Icma.az
close
up
RU
“İndi Ronaldonun anasına da cavab verməliyəm?” Jezusdan ironiyalı reaksiya

“İndi Ronaldonun anasına da cavab verməliyəm?” Jezusdan ironiyalı reaksiya

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ulduz futbolçu Kriştiano Ronaldonun Portuqaliya milli komandasındakı karyerasını başa vurmasından sonra yaranan gərginlik səngimək bilmir. Ronaldonun anası Dolores Aveyro Portuqaliya Futbol Federasiyasını və milli komandanı sərt tənqid edərək, yığmanın məğlubiyyətinə sevindiyini bildirib. Baş məşqçi Jorje Jezus isə bu açıqlamalara sərt reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, “Sporting” klubunun tədbirində danışan Dolores Aveyro oğlunun milli komandada layiq olduğu hörməti görmədiyini və haqsızlığa uğradığını iddia edib.

“Oğlum, həqiqətən, kədərli idi və mən də çox üzgünəm. Kriştiano milli komandada layiq olduğu hörməti almadı. Komanda yoldaşları da daxil olmaqla, heç kim ona lazım olan dəyəri göstərmədi”, - o qeyd edib.

Aveyro həmçinin Portuqaliya millisinin Danimarkaya 4-1 hesabı ilə məğlub olmasına münasibət bildirərkən hər kəsi təəccübləndirən ifadələr işlədib: “Danimarkanın Portuqaliyanı məğlub etməsi yaxşı oldu, düzünü desəm, bu nəticədən çox məmnun və xoşbəxt idim”.

O, həmçinin Portuqaliya Futbol Federasiyasının planlaşdırdığı vida mərasimini qeyri-kafi adlandıraraq, əsl dəyəri yalnız “Sporting” klubunun verəcəyini qeyd edib: “Vida mərasimi o, orada olanda keçirilməli idi, sonra yox. Ona həqiqətən dəyər verən klub olan “Sporting” vida mərasimi təşkil edəcək, çünki onlar onun qiymətini bilirlər”.

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus isə Kardiffdə Uelsə qarşı keçiriləcək Millətlər Liqası matçından əvvəl mediaya açıqlamasında Dolores Aveyronun sözlərinə ironiya ilə yanaşıb.

“İndi mən Kriştiano Ronaldonun anasına da cavab verməliyəm?”, - məşqçi ona ünvanlanan suala cavab olaraq bildirib.

Bununla belə, təcrübəli mütəxəssis Aveyroya böyük hörmət bəslədiyini, onun övladlarını böyütmək üçün çox əziyyət çəkdiyini vurğulayıb. Jezus Ronaldo ətrafındakı müzakirələrin bitib-bitməyəcəyi ilə bağlı isə zarafatla qeyd edib: “Bilmirəm bu mübahisə nə vaxt bitəcək. Məndən soruşsanız, cavab verməliyəm. Gələn il yenə Ronaldo haqqında soruşsanız, yenə cavab verəcəyəm”.

Xatırladaq ki, 41 yaşlı Kriştiano Ronaldo sentyabr ayında Danimarka ilə oyunda start heyətində yer almayacağını öyrəndikdən sonra düşərgəni tərk etmiş, nəticədə 30 günlük cəza almış və 5 noyabrda 234 oyun və 146 qolla milli komandadakı karyerasını rəsmən başa vurduğunu açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see402

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see283

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see278

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see272

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see269

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see267

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see265

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see263

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see262

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see261

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see247

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see239

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see239

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see238

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see237

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see237

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see236

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see235

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri