Icma.az
close
up
RU
Niyə abituriyentlər xaricdə təhsilə daha çox üstünlük verir? ARAŞDIRMA

Niyə abituriyentlər xaricdə təhsilə daha çox üstünlük verir? ARAŞDIRMA

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ali təhsil almaq hər bir insanın həyatında mühüm rola malikdir. Şəxsin bilik və bacarıqlarının təkmilləşməsində, şəxsiyyətinin formalaşmasında və dünya görüşünün artmasında son dərəcə vacibdir. Həvəsli olduğu ixtisas üzrə professionallaşmaq üçün isə ali təhsil almaq çox önəmlidir. Bununla bərabər universitet həyatı gəncin sosiallaşmasında, yeni təcrübələr əldə etməsində, yeni mühitlərə adaptasiya olmasında vacib rol oynayır. Hər bir gənc isə illərini sərf edəcək universitet həyatında yüksək keyfiyyətli təhsil almaq istəyir.

Ali təhsil

Ali təhsil elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusudur. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil.

Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsilidir. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir.

Azərbaycanda bakalavr təhsili

Azərbaycanda bu təhsil pilləsinə aparan proqram 1991-cı ildə Xəzər Universiteti tərəfindən hazırlanmış və həyata keçirilməyə başlanılmışdır. 1993-cü il qəbul edilən təhsil qanunu bakalavr və magistr dərəcələrini ali təhsilin uyğun olaraq birinci və ikinci pilləsi kimi qanuniləşdirmişdir. Azərbaycanda bakalavr üzrə təhsil müddəti 4 ildir. Bakalavr dərəcəsi magistraturaya daxil olmaq hüququ verir.

Dünyada bakalavr təhsili

Ayrı-ayrı dövlətlərdə və ixtisas istiqamətlərində baklavr hazırlığı bir-birindən fərqlənir və 3 - 6 il arası təşkil edir. Məsələn, İngiltərədə və Almaniyada 3, Şotlandiya, Kanada və ABŞ-də bakalavr təhsilinin müddəti 4 ildir.

Magistratura

Magistratura ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir.

Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan Respublikasının təhsil qanununda" ətraflı verilir.

Doktorantura

Doktorantura və hərbi təhsil müəssisələrində adyunktura — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksəksəviyyəli elmi-pedaqoji kadr hazırlığı forması. Müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

Xaricdə təhsil

Günümüz tələbələrinin demək olar ki, yarısı bakalavr təhsillərini bitirdikdən sonra magistr təhsillərini davam etdirmək üçün xaricdə təhsilə üz tutur. Son illərin statistikası da və xaricdə təhsilə maraq və tələbat burada öz sözünü deyir. Buna səbəb isə tələbələrin bakalavr təhsilləri müddəti ərzində yerli universitetlərdəki tədris, texnologiya və müəllimlərin qiymətləndirmə və tədris metodologiyası ilə tanış olduqdan sonra xaricdə təhsili seçirlər. İstər tələbə həyatının aktiv və sosial şəkildə təşkil olunması ilə, istərsə də təhsilin yüksək səviyyədə tədris olunması ilə xarici universitetlər yerli universitetlərdən bir addım öndədir. Yerli özəl universitetlərin bir çoxunda tədrisin yüksək səviyyədə olmasına baxmayaraq, həmin universitetlərdə illik təhsil haqqı qiymətlərinin yüksək məbləğdə olması səbəbindən dolayı tələbələr özəl universitetlərdə təhsil almaqdan imtina edirlər. Dövlət universitetlərində isə tədrisin aşağı səviyyədə olması, müasir texnologiya və avadanlıqlarının olmaması, yaşlı və “qiymətyazmayan” yeniliyə açıq olmayan pedaqoqlar və s. bu kimi əsaslı səbəblərdən dolayı tələbələr Azərbaycanda təhsil almaqdan imtina edirlər və xaricdə təhsilə üz tuturlar. Bütün bu amilləri nəzərə alsaq yerli universitetlərə də üstünlük verən tələbələr də azlıq təşkil etmir. Əsas olan təbii ki, tələbəyə hansı uğundursa və rahatdırsa orada təhsil almaq istəməsidir. İstər yerli universitet olsun, istərsədə xarici vacib olan odur ki, sizə nələrsə qata bilsin, bilik və bacarıqlarınızı artırsın!

Xaricdə təhsil almaq, tələbələrə fərqli mədəniyyətlər və təhsil sistemləri ilə tanış olmaq, geniş əlaqələr qurmaq və beynəlxalq səviyyədə tanınan diplomlar əldə etmək imkanı verir.

1. Amerika Birləşmiş Ştatları

Ümumi Məlumat: Amerika, dünyada ən çox tələbə qəbul edən ölkələrdən biridir. Burada həm yüksək akademik səviyyə, həm də zəngin mədəni həyat mövcuddur.

Universitetlər və Fakültələr:

Harvard Universiteti: Dünyanın ən məşhur universitetlərindən biridir. Biznes (Harvard Business School), hüquq (Harvard Law School), tibb (Harvard Medical School) və mühəndislik sahələrində yüksək səviyyəli təhsil təklif edir. Stanford Universiteti: Texnologiya və mühəndislik sahəsində liderdir. Kompüter elmləri, mühəndislik və biznes (Stanford Graduate School of Business) üzrə proqramlar xüsusilə məşhurdur. MIT (Massachusetts Institute of Technology): Texnologiya və mühəndislik sahəsində dünya lideridir. İnformatika, fizika və riyaziyyat sahəsində yüksək səviyyəli təhsil verir.

Təhsil Haqları:

Bakalavr proqramları: Orta illik təhsil haqqı $50,000 – $55,000 arasındadır. Magistr proqramları: Orta illik təhsil haqqı $30,000 – $45,000 arasında dəyişir. Təqaüdlər: Təqaüd və maliyyə yardımı imkanları genişdir, lakin rəqabət çox yüksəkdir.

Xaricdə Təhsil Həyatı: Amerikada təhsil almaq tələbələrə həm akademik, həm də şəxsi inkişaf üçün geniş imkanlar yaradır. Universitet kampuslarında geniş sosial fəaliyyətlər və tələbə təşkilatları mövcuddur.

2. Böyük Britaniya

Ümumi Məlumat: Böyük Britaniya, köklü təhsil ənənələri və yüksək akademik standartları ilə tanınır. Burada tələbələr üçün müxtəlif təhsil proqramları və təhsil səviyyələri mövcuddur.

Universitetlər və Fakültələr:

Oxford Universiteti: Humanitar elmlər, sosial elmlər və tibb sahələrində qabaqcıl təhsil təklif edir. Cambridge Universiteti: Riyaziyyat, təbiət elmləri və mühəndislik üzrə dünya səviyyəli proqramlara sahibdir. Imperial College London: Mühəndislik, tibb və biznes sahələrində ixtisaslaşmışdır.

Təhsil Haqları:

Bakalavr proqramları: Orta illik təhsil haqqı £20,000 – £30,000 arasındadır. Magistr proqramları: Orta illik təhsil haqqı £15,000 – £25,000 arasında dəyişir. Təqaüdlər: EU və beynəlxalq tələbələr üçün geniş təqaüd proqramları mövcuddur.

Xaricdə Təhsil Həyatı: Böyük Britaniyada təhsil almaq tələbələrə zəngin tarixi və mədəni irsi kəşf etmək imkanı verir. Burada tələbələr həm də peşəkar şəbəkələr qurmaq üçün geniş imkanlara sahibdirlər.

3. Almaniya

Ümumi Məlumat: Almaniya, yüksək keyfiyyətli təhsili və əlverişli təhsil haqları ilə tanınır. Burada çoxsaylı dövlət universitetləri beynəlxalq tələbələr üçün cəlbedici şərait yaradır.

Universitetlər və Fakültələr:

Heidelberg Universiteti: Tibb, hüquq və təbiət elmləri sahəsində ixtisaslaşmışdır. Münhen Texniki Universiteti (TUM): Mühəndislik, informatika və iqtisadiyyat sahələrində güclüdür. Humboldt Universiteti: Sosial elmlər, humanitar elmlər və təbiət elmləri üzrə tanınmışdır.

Təhsil Haqları:

Bakalavr proqramları: Əksər dövlət universitetlərində təhsil haqqı yoxdur və ya çox aşağıdır (semesteryə €300 – €500 administrativ ödənişlər). Magistr proqramları: Fərqli ödənişlər mövcuddur, lakin yenə də çox əlverişlidir.

Xaricdə Təhsil Həyatı: Almaniyada təhsil almaq tələbələrə yüksək akademik səviyyə və inkişaf etmiş texnoloji infrastruktura çıxış imkanı verir. Eyni zamanda, Almaniya Avropanın mərkəzində yerləşdiyi üçün tələbələr üçün səyahət imkanları da genişdir.

4. Kanada

Ümumi Məlumat: Kanada, təhlükəsiz və qonaqpərvər mühiti ilə tanınır. Burada beynəlxalq tələbələr üçün geniş təhsil imkanları və çoxsaylı təqaüd proqramları mövcuddur.

Universitetlər və Fakültələr:

Toronto Universiteti: Biznes, tibb və mühəndislik sahələrində qabaqcıl təhsil təklif edir. British Columbia Universiteti (UBC): Sosial elmlər, təbiət elmləri və iqtisadiyyat üzrə güclü proqramlara sahibdir. McGill Universiteti: Hüquq, tibb və kompüter elmləri sahələrində tanınmışdır.

Təhsil Haqları:

Bakalavr proqramları: Orta illik təhsil haqqı CAD $20,000 – $40,000 arasındadır. Magistr proqramları: Orta illik təhsil haqqı CAD $15,000 – $35,000 arasında dəyişir. Təqaüdlər: Beynəlxalq tələbələr üçün təqaüd imkanları genişdir.

Xaricdə Təhsil Həyatı: Kanadada təhsil almaq tələbələrə həm yüksək keyfiyyətli təhsil, həm də müstəqil yaşamaq və işləmək imkanı verir. Kanadada müxtəlif mədəniyyətlər və dillər ilə zəngin bir mühit mövcuddur.

5. Türkiyə

Ümumi Məlumat: Türkiyə, Azərbaycanlı tələbələr üçün yaxın və mədəni cəhətdən tanış bir ölkədir. Burada təhsil almaq həm maliyyə baxımından əlverişlidir, həm də yüksək keyfiyyətli akademik proqramlar mövcuddur.

Universitetlər və Fakültələr:

Boğaziçi Universiteti: Mühəndislik, sosial elmlər və biznes üzrə güclü proqramlara sahibdir. İstanbul Universiteti: Tibb, hüquq və humanitar elmlər sahələrində tanınmışdır. ODTÜ (Orta Doğu Teknik Üniversitesi): Mühəndislik, təbiət elmləri və iqtisadiyyat sahələrində qabaqcıl təhsil təklif edir.

Təhsil Haqları:

Bakalavr proqramları: Orta illik təhsil haqqı $1,000 – $3,000 arasındadır. Magistr proqramları: Orta illik təhsil haqqı $1,500 – $4,000 arasında dəyişir. Təqaüdlər: Beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları mövcuddur.

Xaricdə Təhsil Həyatı: Türkiyədə təhsil almaq Azərbaycanlı tələbələr üçün mədəni cəhətdən uyğun və iqtisadi baxımdan əlverişlidir. Burada tələbələr həm də zəngin tarix və mədəniyyət ilə tanış ola bilərlər.

SİA mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Ali təhsil üzrə ekspert, Ped.ü, f.d. Vüsal Kərimli: "Daha çox azərbaycanlı tələbələr xaricdə təhsil almağa üstünlük verirlər. Bu, ümumi qlobal prosesdir. Bir Alman düşünür ki, hər zaman İngiltərədə təhsil daha yaxşıdır. İngiltərə vətəndaşı düşünür ki, Amerikada təhsil daha yaxşıdır. Hər zaman xaricdə olan cazibədarlıq insanları cəlb edir. Amma xüsusilə İngiltərə, Almaniya, Amerikada təhsil almaq hər zaman cazibədar olub. Tək azərbaycanlılar üçün deyil, bütün dünya əhalisi üçün daha maraqlıdır. Burada əsas fərqlilik ondan ibarətdir ki, xaricdə təhsil proqramlarının tərtibatında çox fərqlilik var. Bizdə tələbələrə həddindən artıq öz ixtisasları ilə əlaqəli olmayan fənlər tədris edilir. Öz sahəsi üzrə dəqiq ixtisaslaşmamasına gətirib çıxarır. Əsas narahatedici faktorlardan biridir. İkinci, xarici universitetlərdə daha çox təcrübə var. Müxtəlif şirkətlərlə əməkdaşlıq var. Özəl sektor maraqlıdır, kadrların hazırlanması ilə və onlara dəstək olurlar ki, gələcəkdə onların işçisinə çevrilsinlər və öz töhfələrini versinlər. Tələbənin aylıq xərcləri müqayisə etsək, o qədər də bizdən artıq deyil. Bunun əsas səbəbi ondan ibarətdir ki, əksər universitetlərin yataqxanası var. Bütün dünyada, Amerikanın ştatından ştatına qiymətlər dəyişir. Burada xərclər dəyişə bilir. Amma deyərdim ki, bizimlə müqayisə edəndə müxtəlif ölkələrdə təhsil alan tələbələrin arasında çox ciddi fərq yoxdur. Çünki orada müəyyən ictimai nəqliyyatda, müxtəlif yerlərdə tələbələrə xüsusi endirimlər təklif edilir ki, bu da cazibədardır. Eyni zamanda tələlərə yataqxanalar təklif edilir ki, bu da ciddi şəkildə maliyyə fərqini azaldır. Nəzərə alsaq, bizdə tələbənin müqayisə etdikdə xərcləri daha çoxdur. Çünki tələbələr daha çox kirayədə qalırlar, bu da tələbələrin aylıq xərclərinə ciddi maneələr verir".

Təhsil eksperti Rizvan Fikrətoğlu: "Xaricdə ali təhsil necədir? Söhbət keyfiyyətdənmi gedir? Əgər keyfiyyətdən gedirsə, təbii ki, elə ölkələr var ki, ölkəmizdən aşağıdır, niyə görə ölkəmizi aşağı tutmalıyıq ki? Elə ölkələr var ki, orada təhsil yüksək səviyyədədir. Niyə xaricdə təhsil almağa üstünlük verirlər? Çünki bunun bir neçə səbəbi var: Keyfiyyətinə görə. Yüksək keyfiyyətli təhsil almaq istəyən təbii ki, xaricə gedir. Amma keyfiyyətsiz amil odur ki, test imtahanı verilmir, yola verilir. Həm də qiymət ucuz başa gəlir. İmkanlar genişdir".

Xaricdə təhsil Azərbaycanlı tələbələr üçün həm maliyyə, həm də akademik baxımdan fərqli çətinliklər və imkanlar təklif edir. Hər bir ölkə və universitetin öz unikal üstünlükləri və təhsil haqları vardır. Tələbələr seçəcəkləri universitet və ölkəni, təhsil almaq istədikləri fakültəni və maliyyə imkanlarını nəzərə alaraq diqqətlə qiymətləndirməlidirlər. Təqaüd proqramlarına müraciət etmək də xaricdə təhsil xərclərini azaltmağa kömək edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see227

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see120

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see118

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see118

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see118

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see116

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see116

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see116

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see114

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see113

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see112

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see112

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see112

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see111

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see111

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see110

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see110

31 il ötdü...

03 İyul 2025 07:57see110

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri