Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Sevmək nədir ki?

Sevmək nədir ki?

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Kəndimiz dağın ətəyindədir. Çiçəkli, böcəkli kənddir. Gözəl mənzərəsi var. Dağın başına çıxıb ordan kəndə baxmaq zövqvericidir. Sanırsan ki, çiçəklərin arasındadır bütün evlər. Evlər də elə bil hamısı eyni ölçü-biçimdədir. Evlərin qarşısından keçən maşın yolları ilan kimi burulur. Bütün yollar çınqılla döşənib. Çox gözəl olur bizim kəndin sabahları. Güllərin üstündəki şeh, ağaclardan, otlardan gələn gözəl, təmiz qoxu. Yaşıllığın qoxusu. Heç düşünmədən ciyərdolusu havanı udursan. İçin də sevinir.
Bizim kəndimizdə tək yollar, ağaclar, evlər gözəl deyil, insanlar da gözəldir. Həm daxilən, həm xaricən. Bütün qızlarla bacı-qardaş kimiyik. Bircə Maşadan başqa. Atası Maşanın anasını Rusiyadan götürüb gəlmişdi. Və beləcə Maşa kəndimizdə dünyaya gəlib. Çox da gözəl deyildi. Ancaq mən onu sevirdim. Çünki sevməyə başqa qız yox idi. Öz qızlarımıza niyəsə həmişə bacı kimi baxırdım. Uşaqlıqdan atam belə öyrədib. O qədər ki hamısına bacı dedim sonunda onlara başqa cür baxa bilmədim. Qadın kimi gördüyüm qız mütləq əcnəbi olmalıydı. Əcnəbi də vur-tut Maşa idi. Onu da deyim ki, qoçaqlıqda, səliqədə, geyimdə heç bizim qızlardan dala qalmırdı. Deməzdin ki, rus balasıdır. Bizim qızlar kimi uzun tumanlı, başı yaylıqlı, ayağı qaloşlu idi. Danışığı da bizim kimi. Ancaq sarıbəniz, sarışın telli idi, əsl rus balası kimi. Özümü onu sevməyə məcbur etmişdim sanki. Qəribə hiss idi, amma sevirdim. Deyəsən, kəndin oğlanlarının hamısı mənim kimi düşünürdü. Hamı Maşanı arzulayırdı. Axşamlar oğlanlarla yığışanda ancaq onun söhbəti gedirdi. Mənsə söhbətə qarışmayıb özümü laqeyd kimi göstərirdim. Elə bil kənddə başqa qız yox idi. Öz qızlarımız daha gözəl idilər amma. Niyə hamı rus balasından danışırdı anlamıram. Özümü anlamadığım kimi.
Bir həftə sonu hamamdan qayıdırdım. Ətirlənib, təraşlanıb, təmiz geyinib evə sarı gedirdim. Ayaqqabım toz olmasın deyə yavaş-yavaş addımlayırdım. Yeridikcə dağların zirvəsinə baxır, dumanın, çiskinin içində xəyallara dalırdım. Sanırdım ki, bəy hamamından çıxmışam. Bəylik paltarımı geyinib ətirlənmişəm. Əlimdə gül dəstəsiylə evdən çıxıb sevdiyimə qovuşmağa gedirdim ki, siqnallayan maşınlar “yoldan çəkil, biz xeyir işə tələsirik” deyirdi. Çönüb arxaya baxanda maşınların qırmızı lentləri diqqətimi çəkdi. Yanımdan güllə kimi keçib Maşagilin döngəsini döndülər. Xəyallarımdakı dağın zirvəsindən bərk yerə dəydim. Canım çox acıdı. Lap əzilmişdim. Ruhum da zədələnmişdi. Maşınlarla bərabər gözlərim də getdi onların həyətinə. Mənim yerimə güllü-çiçəkli bir nəfər maşından endi. Tanıyırdım onu. Bu, bizim Sergey idi. Kəndimizdə bir-iki rus balası var idisə onlardan biri də Sergey idi. Arıq, çəlimsiz, sapsarı bir oğlan idi. Ancaq rus balasıydı. Maşaya ondan yaxşı namizəd ola bilməzdi. Axı rus balasıydı.
Sergeylə uşaq vaxtı bir sinifdə oxumuşduq. Cılız olduğu üçün uşaqlarla dalaşanda həmişə döyülürdü. Mən də ona qəhmər çıxırdım. Onun ücbatından dost-tanışla üz-göz olmuşdum. Dilini də dinc qoymurdu. Mən də uşaqlara “dəyməyin, o, bu ellərdə qəribdi” deyib onu qoruyurdum. Hələ məktəbdə oxuyanda bütün dərslərinə mən kömək edirdim. İmtahanlarda xəlvəti ona cavabları ötürürdüm. O yazıb “5” alırdı, mən isə “3”dən, “4” dən . Sergeyin yaxşı dayıları var idi Rusiyada. Onu şəhərdə məktəbə də qoydular.
“Oxudu” adam oldu. Hərdən kəndə gəzməyə gəlirdi. Heç dəyişməmişdi. Yenə də özündən deyən, çəlimsizin biri idi. Amma kənddə hörmət görən, məktəb bitirib gələn rus balasıydı. İndi kəndin arvadları qızlarını ona vermək üçün can atırdılar. Axı oxumuş, Rusiyada gələcəyi olan rus balasıydı. Mən isə kəndin çobanlarından biri. Düzdü, çoxlu mal-qaram var idi. Fermanın heyvanlarını da məndən soruşurdular. İstəsəydim vaxtında 1-2 baş heyvan satıb özümü şəhərdə məktəbə qoyardım. Amma etmədim. Şəhərə gedib anamgili tək qoymağa könlüm əl vermədi. Düzdü, yenə də qonum-qonşu xətrimi çox istəyir. Amma necə də olmasa çobanam. Adım üstümdə.
Keçən dəfə Sergey kəndə gələndə uşaqlar yenə onu ələ salmağa başladılar. Mən də onun tərəfini tutub uşaqlarla höcətləşdim də. Kənara çəkilib söhbət edəndə mənə dedi:
-Bezmirsən bu avaralarla dostluq etməkdən? Özünə bir gün ağla, qaç bunlardan qurtul.
-Niyə ki, onlar da pis uşaqlar deyillər. Bir az davakardılar. Sən də dilini dinc qoymursan da öz aramızdı-gülüb əlimi ərkyanə çiyninə vurdum.
Əlimi itələyib: -Mən sizlərin tayı deyiləm. Ona görə gözünüz məni götürmür. Axı hansınız mənim etdiklərimin yarısını etmisiz? Hansınız şəhərdə məktəb oxuyub gəlmisiz? Allahın çobanısız da.
Söz mənə bərk toxundu. ”Allahın çobanı”. Yumruğumu sıxıb, dişlərimi qıcayaraq:
-Sergey, həddini aşma. Sən onun-bunun hesabına adam olmusan. Mən istəsəydim, öz hesabıma oxuyardım.
Əsəbləşdiyimi görüb hürkdü. Üzünə süni bir təbəssüm qondurub :
-Yoox, sən məni düz anlamadın. Mən hər yerdə deyirəm ki, sən başqa oğlansan. Sənin ürəyin qızıldı.
Sarı sifəti qəribə rəngə çalırdı. Gah qızarır, gah yenidən saralır, gah bozarırdı. Çox eybəcər hallara düşürdü. Gözlərini qaçıra-qaçıra “İnşallah sənin toyunda xüsusi iştirak edəcəm. Hər şeyini şəhərdən gətirdəcəm”-dedi.
Ona başqa heç nə deməyib çıxıb getdim. Sözləri mənə yaman yer eləmişdi. “Allahın çobanı”. Sən kimsən axı? “Allahın rusu”.
Maşagilin qapısında Sergeyi əli çiçəkli görəndə bu hadisələr yenidən yadıma düşdü. Demək, hamı belə düşünür. Mən Allahın çobanıyam.
Sakitcə, dilxorca evə qayıtdım. Bütün kəndin qız-gəlini həyətə yığışıb Maşaya gələn xonçaları sayırdılar. Hər ağızdan bir söz çıxırdı. Biri deyir “Bəxtəvərin bəxti nə yeyindi, gələn xonçalara bax”, biri deyir” Ay qız, tay-tayın tapar da, rus rusu alar da”. Anam isə deyirdi “Cəmi seyidlərin cəddinə and olsun ki, öz qızımdan çox o qızın dərdin çəkirdim. Deyirdim bu müsülmanların içində onu alan olmayacaq. Yazıq qız evdə gül kimi solacaq. Kimdi öz qızlarımız qala-qala urusun qızın evinə gətirə? Amma Allah var, yaman yaxşı qızdı. Müsülman olsaydı, mən onu çoxdan qapazlamışdım”.
Çox fikirli otağıma girdim. Qapını içəridən bağlayıb oturdum. İstədim ağlayım gözlərimdən yaş gəlmədi. Olanlar haqda düşünmək istədim. Bilmədim düşünməyə hardan başlayım. Onu xəyal etmək istədim, amma xəyallarımda onla bağlı bir an da yox idi. Onu bəyənib-bəyənmədiyimi düşündüm. Bircə onu bilirdim ki, o elə də gözəl deyildi. Onu sevirdim? Deyəsən, özümü sevməyə məcbur edirdim. Anamın dediyi sözlər elə bil ürəyimə su səpmişdi. Sən demə mən ən böyük səhvi onu sevməkdə etmişəm ki. Sevməkdə? Heç mən onu sevirəm ki? Gərək bu barədə tək olanda bir də düşünüm.
Bir az özümlə tək qalıb yenidən çıxdım çölə. Həyətdəki qızlara göz gəzdirməyə başladım. “Sara, Gülnaz, Fatimə, Nərgiz, Gülarə........ gör nə qədər qızlarımız var həyətdə. Hələ bunlar çox az hissəsidir. Nərgizin necə də nəcib əlləri var. Boyu boyuma, çəkisi də çəkimədi. Bəlkə, onu sevməyi düşünüm. Sevmək dediyin nədir ki? Bir az onunla xəyal qur, görəcəksən ki, artıq sevirsən.” Bayaq yıxıldığım dağların zirvəsinə yenə qalxdım. Bu dəfə duman, çiskin yox idi. Günəşin şəfəqləri bərq vururdu. Yanımdasa Nərgiz. Bilirdim, günəş öz istiliyi ilə məhəbbətimizi alovlandıracaq. Mən artıq onu sevirdim. Sevmək dediyin nədir ki??
Şəhriyyə Qəzənfərqızı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Dekabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri