Icma.az
close
up
RU
TRAMP PLANINI ƏNGƏLLƏYƏN ÜÇ ŞƏRT Ağ Ev sıxır, Kiyev “yox” deyir, Kreml isə...

TRAMP PLANINI ƏNGƏLLƏYƏN ÜÇ ŞƏRT Ağ Ev sıxır, Kiyev “yox” deyir, Kreml isə...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın adından hazırlanan, lakin daha çox Kremlin maraqlarına xidmət edən “sülh planı”nın taleyi getdikcə daha çox qeyri-müəyyən çalarlar almağa başlaytır. Peşəkar diplomatlar deyil, alverçi təfəkkürlü məlum şəxslər tərəfindən hazırlanan planın yumşaq desək, problemli olduğu, işğalçı dövlətin reabilitasiyasına və Ukraynanın kapitulyasiyasına bərabər nəticələr doğurduğunu Ağ Evdə də anlamağa başlayıblar. Belə ki, Qərb mətbuatının yazdığına görə, bu plan Ağ Evdə “xaosa və bölünməyə səbəb olub”.

ABŞ vitse-prezidenti J.D. Vens və Dövlət katibi Marko Rubio Ukraynada sülhün əldə olunması ilə ilə bağlı tamamilə fərqli fikirlərə malikdirlər. Trampın xüsusi nümayəndəsi Uitkoff da Venslə eyni mövqedədir. Lakin Ukraynanın suverenliyi və beynəlxalq hüquqa önəm verən Rubio geri çəkilmir və daha peşəkar yanaşması ilə vəziyyəti düzəltməyə çalışır.

Planın ətrafında baş verənlər Donald Trampın özünü də bir qədər geri çəkilməyə vadar edib. Belə ki, prezident təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp planın qəbulu üçün əvvəlcədən qoyduğu son vaxtı ləğv etdiyini deyib. Xatırladaq ki, Tramp Kiyevə cümə axşamına qədər vaxt vermişdi.

Jurnalistlərə danışan Tramp, ABŞ nümayəndələrinin Rusiya və Ukrayna ilə müzakirələrdə irəliləyiş əldə etdiyini və Moskvanın bəzi güzəştlərə razı olduğunu söyləyib. Lakin söhbətin hansı güzəştlərdən getdiyini dəqiqləşdirməyib.

Tramp, Uitkoffun gələn həftə Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcəyini və İsrail ilə HƏMAS arasındakı müharibədə Qəzza razılaşmasına kömək edən kürəkəni Cared Kuşnerin də danışıqlarda iştirak etdiyini açıqlayıb. O, əvvəl təyin etdiyi son müddətdən imtina edərək, indi mümkün qədər tez bir zamanda razılaşma əldə etmək istədiklərini söyləyib.

"Mənim üçün son tarix hər şeyin bitdiyi zamandır", - deyə Tramp vurğulayıb.

O əlavə edib ki, mövcud vəziyyətə əsasən, müharibədə Rusiyanın üstünlüyü var və Ukraynanın indi razılığa gəlməsi daha sərfəli olardı. Onun sözlərinə görə, Ukrayna ərazisinin bir hissəsi növbəti bir neçə ay ərzində "Rusiya tərəfindən ələ keçirilə bilər".

Beləliklə, Donald Tramp sülh prosesində "böyük irəliləyiş" elan edir, ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə keçirilən müzakirələri "çox müsbət" adlandırır və "qalan məsələlərin həll olunmaz olmadığını" iddia edir. Lakin məsələn, CNN-in məlumatlı mənbələrə istinadla verdiyi məlumata görə, Vaşinqtonun nikbin açıqlamalarına baxmayaraq, sülh danışıqlarında ciddi maneələr qalmaqdadır.

Belə ki, Ukrayna tərəfi danışıqlarda irəliləyişi etiraf edir, lakin ABŞ-nin üç əsas tələbinin qəbuledilməz olaraq qaldığını vurğulayır. Əbu-Dabidə Rusiya rəsmiləri ilə danışan ABŞ hərbi elçisi hətta "bir neçə kiçik detal istisna olmaqla, ukraynalıların sülh razılaşmasına razılıq verdiklərini" bildirsə də Ukrayna tərəfi fərqli bir mənzərəni ortaya qoyur. Danışıqlarla tanış olan yüksək vəzifəli mənbə Kiyevdən CNN-ə bildirib ki, Trampın özünəinamına və diplomatlarının nikbin açıqlamalarına baxmayaraq, danışıqlardakı problemlər heç də "bir neçə məqam" və ya "kiçik detallar"la məhdudlaşmır.

28 səhifəlik ABŞ planının əksər bəndlərində ümumi irəliləyişlərə baxmayaraq, üç əsas məsələ hələ də həll olunmayıb və onlar sülhün gerçəkləşməsini müəyyən edən əsas şərtlər ola bilər:

1. Donbasın Ukraynanın nəzarətindəki ərazilərindən imtina edilməsi.

Mənbəyə görə, bu, bütünlükdə ölkənin müdafiəsi üçün vacib olan istehkam xarakterli şəhərlərdən imtina etmək demək olar. ABŞ bu ərazini Rusiyanın nəzarəti altında olan silahsızlaşdırılmış zonaya çevirməyi təklif edir. Mənbə bilıdirib ki, bu şərtin Ukrayna tərəfindən qəbul edildiyini söyləmək “səhv olar”.

2. Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması.

Vaşinqton 600.000 əsgər limiti təklif edir. Lakin Kiyev daha yüksək say tələb edir. Müzakirələr davam edir, lakin razılaşma yoxdur.

3. Ukraynanın NATO üzvlüyündən çıxması.

Mənbə bu məsələni tamamilə qəbuledilməz adlandırıb. Ukrayna belə bir şərtin həm ölkənin gələcək təhlükəsizliyi və suverenliyi üçün təhdid, həm də "pis presedent" yaradacağına inanır.

Hər üç şərt Kremlin uzun müddətdir davam edən tələbləri ilə tamamilə uyğundur. Eyni zamanda, bu şərtlərin qəbulu yüz minlərlə əsgərin həyatı bahasına başa gələn Ukraynanın suverenliyi üçün əsas "qırmızı xətləri" tapdalayır. Həmçinin, bu məsələlərlə bağlı hər hansı bir güzəşt Ukrayna hökuməti üçün böyük daxili siyasi risklər yarada bilər.

Bir sözlə, bir yandan Ukraynanın haqlı mövqeyi, digər yandan Kremlin Ukraynada gerçəkdən sülh istəməməsi və sadəcə növbəti dəfə vaxt udmaq taktikası yürütməsi ilə bağlı şübhələr Tramp planının mümkün uğurunu kölgə altına alır. Odur ki, Trampın tərəflərə qoyduğu “son vaxt”ın hələ neçə dəfə təxirə salınacağı bəlli deyil…

C. Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri