Suriya lideri Putinlə razılaşa bilmədi: Bəşər Əsədin aqibəti necə olacaq?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
15 oktyabrda Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa Moskvaya səfər etdi.
Görüşdə Kreml ilə yeni Suriya hökuməti arasında prioritet mövzular müzakirə olundu.
İlk növbədə, Tartus dəniz bazası və Xmeyim aviabazası kimi Rusiya üçün strateji əhəmiyyət daşıyan obyektlərin taleyi.
Digər vacib məsələ isə Əhməd əş-Şaraanın Moskvadan Bəşər Əsədi alaraq qayıtmaq planı idi.
O, səfər zamanı istəklərinə nail olmaq üçün açıq bəyanatlarla çıxış etdi.
Suriyanın yeni hakimiyyətinin keçmiş razılaşmalara sadiq qaldığını, o cümlədən Rusiya hərbi obyektlərinin statusunu qəbul edəcəyini və Moskva ilə imzalanmış sazişlərin icrasını təmin edəcəyini bəyan etdi.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Suriya lideri Putinlə razılaşa bilmədi: Bəşər Əsədin aqibəti necə olacaq?


