Icma.az
close
up
RU
“İndependent Türkçe” Atatürkün Naxçıvana göstərdiyi diqqətdən yazıb

“İndependent Türkçe” Atatürkün Naxçıvana göstərdiyi diqqətdən yazıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 8 iyul, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk Naxçıvana xüsusi önəm verirdi. Təsadüfi deyil ki, 1921-ci il 16 mart tarixli Moskva müqaviləsinə əsasən, Türkiyə Azərbaycan Naxçıvan Muxtar Respublikasının qarantı kimi çıxış edirdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Məmləkət” partiyasının qurucularından biri Gürbüz Evrenin “İndependent Türkçe” nəşrində dərc olunmuş məqaləsində deyilir.

“Naxçıvan bölgəsində sərhədi açmaq üçün Atatürk nə etdi?” sərlövhəli məqalədə Türkiyənin Türk dünyası ilə əlaqələrində Azərbaycanla quru sərhədinin rolu vurğulanır.

Məqalənin müəllifi xatırladır ki, Türkiyə Cümhuriyyəti elan olunanda, bu ölkə Azərbaycanla həmsərhəd deyildi.

G.Evren yazır: “Atatürk Naxçıvanı “Türk qapısı”, məşhur türk ordu komandanlarından biri olmuş Kazım Qarabəkir isə bu diyarı “Şərqin qapısı” adlandırırdı. 1919-cu il mayın 24-də 6000 nəfərlik erməni ordusu Naxçıvana soxulanda və etnik təmizləmə başlayanda, Kazım Qarabəkir 2000 nəfərlik qruplaşmanı Azərbaycana göndərdi, bu qoşun birliyi silah daşıyan qatarın qarşısını kəsərək 200 erməni əsgərini əsir götürdü. Ermənilər türklərin hücumuna tab gətirə bilməyib İrəvan istiqamətində qaçdılar. 1920-ci ilin martında daşnaklar yenidən Naxçıvanı tutmağa cəhd etdilər və yenə də türk hərbçiləri onların qarşısını kəsdilər”.

Müəllif Atatürkün 1920-ci il avqustun 2-də Naxçıvandakı vəziyyətlə bağlı nitqindən parçaları sitat gətirib, Moskva müqaviləsini imzalamaq üçün Rusiyaya gedən Türkiyə nümayəndə heyətinə verilən göstərişləri də xatırladıb. Atatürk danışıqlarda Türkiyə nümayəndə heyətinin üzvlərindən biri Yusif Kamal bəyə deyib: "Naxçıvan “Türk qapısı”dır. Bu faktı nəzərə alaraq biz əlimizdən gələni etməliyik”. Nəticədə Naxçıvanla bağlı məsələ Moskva müqaviləsinin 3-cü maddəsində öz əksini tapıb”, –deyə “İndependent Türkçe” yazır.

“Məmləkət” partiyasının qurucularından biri daha sonra qeyd edir ki, Türkiyənin Azərbaycanla quru sərhədi 1932-ci ildə Türkiyə-İran müqaviləsi əsasında ərazilərin mübadiləsini nəzərdə tuturdu.

G.Evren daha sonra qeyd edir: “Ayrı-ayrı qrupların vaxtaşırı İran ərazisindən Türkiyəyə keçərək Anadolunun şərq bölgələrində vəziyyətin sabitliyini pozması fonunda 1932-ci il yanvarın 18-də Atatürk xarici işlər naziri Tevfik Rüşdünü Tehrana göndərdi və Kiçik Ağrı dağı ərazisinin Türkiyəyə verilməsini təklif etdi ki, bu da region üzərində nəzarəti daha yaxşı təmin edərdi. Əvəzində isə Katır rayonu İrana verildi. Müqavilə 1932-ci il noyabrın 5-də Ankarada razılaşdırıldı və imzalandı ki, bu da Türkiyə üçün Naxçıvana “pəncərə” açdı”.

“İndependent Türkçe” nəşrinin məqaləsində qeyd olunur: “Bu gün aydın olur ki, strateji düha olan Atatürk onilliklər sonrası baş verəcək prosesləri əvvəldən görürdü. Böyük dövlət xadiminin təmkini və qətiyyəti 1992-ci il mayın 28-də Türkiyə və Azərbaycana həyati əhəmiyyətə malik olan “Ümid körpüsü”nü açmağa və iki qardaş ölkəni birləşdirməyə imkan verən bünövrə rolunu oynadı”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri