmənlərə qarşı vahid cəbhə yaratmaqla göstərmişdi ki, xalq öz həqiqi lideri ilə bir yerdə olanda əyilməz, basılmaz gücə çevrilir. Unudulmaz Heydər Əliyev pərən-pərən olmuş, min bir əzabla əldə etdiyimiz müstəqilliyimiz təhlükədə olanda ölkəsinə və xalqına sahib çıxmışdı. Qədim dünya tribunu Siseronun əsrləri aşıb gələn deyimi: “Mən ya vətənimin azadlığı üçün yaşamalı, ya da onunla birlikdə məhv olmalıyam” – amalı Heydər Əliyevin öz xalqı üçün göstərdiyi misilsiz xidmətlərdə parlaq təcəssümünü tapıb. Çünki xalq sevgisi, Vətən təəssübü çəkmək kimi yüksək dəyərlər Heydər Əliyevin tale yazısı, İlahi qismətiydi. Elə buna görə də Ümummilli liderin xalqına bağışladığı ömür qüdrətli Azərbaycan dövlətinin qurulmasına xidmət etdi. Bu gün qüdrətinə arxalandığımız, varlığı, yenilməzliyi, bütövlüyü bizi xoşbəxt edən sevimli ölkəmiz Ulu öndərdən bizə mirasdır, qurucu liderin dövlətçilik strategiyası isə uğur, nicat  yolumuzdur.

Dünyaya sevmək üçün gələnlərin qisməti həm də sevilmək olur. Tarix, zaman məhz belə ləyaqətli liderlərin çiynində bu günə gəlib çatıb. 

Planetin dörd tərəfində yaşayan 50 milyonluq xalqımızın milli lideri Heydər Əliyev gerçəkdən dahi idi. 

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 May 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see284

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see176

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see156

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see150

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see149

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see141

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see140

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see139

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see124

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see124

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see124

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see123

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see123

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see120

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see119

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see118

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri