Icma.az
close
up
RU
İndi nərdivan əsri deyil

İndi nərdivan əsri deyil

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Liftsiz çoxmərtəbəli bina isə təkərsiz avtomobil kimidir

Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq tapşırıqları ilə son illər Bakının lift təsərrüfatının yenilənməsi istiqamətində davamlı layihələr həyata keçirilir. Dövlətimizin başçısının 20 noyabr 2025-ci il tarixli sərəncamı ilə “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da paytaxt üzrə quraşdırılacaq liftlərin sayının il ərzində 141-dən 148-ə çatdırılması da bunun bariz ifadəsidir.

Ölkə rəhbəri çıxışlarının birində bu məsələni xüsusi diqqətdə saxlamasının təsadüfi olmadığı barədə deyib: “Lift təsərrüfatının yenilənməsinə mühüm önəm verilməsi zəruridir. Mənim müvafiq sərəncamlarımla bir çox binaların lift təsərrüfatının təzələnməsi böyük əhəmiyyət daşıyır. İstismar dövründə liftlər sıradan çıxır. Ona görə də lift təsərrüfatının inkişafı zamanın tələbidir”.

Yeri gəlmişkən, təkcə indi deyil, əvvəlki illərdə də istifadəyə yararsız liftlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Bakının mərkəzi hissələrindəki köhnə liftlərin əksəriyyəti yenilənib. Məsələn, Səbail, Nərimanov və Nəsimi rayonlarında bu proses reallaşdırılıb. Köhnə liftlərin yerinə əsasən Almaniya istehsalı olan yeni liftlər quraşdırılıb. Paytaxtın digər ərazilərində də bu məsələ diqqətdə saxlanılıb, liftlərin mərhələli şəkildə dəyişdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu sahədə müasirləşmə, necə deyərlər, günlərlə, aylarla deyil, illərlə vaxt tələb edir. Çünki istənilən meqapolisdə olduğu kimi, Bakıda da fasiləsiz istismar edilən liftlərin tez-tez sıradan çıxması, sistemdə müəyyən problemlərin yaşanması təbiidir. Burada başqa bir məqam da var. Bu, Bakı şəhərində 25 ildən çox bir müddətdə istismar olunan minlərlə liftin böyük bir qisminin sovet dövründən qalan avadanlıqla işləməsi ilə bağlıdır. Bunun yenilənməsinə həm böyük məbləğdə vəsait, həm də yuxarıda vurğuladığımız kimi, müəyyən bir zaman lazım gəlir.

Bu fikrin təsdiqi kimi belə bir faktı da xatırlatmaq yerinə düşər. Beynəlxalq normativlərə görə, çoxmərtəbəli yaşayış binalarında istifadə edilən liftlərin orta istismar müddəti, təxminən, 20 il hesab olunur. Belə bir müddətin ötməsi isə təhlükəsizlik baxımından ciddi risklər formalaşdırır. Son illərdə paytaxtda lift təsərrüfatının yenilənməsi istiqamətində bir sıra proqramlar icra olunur, lakin bu, real ehtiyacları tam qarşılamır. Amma buna baxmayaraq, Bakının müxtəlif rayonlarında lift təsərrüfatının təhlili mövcud sahədə illərlə yığılıb qalan problemlərin tez bir zamanda həllinin zəruriliyini qarşıya mühüm vəzifə kimi qoyur. Respondentlər bildirirlər ki, bir çox binalarda liftlər əsaslı təmir əvəzinə yalnız texniki müdaxilələrlə fəaliyyətini davam etdirir.

Xüsusən doqquzmərtəbəli binalarda istifadə olunan liftlərin əksəriyyətinin istismar müddəti çoxdan başa çatıb və onların qəfil sıradan çıxması artıq adi hala çevrilib. Müəyyən vaxtlarda yaranan nasazlıqlar isə xəsarətlərlə, hətta ölüm halları ilə nəticələnib. Bununla da mövzu məişət problemliyindən çıxaraq, ictimai təhlükəsizlik məsələsinə çevrilib.

Sakinlər arasında aparılan sorğular göstərir ki, əhali liftlərin vaxtında yenilənməsinin rahatlıqdan daha çox təhlükəsizlik üçün vacib olduğunu vurğulayır. Bu baxımdan modernləşdirmə proqramının coğrafiyası genişlənməli, liftlərin yenilənəcəyi binaların seçilməsi şəffaf və ictimaiyyət üçün əlçatan mexanizmlərlə həyata keçirilməlidir. İşlərin nə zaman başlayacağı, nə qədər davam edəcəyi və hansı mərhələlər üzrə aparılacağı barədə sakinlərə dəqiq məlumat verilməlidir.

Lift təsərrüfatının təzələnməsində nəzərəçarpan lənglik, bəzən isə biganəlik bir sıra binalarda sakinlərin öz təşəbbüsləri ilə vəsait toplayaraq təmir işləri aparmalarına səbəb olur. Lakin bu işlər çox vaxt müvəqqəti təmir xarakteri daşıyır və yalnız mühərrikin, idarəetmə blokunun, trosun və ya digər komponentlərin dəyişdirilməsi ilə məhdudlaşır. Bu isə, əslində, köhnəlmiş konstruksiyanın ümumi təhlükəsizlik risklərini aradan qaldırmır, sadəcə, müəyyən müddətlik mövcud avadanlığın ömrünü uzadır.

Digər tərəfdən, nisbətən yeni tikilmiş binalarda da liftlər bəzən gözləniləndən tez sıradan çıxır. Bunun başlıca səbəblərindən biri onun təyinatına uyğun istifadə edilməməsi ilə bağlıdır. Başqa sözlə, ağır yüklərin, məişət avadanlıqlarının, hətta tikinti materiallarının daşınması liftlərin fəaliyyətsizliyi ilə nəticələnir. Bu isə həm mexaniki aşınmanı sürətləndirir, həm də istehsalçı tərəfindən nəzərdə tutulmayan yükün tətbiqi səbəbindən tez-tez nasazlıqlara yol açır.

İrəliləyişdən yüksəlişə...

Ekspertlərin fikrincə, son illərdə Bakıya 1500-ə yaxın yeni lift gətirilərək quraşdırılması müsbət dinamikanın mövcudluğundan xəbər verir. Lakin bu göstərici ümumi təsərrüfat miqyasında ehtiyacı tam qane etmir. Başqa sözlə, paytaxt üzrə istismar müddətini başa vurmuş liftlərin sayının minlərlə olduğu nəzərə alınsa, yenilənmə proqramının həcmi real tələbatla müqayisədə hələ də aşağıdır.

Lift təsərrüfatının təhlükəsizliyinə nəzarətin daha sistemli həyata keçirilməsi üçün Mərkəzi Dispetçer Xidməti fəaliyyət göstərir. Bu mərkəz nasazlıqların operativ uçotunu aparır və avadanlığın monitorinqini təmin edir. Digər mühüm məsələ isə liftlərin hər il Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində qeydiyyatdan keçirilməsidir. Yalnız texniki təhlükəsizlik tələblərinə cavab verən avadanlıqlara istismar icazəsi verilir ki, bu da ümumi təhlükəsizlik sisteminin mühüm tərkib hissəsidir.

Ekspertlər mövcud vəziyyətə əsaslanaraq onu da bildirirlər ki, lift təsərrüfatının idarə olunmasında daha çevik, şəffaf və davamlı maliyyələşmə mexanizmlərinə ehtiyac var. İlk növbədə, binaların idarəedici qurumları – mənzil-kommunal sistemi üzrə xidmət sahələri lift təsərrüfatının monitorinqini gücləndirməli və hər bir avadanlığın istismar müddətinin real uçotunu aparmalıdır. Bu məlumatlar əsasında təhlükəsizlik risklərinə görə prioritetləşdirilmiş yeniləmə xəritəsi hazırlanmalıdır.

Mütəxəssislərin fikrincə, bu sahədə ən vacib məsələlərdən biri də çoxmərtəbəli binalarda liftlərin düzgün istifadəsinə dair maarifləndirmə işinin gücləndirilməsidir. Sakinlərin ağır yükləri liftlə daşıması avadanlığın sıradan çıxmasının əsas səbəblərindən biridir. Bu baxımdan, binadaxili qaydaların hazırlanması, lift kabinlərinə məlumat lövhələrinin yerləşdirilməsi və istifadəçi davranışına nəzarət praktikası mühüm rol oynaya bilər.

Təhlükəsiz şəhər müasir texniki infrastrukturdan başlayır

Bakıda lift təsərrüfatının yenilənməsi artıq strateji şəhərsalma məsələlərindən birinə çevrilib. Köhnə binalarda liftlər insanların gündəlik həyatında real risk amili olaraq qalır. Son illərdə həyata keçirilən yenilənmə layihələri müəyyən irəliləyişlərə gətirib çıxarsa da, lift təsərrüfatının tam təhlükəsizlik standartlarına uyğunlaşdırılması üçün daha intensiv, kompleks və planlı fəaliyyət tələb olunur.

Ekspertlər bildirirlər ki, bu proses yalnız dövlət qurumlarının məsuliyyət sahəsi deyil. Sakinlərin davranış mədəniyyəti, binaların idarəedici strukturlarının peşəkarlığı, texniki xidmətin operativliyi və yenilənmə proqramlarının şəffaflığı, bütövlükdə, şəhərin təhlükəsizlik mühitinə təsir göstərən əsas amillərdir. Bakıda modern, təhlükəsiz və rahat yaşayış mühiti formalaşdırmaq üçün lift təsərrüfatının yenilənməsi və düzgün idarə olunması qarşıdakı illərdə də prioritet sahələrdən biri olaraq qalmalıdır.

Elmar NURƏLİYEV,
təhlükəsizlik üzrə ekspert

Liftlərin istismarı zamanı mütləq təhlükəsizlik qaydalarına riayət olunmalı, onun texniki göstəriciləri daim yoxlanılmalıdır. Lift harada quraşdırılıbsa, mütləq həmin məkanda onun təhlükəsiz istismarına məsuliyyət daşıyan şəxs aqreqatlar, detallar, qurğular, mexanizmlər, əyləc sistemi, troslar, relslər, elektrik və mühərrik sistemlərinin sazlığını diqqətdə saxlamalıdır. Həmin hissələrin hər biri sertifikatlı olmalıdır. Qəzaların qarşısının alınması üçün lift şaxtasının tikintisindən tutmuş, onun konservasiyası, quraşdırılması standartlara cavab verməlidir. İstifadə müddəti başa çatan qurğuların yenilənməsi isə ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməlidir.

Bütün çoxmənzilli yaşayış binaları, eləcə də əyləncə mərkəzləri təhlükə potensiallı obyektlər sırasındadır, buna görə də onların istismarı qaydalara uyğun şəkildə aparılmalı, mütləq şəkildə obyektdə, binada liftin istismar təhlükəsizliyinə cavabdeh şəxs olmalıdır. Binanın avadanlıq və qurğularının, detallarının, elektron sisteminin dəyişdirilmə, yenilənmə və əvəz olunması ixtisaslaşmış, habelə lisenziyalı müəssisələr tərəfindən həyata keçirilməlidir.

Liftlərə vaxtında texniki qulluq göstərilərsə, elektron sistemi qaydasında olarsa, detalları, qurğuları, tros sistemi vaxtında dəyişdirilərsə, yenilənərsə, qəza hallarının sayı sıfıra enər. Liftdə əsasən bu səbəblərdən problem yaranır, onun istismarı tələbləri pozularsa, quraşdırılma zamanı düzgün montaj həyata keçilməzsə, sonrakı işləmə dövründə istismarı bitmiş avadanlıqlarda yaranmış nasazlıq vaxtında aradan qaldırılmazsa, qəza halları özünü göstərər. Əgər bu cür nasazlıqlar qeydə alınarsa, onun istismarı dayandırılmalıdır. Bütün bunlarla bərabər, alternativ enerji mənbəyi (generator) də olmalıdır. Hazırda bir çox yeni tikilən binalarda bu, yoxdur, nəticədə elektrik enerjisi kəsildikdə insanlar liftin içində qalır. Bu zaman yaşlı və yaxud səhhətində müəyyən problemi olan insanın sağlamlığı üçün ciddi təhlükə yarana bilər.

Elektrik sisteminin nasazlığı nəticəsində liftdə yanğın baş verməsi, insan həyatı ilə bağlı təhlükə yaranması riski də var. Binada elektrik enerjisi kəsildiyi halda lift ikinci şəbəkəyə qoşulu olmalıdır. Amma təəssüf ki, elə yaşayış binaları var ki, işıq sönəndə onlarda lift də dayanır. Bu, yolverilməzdir, liftin içindəki şəxslər panikaya düşə bilərlər. Həmçinin liftin tavanına, döşəməsinə, yan güzgülərinə toxunmaq olmaz. Çünki həmin güzgülərin də təhlükəsizlik elementləri var. İstifadəçi liftə minən vaxt mütləq güzgüdə özünü görməlidir. Ola bilər ki, liftin qapısı açıq olsun, amma özü mərtəbəyə gəlməsin, bu zaman şəxs bilmədən liftə minəndə şaxtaya düşə bilər...

Bu məqamda diqqəti bir məsələyə də yönəltmək istərdim. Bu, liftdən istifadə edən bəzi şəxslərin qaydalara əməl etməməsi ilə bağlıdır. Belə ki, bir sıra hallarda bina sakinlərinin özləri liftdən istifadədə məsuliyyətsiz davranır, məsələn, lifti nəzərdə tutulan normadan artıq yükləyir, düymələrini qırır, yaxud düymələri eyni vaxtda basır. Bütün bunlar da onun vaxtından əvvəl istismar müddətinin başa çatmasına gətirib çıxarır.

V.BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see233

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see222

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see194

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see147

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see146

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see145

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see133

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri