Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

İnformasiya savaşının uğurları Zəfər yürüşünə mənəvi dəstək idi

İnformasiya savaşının uğurları Zəfər yürüşünə mənəvi dəstək idi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Le Figaro” qəzetinə müsahibəsi ermənipərəst ölkəyə verilən həqiqət dərsi olmuşdu

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsinin ən gərgin mərhələsində bir-birinin ardınca dünyanın aparıcı media qurumlarına müsahibələr verirdi. Bu müsahibələrin məqsədi yalnız döyüş meydanında deyil, həm də informasiya məkanında Azərbaycanı müdafiə etmək, dezinformasiyaya qarşı həqiqətləri dünyaya çatdırmaq idi. Bu baxımdan dövlətimizin başçısının Fransanın “Le Figaro” qəzetinə 2020-ci il oktyabrın 24-də verdiyi müsahibə xüsusi önəm daşıyırdı. Çünki həmin vaxt bu ölkə cəmiyyətində, eləcə də bəzi siyasi dairələrdə münaqişə ilə bağlı birtərəfli, ermənipərəst mövqelər üstünlük təşkil edirdi.

Ölkə rəhbəri müsahibədə Fransanın oxucu auditoriyasının diqqətinə faktlara əsaslanan, diplomatik səriştə ilə ifadə olunan aydın və arqumentli cavablar çatdırırdı. Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini tarixi, hüquqi və siyasi baxımdan izah edir və xalqımızın ədalətli, qanuni və beynəlxalq hüquqa uyğun müharibə apardığını bir daha sübuta yetirirdi.

Prezident İlham Əliyev müsahibədə respublikamızın sülh tərəfdarı olduğunu, eyni zamanda, bu sülhün yalnız ədalət üzərində qurulmasının zəruriliyini dəfələrlə bildirirdi. Dövlət başçısı təəssüflə Ermənistanın 30 ilə yaxın bir müddətdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasına laqeyd münasibət sərgilədiyini, danışıqlar prosesini uzadaraq status-kvonu möhkəmləndirməyə səy göstərdiyini, bununla da işğalın davam etdirilməsinə xidmət göstərdiyini də vurğulayırdı.

Ölkə rəhbərinin “biz müharibəni başlatmadıq, biz öz torpaqlarımızı azad edirik” fikri həmin dövrün informasiya gündəminin əsas sitatlarından birinə çevrildi. Bu bəyanat Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə ən dəqiq və dolğun şəkildə çatdıran siyasi mesaj idi. Azərbaycan lideri müsahibədə Ermənistanın Gəncə, Bərdə və Tərtər kimi şəhərlərə raket zərbələri endirməsinin dinc əhaliyə qarşı hərbi cinayət olduğunu, təkcə bu faktın münaqişənin təcavüzkar tərəfini aşkar göstərdiyini də bildirdi.

Prezident İlham Əliyevin “Le Figaro”ya müsahibəsi həm də informasiya balansının bərpası baxımından mühüm önəm daşıyırdı. Çünki həmin dövrdə Fransada fəaliyyət göstərən bəzi erməni diaspor təşkilatları ictimai fikrə təzyiq göstərir, bu dövlətin siyasi elitasında birtərəfli münasibət formalaşdırmağa çalışırdı. Ölkə rəhbəri isə belə bir atmosferdə dövlət başçısına xas təmkin və diplomatik mədəniyyətlə Fransa oxucu və tamaşaçısının diqqətini münaqişənin hüquqi əsaslarına yönəldir, eyni zamanda, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdı.

Dövlətimizin başçısı Qarabağın Azərbaycan torpağı olduğunu, bu faktın BMT, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində təsdiqləndiyini xatırladırdı. Bununla da Prezident İlham Əliyev Fransada uzun illər ərzində formalaşdırılan yanlış təsəvvürləri dəyişir, eləcə də Azərbaycanın haqlı mövqeyini Avropa auditoriyasına hüquqi və rasional şəkildə təqdim edirdi.

Qeyd edək ki, ölkə rəhbərinin çıxışlarında həm beynəlxalq hüquq normalarına istinad, həm də tarixi faktların obyektiv təqdimatı mühüm yer tuturdu. O, 1990-cı illərin əvvəllərində Xocalıda törədilən soyqırımını, Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi etnik təmizləmə siyasətini xatırladaraq bunların insanlığa qarşı cinayətlər olduğunu vurğulayırdı. “Le Figaro”ya müsahibəsi də bu prosesin ən uğurlu nümunələrindən biri idi. Çünki bu müsahibə sayəsində Fransa ictimaiyyətinin bir hissəsində uzun illər formalaşmış birtərəfli təsəvvürlərin üzərindən xətt çəkildi, yeni baxış üçün intellektual zəmin yaradıldı. Prezident İlham Əliyevin arqumentləri həm siyasi dairələrdə, həm də media müstəvisində rezonans doğurdu. Fransanın bir sıra analitik mərkəzləri və jurnalistləri tərəfindən daha sonralar Azərbaycanın mövqeyinin hüquqi əsaslarının kifayət qədər güclü olduğu və beynəlxalq medianın balanslı yanaşmasının zəruriliyi etiraf edildi.

İlham Əliyev müsahibəsindəki çıxış tərzi ilə Azərbaycan diplomatiyasının yeni keyfiyyət mərhələsinə keçdiyini nümayiş etdirdi. Ölkə Prezidenti beynəlxalq tribunalarda olduğu kimi, Qərb mediası qarşısında da milli maraqları peşəkar, çevik və arqumentli şəkildə qorumağı bacardı. O, Qərb oxucusuna müraciət edərək münaqişənin sadəcə Ermənistan-Azərbaycan problemi olmadığını, həm də beynəlxalq ədalətin sınaq meydanına çevrildiyini diqqətə çatdırdı. Bu baxımdan dövlət başçısının “biz sülh istəyirik, amma sülh üçün ədalət bərpa olunmalıdır” tezisi həm siyasi, həm də mənəvi baxımdan dərin məna daşıyırdı. Bu, eyni zamanda, Azərbaycanın mövqeyini və sülhə olan sadiqliyini göstərirdi.

Müsahibənin əvvəlində jurnalistin “Azərbaycanın sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücumu hansı siyasi məqsədləri daşıyır?” kimi yalan, heç bir həqiqətə söykənməyən qərəzli, təxribat xarakterli sualını dövlətimizin başçısı təmkinlə, səbirlə, eləcə də fakt və arqumentlərlə cavablandırdı: “Azərbaycan Dağlıq Qarabağa qarşı müharibəyə başlamayıb, bu savaşın günahkarı Ermənistan olub. Azərbaycana qarşı hərbi hücuma keçən işğalçı Ermənistan olub. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçular öldürülüb. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat kimi qeydə alınıb”.

İşğalçının ilk dəfə ölkəmizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, bu, beynəlxalq müşahidəçilərin də yekdil rəyində öz ifadəsini tapıb. Belə ki, Ermənistan yeni əraziləri qəsb məqsədilə bu yola əl atıb, bununla işğalçı bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu – təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsi olan Trans-Adriatik boru kəməri üzərində nəzarəti həyata keçirmək məqsədi güdüb. Başqa sözlə, işğal yolu ilə Avropa istehlakçılarını şantaj etmək qarşıya əsas vəzifə kimi qoyulub.

Xatırladaq ki, Vətən müharibəsindən az əvvəl baş verən bu təcavüzə qarşı respublikamız ciddi cavab verdi, işğalçı geriyə çəkilməyə məcbur edildi. Lakin avqust ayında düşmən ərazimizə azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupu göndərdi. Bu sabotaj qrupunun başçısı hərbçilərimiz tərəfindən saxlanılaraq ifadə verdi. Beləliklə, bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhd idi. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsəd isə status-kvonun dəyişməz qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üzərinə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi.

Müsahibədə jurnalistin digər sualı Azərbaycanın yuxarıda adıçəkilən boru kəmərləri ilə bərabər, internet fiber-optik xətlərinin habı olmaq missiyası ilə bağlı idi. Dövlət başçısı bu fikirlə əlaqədar nəinki enerji, hətta daşımalar üzrə respublikamızın artıq regional haba çevrildiyini, hazırda Xəzər dənizinin digər tərəfində – şərq hissəsindəki və Avropadakı tərəfdaşlara mühüm nəqliyyat şəbəkəsi vasitəsilə xidmət göstərildiyini xatırlatdı: “Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib. Əlbəttə, bütün məsələlər enerji infrastrukturu ilə başlanıb. Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, artıq Mərkəzi Asiyadan neftin Azərbaycan ərazisindən Avropaya nəqlinə başlanıb”.

Azərbaycan lideri internet bağlantısı ilə əlaqədar onu da qeyd edib ki, respublikamız IT sektoruna böyük sərmayələr yatırır. Ölkəmizdə internetdən istifadə, təqribən, 80 faizdir, başqa sözlə, əhalinin 80 faizi internet istifadəçisidir. Azərbaycanın bu sahədə inkişaf etmiş şirkətləri var. Bu qurumların əsas hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur baxımından Azərbaycan bu gün çox vacib regional tərəfdir.

Müsahibədə cəbhədə həyata keçirilən hərbi əməliyyatlar barədə də ətraflı məlumat verən dövlət başçısı savaşın davam etdiyi bir aydan da az bir müddətdə Azərbaycanın uğurlu əks-hücumu nəticəsində işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsinin azad edildiyini, bunun isə heç də asan olmadığını diqqətə çatdırdı. Belə bir vəziyyətin səbəbini isə Ermənistanın 30 illik işğal müddətində ərazilərimizdə çox möhkəm istehkamlar qurması ilə əlaqələndirdi: “Təmas xəttini keçmək asan deyildi. Lakin ordumuz bunu müxtəlif istiqamətlərdə gerçəkləşdirdi. Bu, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yüksək səviyyəli potensialını nümayiş etdirdi”.

Azərbaycan lideri müsahibədə Ermənistanın uğursuzluqdan isterikaya düşərək ölkəmizin döyüş bölgəsindən uzaqda yerləşən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutmasına baxmayaraq, ordumuz düşmənin yalnız hərbi infrastrukturunu hədəfə aldığını, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırdığını da xatırlatdı. Eyni zamanda, işğalçının artıq döyüş meydanında məğlub olaraq ərazilərimizi tərk etdiyini, İranla beynəlxalq sərhədin bərpasının gerçəkləşdiyini diqqətə çatdırdı.

“Le Figaro”ya müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin 2020-ci il müharibəsi dövründə həyata keçirdiyi informasiya diplomatiyasının parlaq nümunələrindən biridir. Bu müsahibə vasitəsilə Azərbaycan dövləti beynəlxalq media məkanında öz mövqeyini gücləndirdi, erməni təbliğat maşınının yalanlarını ifşa etdi və dünya ictimaiyyətini ədalətin, beynəlxalq hüququn və sülhün tərəfində dayanmağa çağırdı.

Məhz bu cür çıxışlar sayəsində 44 günlük Vətən müharibəsi təkcə hərbi-siyasi deyil, həm də informasiya sahəsində Azərbaycanın qələbəsi ilə nəticələndi. Prezident İlham Əliyevin dəqiq diplomatik üslubu, beynəlxalq auditoriyaya yönəlmiş sivil və rasional arqumentləri ölkəmizin nüfuzunu möhkəmləndirdi və Azərbaycan həqiqətlərini dünya miqyasında tanıtdı.

Vaqif BAYRAMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri