Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İnflyasiya proqnozunun artırılmasının başlıca səbəbi kimi xarici amillər göstərilir. Ekspertlər bu il ərzində qəbul olunan bəzi qərarları da inflyasiyanın artmasında tətikləyici səbəb kimi görürlər.

Azərbaycanın bu il üçün inflyasiya proqnozu artırılıb. Belə ki, 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən, inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Xatırladaq ki, Mərkəzi Bankın iyul proqnozlarına görə ölkədə illik inflyasiyanın 2025-ci ildə 5,7 faiz, 2026-cı ildə isə 5,3 faiz olacağı proqnozlaşdırılır. Bəs inflyasiya proqnozunun artırılmasına təsir edən amillər hansılardır?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Əsas səbəb xarici təsirlərdir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, proqnozun artırılmasının əsas səbəblərindən biri idxal inflyasiyasıdır: "Xüsusən də region bazarlarında müşahidə edilən qiymət artımları və Azərbaycana idxal edilən məhsullar üzrə qeydə alınan inflyasiya proqnoza yenidən baxılmasını zəruri edib. Əsas səbəb xarici təsirlərdir. Xarici amillər içərisində daha çox logistika və idxal edilən məhsulların qiymətləri əsas səbəblərdəndir. Çünki qlobal enerji bazarında stabillik var. Hətta qiymətlər proqnozlaşdırılandan daha aşağıdır. Ona görə də enerji məhsullarının qiymətlərindəki dəyişikliklər praktik olaraq inflyasiya səviyyəsinə indiki halda təsir göstərməyib".

"Daxili amilləri də nəzərə almalıyıq"

V.Bayramovun fikrincə, daxili amilləri də nəzərə almalıyıq: "Çünki büdcə xərclərinin artması nəticə etibarilə tələb yaradır. Tələb yaratdığı üçün də qiymət artımlarına səbəb olur. Digər tərəfdən nəzərə alaq ki, 2025-ci ildə əməkhaqqı, pensiya, sosial müavinətlərdə də artımlar qeydə alındı. Bu da istehlak bazarında tələbə təsir göstərdi. Daxili amillər içərisində tələbin artması, xüsusən də istehlaka yönəldilən vəsaitin həcminin yüksəlməsidir. Çünki biz inflyasiyaya diqqət yetirsək görərik ki, burada tariflərin təsirləri elə də yüksək deyil. Amma istehlak və büdcə xərclərindəki artımlar inflyasiya proqnozuna təsir göstərir".

"İqtisadiyyat üçün ciddi risklər formalaşdırmır"

Millət vəkili bildirdi ki, bütün hallarda proqnozun artırılmasına baxmayaraq, inflyasiya ilə bağlı proqnoz birrəqəmlidir. Birrəqəmli olduğu üçün iqtisadiyyat üçün ciddi risklər formalaşdırmır: "Qiymətlərin aşağı olması vətəndaşların xərcləri baxımından vacibdir. Ailə büdcəsi aspektindən inflyasiya səviyyəsi aşağı olmalıdır. Amma nəzərə almaq lazımdır ki, əsas hədəf inflyasiyanı proqnozlaşdırılan səviyyədə saxlamaqdır. Bunun üçün idxaldan asılılığın azaldılması vacibdir. Çünki idxal inflyasiyası əsas faktordur. 2025-ci ildə təxminən altı faizə yaxın qiymət artımları proqnozlaşdırılır. 2026-cı ildə 5,3 faiz proqnoz edilir. Növbəti ildə də inflyasiya proqnozu 5-6 faiz intervalında dəyişəcək".

Dünyada baş verən proseslərin təsiri

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Eyyub Kərimli isə düşünür ki, rəqəmlərin dəyişməsinə səbəb dünyada baş verən proseslərdir: "Keçən il proqnoz 4,6 faiz nəzərdə tutulmuşdu. İndi isə yüksəlib. Proqnoz ilə real göstəricilər fərqlənə bilər. Bunun da səbəbi bəzi xidmət tariflərinin artması, qlobal bazarlarda müəyyən logistika kanallarının və məhsulların qiymətində artım baş verməsidir. Bəzi ölkələrdə ixraca məhdudiyyətlər qoyulub ki, bura ət, taxıl məhsulları daxildir. Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Digər ölkələr arasında münaqişələr olması da məsələyə öz təsirini göstərdi".

İnflyasiyanı azaltmağın yolları

E.Kərimli inflyasiyanı azaltmağın yollarından da bəhs etdi: "Daxili amillərə gəldikdə, tənzimlənən tariflərin, tələbatın artması baş verdi ki, bu da inflyasiyanı tətikləyən hallardan biridir. Əhalinin gəlirləri ilin əvvəlində artırıldı. Əsasən də təqaüdlərdə, sosial müavinətlərdə artım baş verdi. İnvestisiya qoyuluşu da inflyasiyaya təsir edir. İnflyasiyanın azaldılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir. Öncə idxaldan asılılığın azaldılması gələcək riskləri minimuma endirəcək. Həm də ərzaq məhsullarının böyük hissəsi idxaldır. Kənd təsərrüfatı və qeyri-neft sektorunu inkişaf etdirməliyik. İnflyasiyanın artımı əhalinin gəlirlərinə mənfi təsir göstərir. Çünki bu hər 100 manata bir manat itki deməkdir. Bütün bunlar gələcək riskləri də artırır və əhalinin büdcəsinə mənfi təsir göstərə bilər. İnflyasiyanın 2026-cı ildən sabitləşmə ehtimalı var. Amma bu proqnoz tam reallığı əks etdirməyə də bilər".

"İdxaldan asılılığı tam azalda bilməyəcəyik"

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dəyişimin səbəblərindən biri yanvar ayından kommunal xidmətlərin bahalaşmasıdır: "İkinci məqam bu ilin əvvəlindən başlayaraq dolların digər valyutalar qarşısında dəyər itirməsidir. Bu da idxalın bahalaşmasına səbəb oldu. İnflyasiyanın əsas səbəbi idxaldır. Daxili proseslərdən Tarif Şurasının və hökumətin qərarları inflyasiyaya təsir edir".

X.Kərimlinin fikrincə, inflyasiya əhalinin aşağı təbəqəsinin gəlirini daha da azaldır: "İdxaldan asılılığı tam azalda bilməyəcəyik. Çünki özümüzü hər şeylə təmin etmək üçün resursumuz çatmır. İnflyasiyanın çox sürətli olması yaxşı deyil. Çünki inflyasiya əhalinin qazancını azaldır. Ərzaq inflyasiyası yeddi faiz üzərindədir. Əhalinin çoxu məhz qidaya pul xərcləyir. İnflyasiya bu təbəqənin gəlirini daha da aşağı salır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri