Icma.az
close
up
RU
İnfarktın yaşı niyə cavanlaşıb? Ürək damar mütəxəssisi DANIŞDI

İnfarktın yaşı niyə cavanlaşıb? Ürək damar mütəxəssisi DANIŞDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son zamanlar infarktın yaşının hədsiz cavanlaşdığını görürük.

Ümumiyyətlə, infarktın yaşının cavanlaşma səbəbləri nələrdir?

Redaktor.az-a danışan Tibb elmləri doktoru, ürək-damar xəstəlikləri mütəxəssisi Rəşad Mahmudov bildirdi ki, əvvəllər infarkt daha çox 50-60 yaşdan sonra rast gəlinirdisə, bu gün 25-35 yaş aralığında olan gənclərdə belə ağır ürək-damar hadisələri ilə qarşılaşmaq mümkündür.

Onun sözlərinə görə, bu narahatedici tendensiyanın əsas səbəbləri bir neçə faktorun eyni anda təsir göstərməsi ilə bağlıdır:

"Müasir dövrdə insanların, xüsusilə də gənclərin həyat tərzi yüksək stres, psixoloji gərginlik və emosional yüklənmə ilə müşayiət olunur. Xroniki stres damarların elastikliyini azaldır, təzyiqi artırır, yuxu pozuntularına səbəb olur və nəticədə infarkt riskini erkən yaşlardan artırır. Bununla yanaşı, yüksək xolesterin, arterial hipertoniya, şəkərli diabet və insulin rezistentliyi kimi əsas risk faktorları illərlə heç bir simptom vermədən səssiz şəkildə inkişaf edir. Gənclərin profilaktik müayinəyə maraq göstərməməsi bu problemlərin vaxtında aşkarlanmasına mane olur və damar tıxanması daha erkən yaşlarda özünü göstərir.

Digər mühüm səbəb isə həyat tərzinin hərəkətsizliyə doğru dəyişməsidir. Kompüter qarşısında uzun müddət oturmaq, gündəlik fiziki aktivliyin azalması və artıq çəki, xüsusilə də qarın piylənməsi aterosklerozun sürətlə inkişaf etməsinə şərait yaradır. Qidalanma vərdişlərinin dəyişməsi də ciddi rol oynayır. Fast-food, trans-yağlarla zəngin məhsullar, qazlı və şəkərli içkilər damarların daxili divarında yağlanmanı artıraraq damarların daha tez daralmasına səbəb olur".

Mütəxəssis qeyd etdi ki, siqaret və elektron siqaretlərin gənclər arasında geniş yayılması da infarkt yaşının cavanlaşmasında mühüm amildir.

"Elektron siqaretlərin “zərərsiz” olduğu barədə yanlış təsəvvür gəncləri daha çox riskə atır. Həm ənənəvi, həm də elektron siqaretlər damar divarını zədələyir, damar spazmını artırır və kəskin ürək-damar hadisələrinə səbəb olur.

Genetik meyillilik də unudulmamalıdır. Ailəsində erkən infarkt olan şəxslərdə risk qat-qat yüksəkdir. Hiperxolesterinemiya və irsi tromboz meyilləri kimi faktorlar gənc yaşlardan etibarən damarların zədələnməsinə səbəb ola bilər.

Bütün bunlarla yanaşı, “mən gəncəm, mənə bir şey olmaz” düşüncəsi də təhlükəni artırır. Gənclərin böyük qismi təzyiqini, xolesterin səviyyəsini, şəkərini ölçdürmür və profilaktik "check-up" müayinələrinə ehtiyac duymur. Nəticədə ilk simptom bəzən elə kəskin infarkt olur.

Bu səbəbdən də infarktın cavanlaşmasının qarşısını almaq üçün sağlam qidalanma, aktiv həyat tərzi, siqaretdən tam imtina, stresin idarə olunması və ildə ən az bir dəfə profilaktik müayinədən keçmək həyati əhəmiyyət daşıyır", - deyə Rəşad Mahmudov bildirdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri