“İndi ortalığa çox qohum çıxıb, pul mənə çatmalıdır Qəzada ölən bacı qardaşın ögey qardaşı
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qardaşım kənddə işləyirdi, bacım isə Türkiyəyə tez-tez gedib gəlirdi. Sonuncu dəfə mənə də təklif etmişdilər, dedim, işlərim var, sonra sizə qoşularam. Onlar Türkiyəyə uçurdular”.
Kamran Seyidov Qazaxıstandakı təyyarə qəzasının qurbanları olan bacı-qardaşın- 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlərin ögey qardaşıdır.
Onların anası bir olsa da, ataları fərqli insanlardır. Kamran anasının ikinci evliliyindən doğulub. Deyir ki, körpə yaşlarından ata nənəsi ona baxıb. Uzun müddət bacı-qardaşları ilə bağlı heç bir məlumatı olmayıb.
“Sonra ondan-bundan eşitdim ki, bacım və qardaşım var. Elə oldu ki, soraqlaşıb tapdıq. İki -üç il olardı ki, bizim ünsiyyətimiz var idi. Amma gizli görüşürdük, heç birimizin qohumarının bundan xəbəri yox idi.
Onların çox arzuları, planları var idi. Eşitdiyimə görə, qardaşım gili də balaca vaxtlarında nənəsi böyüdüb”.
Kamran deyir ki, faciə qurbanı olan bacı-qardaşının atası yol qəzasında həlak olub. Anaları isə 3-cü dəfə Türkiyə vətəndaşı ilə münasibət qurub və onunla Suriyaya gedib. Daha sonra övladları ondan xəbər ala bilməyiblər.
“Anamızdan xəbər yoxdur, biz onu çox axtardıq, tapa bilmədik. Anamız 3-dəfə türklə ailə qurmuşdu və ona qoşulub Suriyaya getmişdi. Bacı-qardaşıma bir müddət həmin türkin ilk xanımı baxıb. Bizim fikrimiz var idi ki, Türkiyəyə köçək və orada yaşayaq”.
Həmsöhbətimizin sözlərinə
görə, Xədicə və Əli Qroznudan da Türkiyəyə gedəcəklərmiş. Səfərin məqsədi həm Türkiyədəki ögey anaları olan qadını görmək, həm də orada Xədicəyə iş tapmaq imiş.
“Türkiyəyə bacımı tək buraxmamaq üçün gedirdi. Təyyarə qəzasından 10 gün öncə danışdıq. Qəza barəsində çox gec xəbər tutdum. İşlədiyim restoranın müdriyyətinə zəng etdilər. Əvvəl inanmadım. Mənə demişdilər ki, 25-i uçacaqlar. Evdəkilərin heç birinin xəbəri yox idi. Xədicənin karyerası ilə bağlı arzuları var idi. Deyirdi, bizə burada yaşamaq çətindir. Analığı da Türkiyədə onlara yaxşı baxırdı.
Hər şeyi gözləyərdim, amma onların ölümünü gözləməzdim. Dəfinlərinə də elə getdim ki, heç kim tanımasın. Bir-birimizə söz vermişdik ki, heç kim tanışlığımızı bilməsin. Birgə üçümüzün şəkilləri var idi. Telefonum tikintidə işləyəndə sındı, hamısı getdi. Mən ölümü gözləmirdim axı”.
Kamran həlak olan yaxınlarına görə kompensasiyanın onların əmisinə deyil, ona verilməsini istəyir. Deyir ki, bu pulla bacı-qardaşına məzar daşı qoyduracaq.
“Onlara düşən kompensasiyanı almaq, bahalı məzar daşları qoydurmaq istəyirəm. Onların yolunda xərcləyəcəyəm. İndi ortalığa çox qohum çıxıb. Bir qohum desin ki, niyə onlar Türkiyəyə gedirdilər və niyə bundan heç kəsin xəbəri yox idi. Deyirlər ki, kompensasiyanı əmisinə vermək istəyirlər. Birinci dərəcəli varis mənəm. Bildirilib ki, bu məsələ araşdırılacaq”. (musavat)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Kamran Seyidov Qazaxıstandakı təyyarə qəzasının qurbanları olan bacı-qardaşın- 22 yaşlı Əli və 19 yaşlı Xədicə Əlimirzəyevlərin ögey qardaşıdır.
Onların anası bir olsa da, ataları fərqli insanlardır. Kamran anasının ikinci evliliyindən doğulub. Deyir ki, körpə yaşlarından ata nənəsi ona baxıb. Uzun müddət bacı-qardaşları ilə bağlı heç bir məlumatı olmayıb.
“Sonra ondan-bundan eşitdim ki, bacım və qardaşım var. Elə oldu ki, soraqlaşıb tapdıq. İki -üç il olardı ki, bizim ünsiyyətimiz var idi. Amma gizli görüşürdük, heç birimizin qohumarının bundan xəbəri yox idi.
Onların çox arzuları, planları var idi. Eşitdiyimə görə, qardaşım gili də balaca vaxtlarında nənəsi böyüdüb”.
Kamran deyir ki, faciə qurbanı olan bacı-qardaşının atası yol qəzasında həlak olub. Anaları isə 3-cü dəfə Türkiyə vətəndaşı ilə münasibət qurub və onunla Suriyaya gedib. Daha sonra övladları ondan xəbər ala bilməyiblər.
“Anamızdan xəbər yoxdur, biz onu çox axtardıq, tapa bilmədik. Anamız 3-dəfə türklə ailə qurmuşdu və ona qoşulub Suriyaya getmişdi. Bacı-qardaşıma bir müddət həmin türkin ilk xanımı baxıb. Bizim fikrimiz var idi ki, Türkiyəyə köçək və orada yaşayaq”.
Həmsöhbətimizin sözlərinə
görə, Xədicə və Əli Qroznudan da Türkiyəyə gedəcəklərmiş. Səfərin məqsədi həm Türkiyədəki ögey anaları olan qadını görmək, həm də orada Xədicəyə iş tapmaq imiş.“Türkiyəyə bacımı tək buraxmamaq üçün gedirdi. Təyyarə qəzasından 10 gün öncə danışdıq. Qəza barəsində çox gec xəbər tutdum. İşlədiyim restoranın müdriyyətinə zəng etdilər. Əvvəl inanmadım. Mənə demişdilər ki, 25-i uçacaqlar. Evdəkilərin heç birinin xəbəri yox idi. Xədicənin karyerası ilə bağlı arzuları var idi. Deyirdi, bizə burada yaşamaq çətindir. Analığı da Türkiyədə onlara yaxşı baxırdı.
Hər şeyi gözləyərdim, amma onların ölümünü gözləməzdim. Dəfinlərinə də elə getdim ki, heç kim tanımasın. Bir-birimizə söz vermişdik ki, heç kim tanışlığımızı bilməsin. Birgə üçümüzün şəkilləri var idi. Telefonum tikintidə işləyəndə sındı, hamısı getdi. Mən ölümü gözləmirdim axı”.
Kamran həlak olan yaxınlarına görə kompensasiyanın onların əmisinə deyil, ona verilməsini istəyir. Deyir ki, bu pulla bacı-qardaşına məzar daşı qoyduracaq.
“Onlara düşən kompensasiyanı almaq, bahalı məzar daşları qoydurmaq istəyirəm. Onların yolunda xərcləyəcəyəm. İndi ortalığa çox qohum çıxıb. Bir qohum desin ki, niyə onlar Türkiyəyə gedirdilər və niyə bundan heç kəsin xəbəri yox idi. Deyirlər ki, kompensasiyanı əmisinə vermək istəyirlər. Birinci dərəcəli varis mənəm. Bildirilib ki, bu məsələ araşdırılacaq”. (musavat)
Bu mövzuda digər xəbərlər:Qəzada ölən məktəblilər qohum olublar
19 Yanvar 2025 19:20
Dörd il əvvəl qardaşı, indi isə özü qəzada öldü Foto
06 Oktyabr 2025 15:29
Dəhşətli qəzada həlak olan məktəbli bacı qardaşın FOTOSU
19 Sentyabr 2025 13:44
Dəhşətli qəzada gözü çıxıb yolun ortasına düşdü
01 May 2025 16:21
Təyyarə qəzasında ölən bacı qardaşın kompensasiya QALMAQALI Ögey qardaş, bibi, yoxsa NƏNƏ? VİDEO
28 Yanvar 2025 13:53
Baxış sayı:119
Bu xəbər 16 Yanvar 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















