Icma.az
close
up
RU
“Türkiyə mediasında yayılan saxta xəbərlər qardaşlıq ruhuna ziddir” FADİL PAŞAYEV

“Türkiyə mediasında yayılan saxta xəbərlər qardaşlıq ruhuna ziddir” FADİL PAŞAYEV

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Son dövrlərdə Türkiyə mediasında Azərbaycana qarşı yayılan bəzi iddialar, xüsusilə Azərbaycanın “Fələstinin düşməni” kimi təqdim olunması və Baş nazir Netanyahu ilə bağlı bəzi tirajlanan xəbərlər heç də ürəkaçan deyil. Bu iddialar arasında Azərbaycanın İsraillə əlaqələrinin manipulyasiya edilməsi, Azərbaycanın beynəlxalq münasibətlərində gerçək olmayan addımların olması kimi versiyalar başqa mətləblərdən xəbər verir. Hesab edirəm ki, Türkiyə mediasında dezinformasiya, daha dəqiq desək, yalan və ya manipulyativ məlumatların qəsdən yayılması Azərbaycana qarşı informasiya savaşının tərkib hissəsidir”.

Bunu Gununsesi.info -ya açıqlamasında KONKRET.az saytının baş redaktoru, əməkdar jurnalist Fadil Paşayev deyib:

“Şüuru olan hər kəs görür ki, bu, təsadüfi deyil, qeyri-peşəkarlıqdan da irəli gəlmir, sırf metodik istifadə olunmuş dezinformasiya strategiyasıdır. Gəlin, konkret faktlara istinad edək. Məsələn, “Azərbaycan Fələstinlə münasibətdə daha çox İsraili dəstəkləyir” kimi iddiaları, bunun əsasında hazırlanan xəbərlər qəsdən və məqsədli şəkildə “fake news” kateqoriyasına aid edilir. Eləcə də guya Azərbaycanın nümayəndə heyətinin BMT sessiyasında Netanyahunun çıxışını alqışlayıb və ya dəstək verib kimi zərərli informasiyaları göründüyü kimi, ucuz forma olaraq foto-montaj vasitəsi ilə təqdim edilib.

Medianın İnkişaf Agentliyinin də bildirdiyi kimi, Türkiyənin “Hürriyet” və “Sabah” kimi böyük qəzetləri də çox təəssüflər olsun ki, bu cür saxta xəbərləri tirajlayıblar. Məsələyə eyni prizmadan baxsaq, belə bir qənaətə gəlmək olardı ki, Türkiyə Yaxın Şərq mövzusunda çox həssas olduğu üçün istənilən dezo-xəbərlərə meyillidir. Amma qardaş ölkənin mediasında Azərbaycanla bağlı digər mövzularda yalan məlumatların yer alması başqa yanaşmalar tələb edir. Məsələn, Azərbaycanın Ukraynaya silah göndərməsi iddialarını götürək. Həmin ağ yalanlarda vurğulanır ki, Azərbaycan üçüncü ölkələr vasitəsilə Ukraynaya silah göndərir. Baxmayaraq ki, bu iddialar rəsmi qaynaqlar tərəfindən dəfələrlə təkzib edilib. Daha bir bir iddiaya görə, əgər İsrailin iştirakı məhdudlaşsa, Azərbaycan “Eurovision”a qatılmaqdan imtina edəcək.

Əlbəttə, bu xəbər də Medianın İnkişaf Agentliyi və digər rəsmi mənbələr tərəfindən “tamamilə əsassız” elan olunub. Belə çıxır ki, qardaş ölkədə yayılan belə “fake news” trendləri Azərbaycan–Türkiyə arasında 2021-ci ildə imzalanmış Birgə Media Platforması ruhuna ziddir. Çünki bir çox hallarda məlumatların doğruluğu nəinki yoxlanılmır, sanki çox həvəslə, bəzədilmiş şəkildə dövriyyəyə buraxılır”.

Əməkdar jurnalist qeyd edib ki, Türkiyə cəmiyyəti və dünya ictimaiyyəti üçün yayılan bu tip xəbərlərin təsirinə düşənlər bilməlidirlər ki, Azərbaycan Türkiyə ilə İsrail arasında aparılan gizli danışıqlarda məharətlə vasitəçilik edib.

“Rəsmi açıqlamalara görə, Bakı artıq üç danışıqlar mərhələsini keçirib və bu dövlətlər arasında texniki razılaşmalar əldə etməyə çalışır. Bu fakt Azərbaycanın balanslı xarici siyasət xəttini, yəni yalnız bir tərəfə bağlanmamaq prinsipini göstərir. Bu da mövcud şəraitdə dezinformasiyanı daha da kəskinləşdirir. Hesab edirəm ki, yanlış iddialar bu balans siyasətini pozmaq məqsədi daşıya bilər.

Dezinformasiya kampaniyalarının arxasında ictimai rəyin manipulyasiyası bu baxımdan artıq sübut olunub. Dediyim kimi, Türkiyə ictimaiyyətində Fələstin həssaslığı güclüdür. Bu hissiyyatdan istifadə edənlər yanlış iddiaları ilə Azərbaycan haqqında mənfi imic yaradılmasına ciddi cəhdlər edirlər.

Eləcə də Türkiyə-Azərbaycan əlaqələrini zədələmək, xalqlar arasında şübhə toxumu səpmək, “qardaşlıq” narrativini zəiflətmək kimi məqsədlər də strateji hədəflərə yönəlib. O hədəflərə ki, regional balansı pozmağa yönəlib. Ermənistan, İran və digər regional dövlətlər bu boşluqlardan məharətlə istifadə edə bilər.

Həmçinin, Azərbaycanın İsraillə əməkdaşlığı və onun Cənubi Qafqazda artan rolunu bəzi aktorlar “çətinləşdirmək” istəyir. Sevindirici haldır ki, Azərbaycanın rəsmi mövqeləri operativdir. Yalan iddialara qarşı gecikmədən reaksiya verməyimiz informasiya savaşında xeyrimizə işləyir.

Çox təəssüflər olsun ki, bütün bunlar bir daha onu göstərdi ki, Türkiyədə məsuliyyətli media aktorları da səhv və manipulyativ məlumatlar verir. Maraqlıdır ki, aparıcı media orqanlarında fakt yoxlaması mexanizmləri olsa da, buna heç bir cəhd edilməyib”.

Fadil Paşayev vurğulayıb ki, bütün bunların fonunda Azərbaycan diplomatik dairələrdə və beynəlxalq media platformalarında dezinformasiya hallarına qarşı vaxtaşırı mövqe bildirir, medianın peşəkarlığı və məsuliyyəti məsələsini gündəmə gətirir.

“Odur ki, tam əminliklə deyə bilərəm ki, Azərbaycanın cavab taktikası bir jurnalist olaraq məni çox qane edir. Amma qane etməyən məqamlar da var. Necə olur ki, biz indiyə qədər Türkiyə ilə informasiya və yazılarda, şərhlərdə hər zaman həssaslıq nümayiş etdiririk, qarşı tərəf isə bu məsələdə olduqca biganədir?! Qardaşlıq tellərimizi qorumaq, münasibətlərə xələl gətirməmək üçün yalnız bu versiya üzərində dayanmaq istərdim. Türkiyə daxilində hələ də qardaş ölkələr arasında dərin mehribanlıq münasibətlərini qısqanan qüvvələr var. Bu qüvvələr hər zaman hərəkətə keçə bilər. Ona görə də ehtiyatı əldən verməməliyik”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri