İndoneziya sahillərində göyərtəsində 70 sərnişin olan gəmi batıb
Icma.az bildirir, Moderator.az portalına istinadən.
İndoneziya sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, 23 nəfər isə itkin düşüb.
Moderator.az bu barədə "AP News"a istinadən xəbər verir.
Məlumata görə, gəmi Campea adasındakı limandan çıxaraq Cənubi Sulavesi əyalətindəki Selayar adalarına doğru istiqamət alıb. Hadisə baş verən zaman gəmidə ümumilikdə 70 sərnişin və heyət üzvü olub.
Bildirilir ki, bir gün əvvəl gəminin mühərriki sıradan çıxıb, bundan sonra isə o, təyinat limanından təxminən 79 km aralıda batmağa başlayıb.
Xilasedicilər indiyədək 46 nəfəri sağ tapa biliblər. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Baxış sayı:134
Bu xəbər 16 İyul 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















