Icma.az
close
up
RU
Məleykə Abbaszadə DİM də keçirdiyi qəbuldan paylaşım etdi FOTOLAR

Məleykə Abbaszadə DİM də keçirdiyi qəbuldan paylaşım etdi FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə sosial şəbəkə hesabında DİM-də keçirdiyi iclasla bağlı paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, M.Abbaszadə 2 saat əvvəl etdiyi paylaşımda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini açıqlayıb.

O bildirib ki, görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işləri və növbəti addımları müzakirə edilib:

“İnformasiya sistemlərimizin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərimizin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərimizin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi barədə danışdıq.

Qəbul prosesində vətəndaşların ən çox istifadə etdiyi xidmətlərə ayrıca toxunduq. Qeydiyyatın, ixtisas seçiminin və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, eləcə də ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarını nəzərdən keçirdik. Dövlət qulluğu sahəsində isə şəxsi işlərin elektron qaydada aparılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal sistemin yaradılması barədə fikir mübadiləsi apardıq.

Süni intellektdən imtahan məzmununun keyfiyyətini yoxlamaq, yazılı cavabları qiymətləndirmək və vətəndaşların suallarını cavablandırmaq üçün necə istifadə edə biləcəyimizi də müzakirə etdik.

Rəqəmsal texnologiyalar işimizi və gündəlik həyatımızı sürətlə dəyişir. Düşünürəm ki, bu dövrün imkanlarını vaxtında görmək və onlardan doğru istifadə etmək vətəndaşlar üçün olduğu qədər dövlət qurumları üçün də vacibdir.

İnanıram ki, doğru mütəxəssislərlə işləsək və dövlət qurumları arasında əməkdaşlığı gücləndirsək, daha yaxşı nəticələr əldə edə bilərik”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri