Icma.az
close
up
RU
Bakıdan Belemə: COP fərqi

Bakıdan Belemə: COP fərqi

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Bu gün dünyanı narahat edən əsas problemlərdən biri də iqlim dəyişmələridir. BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bu məsələdə əsas platforma rolunu oynayır. Hər il qeyd edilən çərçivədə bir araya gələn beynəlxalq birlik çıxış yollarını axtarır. Amma hər dəfə də ümumi fikrə gəlmək, iqlim dəyişmələri ilə mübarizədə effektiv qərarlar qəbul etmək mümkün olmur. Bu mənada Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 təkcə yüksək təşkilatçılıq, diplomatik koordinasiya ilə deyil, həm də əldə edilmiş nəticələrlə tarix yazdı.

Məlum olduğu kimi, COP30 bu il 10-21 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçirildi. Bu tədbirdə ilk günlərdən bir sıra problemlər özünü göstərdi. Sessiya həm zəif təşkilatçılıq, həm təhlükəsizlik sahəsindəki boşluqlar, yetərsiz koordinasiya, eyni zamanda, infrastruktur çatışmazlıqları ilə müşayiət olundu. COP30-un pavilyonunda baş verən yanğın zamanı müdaxilənin gecikməsi, etiraz aksiyaları tədbirin işinə öz mənfi təsirlərini göstərdi. Digər tərəfdən, bir çox ölkənin yeni milli iqlim öhdəliklərini təqdim etməməsi də iqlim dəyişikliyi ilə mübarizə səylərinə mane olmaqla yanaşı, siyasi koordinasiya baxımından problemlərə səbəb oldu. COP30-da iştirakçılıq səviyyəsi də aşağı idi.

Bakıda təşkil olunan COP29-da isə rəsmi statistikaya əsasən, 72 min nəfər iştirak edib. Eyni zamanda, 190-dan çox ölkə tədbirdə yüksək səviyyədə - dövlət və hökumət başçıları, nazirlər səviyyəsində təmsil olunub. Sessiyada beynəlxalq qurumların rəhbərləri də iştirak edib. Belemin ev sahibliyi etdiyi COP30-da isə ümumi iştirakçı sayı 56 min nəfər oldu, bir çox ölkə isə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmadı.

Bakının COP29 sammiti zamanı qazandığı etimad, eləcə də Braziliyada keçirilən COP30-a hazırlıq prosesində yaxından iştirakçılığı Azərbaycan nümayəndə heyətinə Belemdə əsas missiyaların həvalə edilməsinə imkan verdi. Bu, Paris Sazişinin həyata keçirilməsində və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsində Azərbaycanın etibarlı və əhəmiyyətli tərəfdaş kimi strateji rolunu vurğulayır. Belə ki, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. Bu sənəd inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon ABŞ dolları iqlim maliyyəsinin təmin olunması üçün strateji addımları müəyyənləşdirir. Yol xəritəsi əsasən 5 prioritet sahəni hədəfləyir ki, bunlara güzəştli kreditlər, sosial məsuliyyət, özəl investisiyaların cəlbi və ədalətli maliyyə axını daxildir.

Xatırladaq ki, COP29 konfransı iqlim məsələlərində tarixi yeniliyə imza atdı. Paris Sazişinin illərdir işlək olmayan 6-cı maddəsi ilk dəfə tam şəkildə razılaşdırıldı. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rola malikdir. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov mövzu ilə bağlı "525"ə deyib ki, COP illik əsasda keçirilir: "Yeni tədbirlər barədə danışıqlar aparmaq və tərəflərin iqlim dəyişikliyini məhdudlaşdırmaq üçün BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ümumi məqsədinə uyğun olaraq irəliləyişini nəzərdən keçirmək yolunda bir fürsət olaraq dəyərləndirilir. Hər bir COP konfransın sonunda ictimaiyyətə açıqlanan bir bəyanatla və ya məcburi bir konsensus ilə razılaşır. Məsələn, 2023-cü ildə keçirilən COP28-də Tərəflər BƏƏ Konsensusu ilə razılaşdılar. UNFCCC- BMTİÇK 198 Tərəf (197 dövlət və Avropa İttifaqı) arasında bir razılaşmadır. Razılaşma "istixana qazı konsentrasiyalarını iqlim sisteminə təhlükəli antropogen yəni, insan tərəfindən törədilən müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirmək məqsədi daşıyır. UNFCCC "çətir" razılaşmasıdır, yəni onun çərçivəsində digər məcburi qərarların qəbul edilməsi və həyata keçirilməsi deməkdir. Buraya 2015-ci ildə COP21-də razılaşdırılmış Paris Sazişi də daxildir".

Deputat əlavə edib ki, 2024-cü ildə COP29 Azərbaycanda təşkil olundu: "Bizdən öncə COP28 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, bizdən sonra COP 30 10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində keçirildi. 6-7 noyabrda isə sessiyanın Liderlər Zirvəsi təşkil olundu. Ümumiyyətlə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 198 tərəfi geniş şəkildə beş regional qrupda təşkil olunub ki, buraya Afrika, Asiya, Şərqi Avropa, Latın Amerikası və Karib dənizi, Qərbi Avropa və digər dövlətlər (Avstraliya, Kanada və ABŞ) daxildir. COP-un prezidenti adətən ev sahibi ölkənin yüksək vəzifəli dövlət məmurudur. COP birgə mübarizə deməkdir. Qlobal istiləşmə ilə mübarizə aparmaq və iqlim dəyişikliyinin pisləşən təsirlərinə uyğunlaşa bilməyi təmin etmək üçün artıq masada əsas öhdəliklər olduğu üçün danışıq aparanlardan istəkləri hərəkətə çevirmək üçün alətlər, göstəricilər və proseslər müəyyənləşdirmək gözlənilir".

A.Badamov bildirib ki, Belem şəhərində keçirilən Liderlər Zirvəsində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti böyük uğurla təmsil etdi: "Milli Məclisin sədri Azərbaycan adından bəyanat səsləndirdi, həmçinin bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirildi. Bu görüşlər həm tədbirin profili baxımından, həm də qeyd etmək istərdim ki, Azərbaycan xarici siyasətinin, Sahibə xanımın rəhbərliyi ilə parlament diplomatiyasının son dərəcə uğurla təmsil olunması baxımından yüksək diqqətə layiqdir. Azərbaycan COP30-un təşkil olunmasında COP29-da əldə etdiyi tarixi nəticələri, öz təcrübəsini bölüşdü. Belə ki, COP29-un sədri, Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev tədbirlərdə iştirak və çıxış edib, fikir mübadilələrində aktiv rol alıb. Bu, özünü konkret nəticələrdə göstərdi. Belə ki, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair "Bakıdan Belemə Yol Xəritəsi"ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. Bir daha məlum oldu ki, hədəflərə çatmaq birgə, koordinasiyalı iş ortaya qoyulduğu zaman mümkündür. Təbii ki, artıq görüşlər nəticəsində də vurğulandığı kimi, bu hədəfə çatmaq mümkündür. Əsas məqam odur ki, sözügedən məsələ ənənəvi mənbələrdən, eləcə də yeni və innovativ maliyyə mexanizmlərinin hazırlanmasından əhəmiyyətli səy tələb edəcək".

Deputat söyləyib ki, Paris Sazişinin daha sürətli həyata keçirilməsi üçün iqlim tədbirlərinin real iqtisadi və maliyyə islahatlarına daxil edilməli olduğu fikri üzərində ciddi müzakirələr gedir. Artıq fikir mübadilələrindən təcrübəyə keçmək lazımdır: "Buna görədir ki, prezidentlər Muxtar Babayev və Andre Korrea do Laqo görüşərkən praktiki erkən tədbirlər təklifi üzərində dayanıldı. Buraya  məlumatları təkmilləşdirmək, islahat müzakirələrini təşviq etmək və şəffaflığı və əməkdaşlığı gücləndirmək daxildir. Bu addımlar impulsun yaradılmasına, prioritetlərin formalaşdırılmasına və mümkün olanları nümayiş etdirməyə kömək edəcək. İqlim maliyyələşdirməsində bu dövrü həqiqət dövrünün başlanğıcı kimi də xarakterizə edirlər. Paris Sazişinin daha sürətli həyata keçirilməsi üçün iqlim tədbirlərinin real iqtisadi və maliyyə islahatlarına daxil edilməsi reallığı artıq aydın görünür.

Bir daha sübut olundu ki, planetimiz bizdən təcili addımlar, koordinasiyalı iş tələb edir. Bunun üçün resurslar mövcuddur. Qalan şey odur ki, tərəflər qətiyyət ortaya qoymalıdırlar. Mənəvi baxımdan biz özümüzdən son dərəcə böyük məsuliyyət tələb edərək bu birgə işə töhfə verməliyik. Bəşəriyyət qloballaşmanın mənfi təsirlərinə cavabını göstərdiyi məsuliyyətin miqdarı ilə verməlidir. Belemdə müəyyən fikir ayrılıqları olsa da, ölkələrdən qazıntı yanacaqlarından uzaqlaşmaq üçün birlikdə işləməyə davam etmək istiqamətində güclü ambisiyalar da gördük".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see229

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see196

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see142

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see138

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri