Icma.az
close
up
RU
İnək məsələsində niyə qadın, Məleykə xanım?

İnək məsələsində niyə qadın, Məleykə xanım?

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Min ölç, bir biç”, ”Ağzından çıxanı qulağın duysun” və ən əsası, “Danışmaq gümüşdürsə, susmaq qızıldır” el məsələlərini xatırladıq Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə ilə.

Bu günlərdə keçirilən mətbuat konfransında onun baytarlıq fakültəsinin əhəmiyyətindən danışaraq heç aidiyyatı olmadığı təqdirdə söhbəti inəyin üzərinə gətirməsi, bu məqamda isə hər gün sağılan inəyin ağır vəziyyəti haqqında qadınların onu yaxşı başa düşdüyünə özünü inandırması, sözün həqiqi mənasında, acı gülüşdən başqa heç nə deyil.

Bu bənzətməni bir qadın olaraq iki mənada yozdum: birincisi, qadının üzərinə çoxsaylı işlərin yüklənməsi, ikincisi, qadının uşaq əmizdirməsi kimi. Hər iki məqamda bu bənzətmə qəbuledilməzdir. Ona görə ki, müasir cəmiyyətimizdə ziyalı, həm də ölkədə yüksək bir vəzifə tutan, xüsusilə də gənclərlə işləyən bir dövlət məmurunun öz həmcinsləri haqqında bu bənzətməni verməsi qəbahətdir.

Azərbaycan qadını bu gün həyatın bütün sahələrində üstünlüklər qazanan, kişilərlə eyni hüquqa sahib olan, həm çalışdığı sahədə, həm də evində üzərinə düşən vəzifəni layiqincə həyata keçirən vətəndaşdır.

Nəyi qadın yaxşı başa düşər, Məleykə xanım? İnəyin hər gün sağılması məsələsində nə üçün məhz qadın sizi başa düşər, deyirsiniz? Ev işlərinə görə vurğulayırsınızsa, unutmayın ki, evinin xanımı ola bilmək hər qadına nəsib olan xoşbəxtlik deyil. Mətbəxə girib əlinin dadını da qatdığı ləziz yeməkləri masa üzərinə düzmək, ailə üzvlərini başına yığmaq, bir yerdə nahar, şam etmək bir qadın üçün evinin çırağı olmaq deməkdir və bu, o qədər xoşbəxt nüansdır ki, tərif etməyə sözün gücü belə çatmır. Digər işlər də onun kimi. Qadın, bəli, ailəsində üzərinə düşən vəzifələri həyata keçirməyə borcludur. Çünki bura Azərbaycandır və Azərbaycan ailə institunun gedişatı belədir.

Bu gün ölkədə qadınlar üçün hərtərəfli imkanlar yaradılıb ki, çalışan qadınları demirəm, hətta evdar qadınlar belə bu imkanlardan istifadə etməklə, gözəl həyat yaşayırlar: çalışan xanım kimi, uşaq böyüdən, tərbiyə verən xanım kimi, evinin xanımı kimi... Onlar qul deyillər.

İkinci, mənim zənn etdiyim kimi, inəyin hər gün sağılması ifadəsi ilə əmizdirən qadınları nəzərdə tutmağınız məsələsinə gəlincə, bilməniz yaxşı olar ki, övladını iki yaşına qədər ana südü ilə qidalandırmaq bir qadının borcudur və onun üçün qürurdur. Çünki dünyaya insan gətirməyin məsuliyyəti məhz anası olaraq onu öz südü ilə qidalandırmaqdan, cəmiyyətə sağlam vətəndaş verməkdən keçir. Bu mənada hər bir qadın anlamalıdır ki, ana oldusa, övladından bədən formasının pozulacağı üçün südünü əsirgəməməlidir.

Qaldı, inəyin hər gün sağılması məsələsinə, bu onların bioloji xüsusiyyətidir. Allah-təala bu heyvanı belə yaradıb ki, süd istehsal etsin və hər gün sağılsın. Düzdür, bu fikirlə o halda razılaşmıram ki, müasir dünyamızda daha çox süd əldə etmək üçün inəklər istismar olunur, onlar elə qidalandırılır ki, süni şəkildə süd istehsal edir və hər gün litrlərlə süd sağmaqla bu heyvanın bədəninə təcavüz edilir. Lakin normal şəkildə, yəni inəyin gündəlik yemindən yaranan süd onun orqanından xaric olmalıdır. Əks təqdirdə o, bunun əziyyətini çəkə bilər.

Məleykə xanımın özündən başqa heç kim bilməz ki, o, bu fikri nə mənada səsləndirib. Lakin məsələ belədir ki, söz ağızdan çıxınca sən onun ağası, çıxandan sonra o, sənin ağandır. Odur ki, cümləni elə qurmalıyıq ki, ağızdan çıxdıqda düzgün məna versin və müzakirə obyektinə çevrilməsin.

Ümidvarıq ki, Məleykə xanım yenidən Azərbaycan xanımlarının qarşısına çıxar və inəyin gündəlik sağılmasının ağırlığını məhz qadınların başa düşdüyünü nə mənada, nəyə görə, nə üçün söylədiyinin açıqlamasını verər. Əks halda hələ də Azərbaycan cəmiyyəti bu ziyalı xanım məmurun ağzından çıxan cümləni ismin bütün hallarında hallandırmaqdadır və buna ana südü qədər haqqı var.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri