Icma.az
close
up
RU
ANANIN YARDIM ÇAĞIRIŞI “Bir ananın fəryadını geri çevirməyin“ + FOTO/ VİDEO

ANANIN YARDIM ÇAĞIRIŞI “Bir ananın fəryadını geri çevirməyin“ + FOTO/ VİDEO

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

9 yaşlı Yusifli Camal Yasin oğlu anadan olandan ağır serebral iflic xəstəliyindən əziyyət çəkir. Bu illər ərzində ailəsi onun müalicəsi üçün bütün imkanlarından istifadə edib. Hazırda ailənin maddi durumu isə çox ağırdır, Camalın müalicə xərclərini qarşılamağa imkanları yoxdur.

Camalın anası Yusifova Pəri Natiq qızı  qızı “AzPolitika" vasitəsiiilə ictimaiyyətə müraciət edərək imkanı olan hər kəsdən yardım istəyir.

"Mən, Yusifova Pəri Natiq qızı, bütün vicdanlı insanlara, xeyirxah qəlbli və imkanlı vətəndaşlara müraciət edirəm.

Oğlum – Yusifli Camal Yasin oğlu, hazırda 9 yaşındadır və 9 ildir ki, ağır serebral iflic xəstəliyindən əziyyət çəkir. O, bu illər ərzində çox böyük əzablarla yaşamaqdadır: yalnız bir qulağı eşidir, gözləri görmür, danışa bilmir, addım ata bilmir, tamamilə yataq vəziyyətindədir. Bütün bədəni tonus içindədir, qolları və ayaqları açılmır.

Bir müddət əvvəl həkimlər yeganə çıxış yolu kimi xüsusi inyeksiya təyin etdilər. Şükürlər olsun, avqust ayının 25-də Bakıdakı Refleks Reabilitasiya Bərpa Mərkəzində hörmətli həkim Röyanə Quluzadənin iştirakı ilə oğluma həmin inyeksiya vuruldu. Bu prosedurun xərcini xeyirxah insanlar qarşıladı. Mən bu yaxşılığa görə minnətdaram.

Lakin həkimlərin dediyinə görə, inyeksiyanın fayda verməsi üçün 20 gün boyunca gündəlik masaj və idman-terapiya seansları keçirilməlidir. Bir seansın qiyməti 20 manatdır. Bu isə ailəmiz üçün çox böyük məbləğdir. Əgər bu prosedurlar həyata keçirilməsə, vurulan iynənin təsiri olmayacaq və övladımın vəziyyəti yenidən ağırlaşacaq, tonus artacaq.

Bundan əlavə, həkimlər Camalın ayaqlarının açıq saxlanılması üçün xüsusi karset də yazıblar. Onun qiyməti isə təxminən 600 manatdır. Təəssüf ki, bu məbləği qarşılamağa imkanımız yoxdur.

Əziz həmvətənlər! Mən bir ana olaraq sizdən yalvararaq xahiş edirəm – müraciətimi cavabsız qoymayın, bir ananın fəryadını geri çevirməyin. Balama gücünüz çatdığı qədər kömək edin. Çıxılmaz vəziyyətdəyik. Mən istəmirəm ki, övladım yenə də əvvəlki əzablı hallarla üzləşsin, zülm çəksin.

Bir ana üçün bu dərdi daşımaq çox ağırdır, yaşamayan bilməz. Allah heç kimə bala dərdi göstərməsin. Mən bilirəm ki, övladım heç vaxt sağlam uşaqlar kimi olmayacaq, amma ən azından onun çəkdiyi zülm və əziyyətlərin bir hissəsini azaltmaq olar.

Sizdən Allah rizası üçün dəstək diləyirəm. Bir ananın göz yaşlarına biganə qalmayın, övladımın dərdinə şərik olun, yardım əlinizi uzadın. Allah sizdən razı olsun!

Əlaqə nömrəsi (WhatsApp mövcuddur): 055 661 37 81
Bank hesabı: Kapital Bank
Kart nömrəsi: 4169 7388 3434 7076

Hörmətlə, Yusifova Pəri Natiq qızı (Camalın anası)"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see141

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see140

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri