İnformasiya mübadiləsi üçün rüşvət: Rusiyada Baza jurnalistlərinin korrupsiya sxeminin üstü açıldı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın tanınmış "Baza" nəşrinin baş redaktoru Qleb Trifonov polislərə rüşvət verməkdə ittiham olunur.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, Trifonov və əməkdaşı Tatyana Lukyanova iki il ərzində üç polis əməkdaşına bank köçürmələri vasitəsilə rüşvət veriblər. Onlar öz kartlarından DİN əməkdaşları - Aleksandr Ablayev, Sergey Kovalyov və Aleksandr Selivanovun hesablarına pul ötürüblər. Hazırda istintaq bu dövr ərzindəki bütün əməliyyatları araşdırır.
Belqorod şəhər polisinin cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Aleksandr Selivanov, Krasnodar DİN İdarəsinin növbətçi hissə rəisi Aleksandr Ablayev və Krasnoyarsk DİN Baş İdarəsinin əməliyyat müvəkkili Sergey Kovalyov rüşvət almaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onlar təqsirlərini etiraf edərək istintaqla əməkdaşlıq edirlər.
İttihama görə, jurnalistlər polis əməkdaşlarına məxfi məlumat mübadiləsi qarşılığında rüşvət veriblər. Bu səbəbdən "Baza" redaksiyasında və Trifonovun evində axtarış aparılıb, sənədlər və elektron məlumat daşıyıcıları götürülüb.
Qeyd olunur ki, iş, həmçinin Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində polis əməkdaşlarının səlahiyyətlərini aşması və rüşvət alması faktları ilə bağlı araşdırmalarla əlaqəlidir. Üç polis əməkdaşı saxlanılaraq Moskva regionuna gətirilib.
Məlumata görə, Selivanov üzləşdirmə zamanı "Baza" jurnalistlərindən rüşvət aldığını təsdiqləyib, Kovalyov isə Trifonovun onların polis əməkdaşları olduğunu bildiyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















