Icma.az
close
up
RU
İndoneziyalı doktorantlar beynəlxalq elmi nüfuzuna görə BDU nu seçiblər

İndoneziyalı doktorantlar beynəlxalq elmi nüfuzuna görə BDU nu seçiblər

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 iyul, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) beynəlxalq elmi nüfuzu və təhsil imkanları ilə dünyanın müxtəlif ölkələrindən olan tələbə və tədqiqatçılar üçün cəlbedici ali təhsil məkanı olaraq seçilir. Hazırda bu universitetdə təhsil alan İndoneziya vətəndaşları Abdul Varis və Reza Aprianti də belə tələbələrdəndir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, onlar “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində Sosial elmlər və psixologiya fakültəsində doktorantura təhsili alırlar. Cütlük BDU-nu seçərkən universitetin beynəlxalq elmi nüfuzunu, QS reytinqindəki mövqeyini, zəngin kitabxana fondunu və elmi resurslara çıxış imkanlarını əsas götürüb. Onların fikrincə, BDU-nun akademik mühiti, peşəkar müəllim heyəti və müasir tədqiqat imkanları burada elmi fəaliyyət üçün geniş şərait yaradır.

Reza Aprianti sosial kommunikasiya ixtisası üzrə doktorantura təhsili alır. Onun elmi maraq dairəsinə kütləvi kommunikasiya, fəlakət kommunikasiyası və semiotika daxildir. İndoneziyada müəllim, laboratoriya müdiri, proqram koordinatoru və elmi jurnal redaktoru kimi çalışmış Reza artıq beynəlxalq konfranslarda məruzələrlə çıxış edib və nüfuzlu jurnallarda məqalələr dərc etdirib. BDU-nun elmi potensialı və Azərbaycanla İndoneziya arasındakı mədəni yaxınlıq onların seçimində həlledici olub.

Azərbaycana ailə ilə birlikdə gələn cütlük Bakının təhlükəsiz və yaşamaq üçün əlverişli bir şəhər olduğunu bildirir. Onlar qeyd edirlər ki, insanların səmimiyyəti, istiqanlılığı və mehribanlığı Azərbaycana tez uyğunlaşmalarına kömək edib. Tropik iqlimə malik bir ölkədən gələn ailə üçün Azərbaycanın dörd fəsilli iqlimi maraqlı təcrübə olub, xüsusilə ilk dəfə qarı burada gördüklərini və bu səbəbdən uşaqları ilə qar adam düzəltdiklərini qeyd edirlər.

Azərbaycan mətbəxi də cütlüyün maraq dairəsində olub. Onlar ən çox dolmanı bəyəndiklərini deyirlər. İndoneziyada əsasən düyü ilə qidalandıqlarını bildirən ailə üçün burada çörəyin əsas yer tutması yeni təcrübə kimi qiymətləndirilib. Reza isə İndoneziyada olduğu kimi, burada da qış üçün tərəvəz qurudaraq hazırlıqlar görür.

Ailənin üç övladı var və onlardan ikisi İndoneziyadakı məktəblərində onlayn təhsil alır. Başlanğıcda bu sistemə uyğunlaşmaq çətin olsa da, artıq rahatlıqla davam etdirirlər. Valideynlər bildirirlər ki, Azərbaycanda ailə həyatı üçün stabil və təhlükəsiz mühit var və uşaqlar da buradakı həyata tez uyğunlaşıblar.

Elmi fəaliyyət imkanlarına gəlincə, cütlük BDU-da təhsil keyfiyyətindən və professor-müəllim heyətinin tələbələrə fərdi yanaşmasından razıdır. Onların sözlərinə görə, universitet yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də elmi tədqiqat üçün geniş imkanlar yaradır.

Gələcək planlarına gəlincə, Abdul Varis Azərbaycanda qalıb elmi fəaliyyətini davam etdirməyi istədiyini bildirir. Reza isə həm Azərbaycanda, həm də İndoneziyada elmi əlaqələri gücləndirmək niyyətindədir.

Xarici tələbələrə tövsiyə verən indoneziyalı doktorantlar BDU-nun beynəlxalq səviyyədə tanınan, yüksək keyfiyyətli təhsil verən bir universitet olduğunu vurğulayır və Azərbaycana gəlmək istəyən tələbələri bu təcrübəni yaşamağa dəvət edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri