Icma.az
close
up
RU
İndiki Rusiya hərbçilərinin Suriyanı tərk edəcəyini düşünməyə əsas yoxdur Türkiyənin müdafiə naziri

İndiki Rusiya hərbçilərinin Suriyanı tərk edəcəyini düşünməyə əsas yoxdur Türkiyənin müdafiə naziri

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə təhlükəsizliyin təmin edilməsinə və milli maraqların qorunmasına yönəlmiş fəal siyasət yürüdür. Bu, həm regionda, həm də beynəlxalq aləmdə gərginliyin və sabitliyin pozulduğu bir vaxtda xüsusilə vacibdir.

Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler ötən ilin yekunlarını jurnalistlərə şərh edərək bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin gücü və milli müdafiə kompleksinin inkişafı Türkiyənin maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.

Güler qeyd edib ki, Ankara əvvəlki illərdə vaxt və məqsəd baxımından məhdud hərbi əməliyyatlar həyata keçirirdisə, bu gün maraqlarını qorumaq üçün uzunmüddətli və genişmiqyaslı addımlara arxalanır.

“2024-cü ildə bizim tərəfimizdən birbaşa 9 iri əməliyyat, 59 ortamiqyaslı və mindən çox kiçik əməliyyat keçirilib. Türkiyə hərbçiləri bu müddət ərzində Şimali İraq və Suriya da daxil olmaqla 2939 terrorçunu zərərsizləşdirib, 99 silahlı isə könüllü təslim olub. Bizim son məqsədimiz Türkiyənin cənub sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaqdır”, – deyə nazir vurğulayıb.

Suriyadakı vəziyyətlə bağlı Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, terrorçular qonşu ölkədə hakimiyyət dəyişikliyindən istifadə edərək nəzarət zonalarının miqyasını genişləndirməyə çalışırlar. O, PKK və bu təşkilatın Suriya qanadı YPG-ni Suriyanın bütövlüyü və suverenliyinə ciddi təhdid adlandırıb və Ankaranın bölgədə terrorçuların güclənməsinə imkan verməyəcəyinə əmin edib.

Eyni zamanda o, “Suriyadakı son hadisələr kontekstində ABŞ-ın regiondakı yeni reallıqları nəzərə almağa məcbur olacağına” əmin olduğunu bildirib.

Güler xatırladıb ki, neftlə zəngin Deyr əz-Zor bölgəsi son günlər müxalifətin nəzarətinə keçib və bu, Vaşinqton tərəfindən dəstəklənən YPG terrorçularının gəlir mənbələrinə zərbə vurub.

Suriyadakı Rusiya bazalarının bağlanması ilə bağlı iddialara gəlincə, nazir qeyd edib ki, Ankara Rusiya hərbçilərinin tam miqyaslı çıxarılması ilə bağlı məlumatı təsdiq edə bilmir.

“Bəzi gəmilər təmirə və ya digər hərbi gəmilərlə əvəz olunmaq üçün Rusiya Federasiyasına göndərilə bilər. Lakin indiki mərhələdə onların Suriyanı tərk edəcəklərini düşünməyə əsas yoxdur. Əksinə, qalmaq üçün əllərindən gələni edəcəklər. Rusiya son dövrə qədər Suriyanın müxtəlif bölgələrində yerləşən bütün hərbiçilərini Latakiya və Tartusda toplayıb. Biz də öz tərəfimizdən bu prosesdə onlara hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan etdik. Lakin hələlik belə bir müraciət daxil olmayıb”, – deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Eyni zamanda o, Bəşər Əsədin Suriyanı tərk etmək üçün Türkiyənin hava məkanından istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.

Türkiyəli nazir həmçinin, qeyd edib ki, Ankara hərbi-texniki əməkdaşlığın inkişafı üçün Dəməşqin müraciətinə baxmağa hazırdır.

Güler Türkiyənin hərbi-sənaye kompleksinin inkişafından bəhs edərək bildirib ki, ölkə “inkişaf etmiş və müstəqil müdafiə sənayesi olmadan gələcəyə inamla baxa bilməyəcək”.

“Dizayndan tutmuş istehsala qədər bütün mərhələlərdə Türkiyədə istehsal olunan müdafiə təyinatlı məmulatlar bu gün dost ölkələr və müttəfiqlər tərəfindən tədarük və tətbiq olunur”, – deyə o, qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Dekabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri