İnformasiya və rabitə xidmətləri 3,6 milyard manatı keçib
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 3 milyard 639,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9 faiz artım deməkdir.
Marja.az Dövlət Statistika Komitəsinin Əsas Makroiqtisadi Göstəricilərin İcmalına istinadən xəbər verir.
2026-cı ilin yanvar–sentyabr aylarında informasiya və rabitə xidmətlərində artım 11,1 faiz olmuşdu. On aylıq dövrün nəticələrinə əsasən, artım tempi 1,2 faiz bəndi zəifləyib.
Bununla belə, informasiya və rabitə sektoru ölkə iqtisadiyyatında yüksək artım tempini qoruyan fəaliyyət sahələrindən biri olaraq qalır.
XXX
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi 14 milyard 288,8 milyon manat təşkil edib. Bu sahədə real artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz olub.
Marja.az Dövlət Statistika Komitəsinin Əsas Makroiqtisadi Göstəricilərin İcmalına istinadən xəbər verir.
2026-cı ilin yanvar–sentyabr aylarında bu sahədə artım 10 faiz təşkil etmişdi. On aylıq dövrdə artım tempi 0,2 faiz bəndi yüksəlib.
Nəqliyyat və anbar xidmətlərində ikirəqəmli artım sektorun iqtisadi fəallığının genişləndiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 11 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















