Erməni futbolçu İlin centlmeni nominasiyasını almaq şansını itirdi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Rusiyanın "Krasnodar" klubunun erməni yarımmüdafiəçisi Eduard Spertsyan Rusiya Premyer Liqasının 11-ci turunda "Axmat"la oyununda baş vermiş səs-küylü insidentdən sonra "İlin centlmeni" mükafatını almaq şansını itirib.
Oxu.Az "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, mükafatı verən qurumun təşkilat komitəsi Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsinin qalmaqalla bağlı iclasından sonra belə qərar qəbul edib.
"Mövcud vəziyyətdə əhəmiyyətli ictimai etirazı nəzərə alaraq, biz "Krasnodar"ın oyunçusunu namizədlər siyahısında saxlamağı məqsədəuyğun hesab etmirik", - deyə təşkilat komitəsinin rəsmi açıqlamasında bildirilib.
Yada salaq ki, qalmaqal Rusiya Premyer Liqasının 11-ci turunun "Krasnodar" - "Axmat" görüşünün 85-ci dəqiqəsində baş verib. "Axmat"lı Usman Ndonq erməni futbolçunu vurduğundan, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Matçdan sonra "Axmat"ın müdafiəçisi "Krasnodar"ın kapitanının irqçi ifadələr işlətdiyini, Spertsyan isə rəqib futbolçunun onun anasına söydüyünü iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Oktyabr 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















