“İnformasiya təxribatlarının intensivləşməsi Azərbaycanın doğru yolda olduğunun dolayı göstəricisidir” Fadil Paşayev
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın beynəlxalq nüfuzu artdıqca ona qarşı yönəlmiş informasiya təxribatları da intensivləşir. Bu şəraitdə Azərbaycan mediasının peşəkar, dəqiq və məsuliyyətli mövqe tutması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın artan nüfuzu bəzi dairələri narahat edir və bu narahatlıq informasiya müharibəsi formasında özünü göstərir.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Konkret.az” xəbər portalının baş redaktoru, əməkdar jurnalist Fadil Paşayevin sözlərinə görə, son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, regional və qlobal layihələrdə oynadığı fəal rol, müstəqil və prinsipial xarici siyasəti ölkəmizi yalnız siyasi və iqtisadi müstəvidə deyil, eyni zamanda informasiya müharibəsinin hədəfinə çevirib: “Bu proses xüsusilə son dövrlərdə daha açıq və sistemli xarakter alıb. Təəssüf ki, bu kampaniyalarda mühacirətdə yaşayan bəzi şəxslər, xarici dairələrin təsiri və ya şəxsi ambisiyalar fonunda, reallıqla uzlaşmayan, sübutsuz və böhtan xarakterli məlumatların yayılmasında alətə çevrilirlər. Xüsusilə Azərbaycan qadını haqqında mənfi stereotiplər formalaşdırmaq cəhdi, eləcə də Prezident ailəsi ilə bağlı şəxsi həyata müdaxilə edən yalan informasiyalar etik və hüquqi baxımdan yolverilməzdir”.
F.Paşayev bildirib ki, Azərbaycana qarşı aparılan informasiya təxribatlarının əsas məqsədi əslində ölkənin beynəlxalq imicinə zərbə vurmaqdır: “Onlar şər-böhtan, qarayaxma, əxlaqsız çıxışlar etməklə cəmiyyətdə çaşqınlıq və etimadsızlıq yaratmaq istəyir, milli dəyərləri, ailə institutunu və qadın obrazını hədəfə alır, dövlət rəhbərliyini və siyasi sabitliyi gözdən salırlar. Azərbaycan mediasının üzərinə bu baxımdan bir tarixi məsuliyyət düşüb. Belə bir şəraitdə Azərbaycan mediası və jurnalistləri yalnız informasiya ötürücüsü deyil, milli maraqların qoruyucusu rolunu oynamalıdır. Bu, təbliğatla deyil, peşəkarlıq, dəqiqlik və məsuliyyətlə həyata keçirilməlidir. İstər jurnalistlər olsun, istər cəmiyyətin fəal təbəqəsi, şayiə və emosional paylaşımlara sərt reaksiya verməli, yayılma mexanizminə qarşı amansız mübarizə aparmalı, xaricdəki şəbəkələr ifşa olunmalıdır. Böhtan tipli videolardan şikayət edilməli, Avropa ölkələrinin XİN rəhbərlərinə ayrı-ayrı formalarda məktublar, bəyanatlar göndərilməlidir. Xüsusilə ailə üzvləri, qadınlar və şəxsi həyatla bağlı mövzular işlənməli, Konstitusiya ilə qorunan şəxsi toxunulmazlıq hüququ təbliğ olunmalıdır. Bizim ölkəmizdə milli mentalitetə əl uzadanlara qarşı səfərbərlik müxtəlif səviyyələrdə həyata keçirilməlidir. Media bilməlidir ki, belə əxlaqsız informasiya hücumlarının arxasında geosiyasi maraqlar dayanır, bu kampaniyalar kimlərə və nəyə xidmət edir. Bunun üçün oxucuya izah edən analitik yazılar hazırlanmalıdır. Bu, cəmiyyətin informasiya savadlılığını artırır və manipulyasiyalara qarşı immunitet yaradır. Sosial şəbəkələrdə, televiziyalarda, bütün KİV-də Azərbaycan qadınının real obrazının təqdimatları keçirilməlidir. Həmin təqdimatlarda Azərbaycan kişisinin qadına olan münasibəti təbliğ olunmalı, xanımlarımızın tarixən dövlət quruculuğunda, elm, mədəniyyət, diplomatiya və ictimai həyatda mühüm rol oynadığı önə çəkilməlidir. Media bu reallığı uğur hekayələri, real nümunələr, faktlara əsaslanan materiallarla dünya ictimaiyyətinə çatdırmalıdır.
F.Paşayev sosial şəbəkələrdə koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb: “Bu və digər dezinformasiyalara gecikmədən reaksiya verməliyik. Veririk də. Azərbaycanın artan nüfuzu fonunda informasiya təxribatlarının intensivləşməsi təəccüblü deyil. Bu, əslində ölkəmizin doğru yolda olduğunun dolayı göstəricisidir. Lakin bu mübarizədə ən ön cəbhədə Azərbaycan mediası dayanır. Peşəkarlıq, etik davranış bu mübarizənin əsas şərtləridir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 Yanvar 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















