Icma.az
close
up
RU
ING: Azərbaycan ABŞ ticarət tariflərinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunub

ING: Azərbaycan ABŞ ticarət tariflərinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunub

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ABŞ-ın ticarət tariflərinin birbaşa təsirindən nisbətən qorunmuş hesab olunsa da, dolayı iqtisadi təsirlərə qarşı həssaslığını saxlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Niderlandın aparıcı maliyyə qurumlarından biri olan “ING Group”un son hesabatında qeyd olunur.

Bildirilir ki, ölkənin makroiqtisadi vəziyyəti sabit qalır. Lakin qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan üçün əsas risklər Çin və Avropa İttifaqı (Aİ) ilə ticarət əlaqələrinin dərinliyi, neft qiymətlərinin dəyişkənliyi və artan inflyasiya təzyiqləridir.

ING analitikləri bildirirlər ki, ABŞ tariflərinin MDB ölkələrinə birbaşa təsiri azdır. Bu, həmin ölkələrin ABŞ-a ixrac payının ümumilikdə 0,5-2 % arasında dəyişməsi ilə izah olunur. Eyni zamanda, MDB ölkələrinin ixrac gəlirlərinin 50-95 %-i xammal məhsullarına əsaslanır.

Məsələn, ixrac gəlirlərinin təxminən 40 %-ni qızıl hesabına əldə edən Özbəkistan üçün qiymət artımı müsbət təsir yarada bilər. Lakin ABŞ tərəfindən tarif tətbiq olunan əsas iqtisadiyyatlarla (xüsusilə Çin və Aİ ilə) sıx ticarət əlaqələri olan MDB ölkələri qlobal iqtisadi artımın zəifləməsindən dolayı mənfi təsirlərlə üzləşə bilərlər.

Bu kontekstdə ixracının 10-20 %-ni Çin və Aİ bazarlarına yönəldən Ermənistan və Özbəkistan xarici risklərə daha az məruz qalır. Əvəzində, bu istiqamətlərin payı 50-60 %-ə çatan Azərbaycan və Qazaxıstan daha çox risk altındadır.

Hesabatda enerji resurslarına olan asılılığa xüsusi diqqət yetirilib. Azərbaycanın büdcə gəlirlərinin 52 %-i, ixracın isə 88 %-i neft sektorundan formalaşır. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 22 % və 55 % təşkil edir.

Bununla belə, ING analitikləri Azərbaycanın daha dayanıqlı mövqedə olduğunu vurğulayırlar. Belə ki, balanslaşdırılmış büdcə və cari əməliyyatlar balansı üçün Azərbaycan üçün neftin bir barelinin qiyməti 63-64 dollar səviyyəsində yetərlidir. Qazaxıstan isə büdcə balansı üçün 80 dollar, cari hesab üçün isə 87 dollar qiymət səviyyəsinə ehtiyac duyur.

Bankın hesabatına görə, region ölkələrində inflyasiyanın artmasına həm qlobal, həm də daxili amillər təsir göstərir.

“Qlobal təchizat zəncirlərindəki pozulmalar qiymət artımını sürətləndirərkən, daxildə həyata keçirilən fiskal proqramlar, kommunal tariflərin artması və sosial xərclər də inflyasiya təzyiqlərini artırır. Bu amillər Azərbaycan, Ermənistan və Qazaxıstan üçün aktualdırə”, - ING hesab edir.

Mərkəzi banklar isə bu təzyiqlərə daha sərt siyasətlə cavab verirlər. Məsələn, Qazaxıstan Milli Bankı aprelin 11-də uçot dərəcəsini 16,5 % səviyyəsində saxlayıb və yüksək faiz dərəcələrinin uzun müddət qorunacağı ilə bağlı xəbərdarlıq edib. Bu qərarın daxili iqtisadiyyata təsiri isə məhdud olur, çünki ölkədə kredit portfelləri kiçikdir. İstisna olaraq, kreditlərin ÜDM-in 60 %-ni təşkil etdiyi Ermənistanda bu siyasətin təsiri daha güclü hiss oluna bilər.

Valyuta məzənnələri ilə bağlı ING-nin proqnozları birmənalı deyil. Dolların zəifləməsi MDB ölkələrinin valyutalarına nəzəri cəhətdən dəstək verə bilər. Lakin bu amil neft və qaz kimi ixrac gəlirlərinin azalması riskini kompensasiya etmək üçün kifayət etməyə bilər.

Analitiklərin fikrincə, Azərbaycanın milli valyutası – manat yüksək valyuta ehtiyatları və ÜDM-in 100 %-nə bərabər olan fiskal ehtiyatlar sayəsində sabitliyini qoruyur. Özbəkistan sumu isə qızıl qiymətləri və əvvəlki devalvasiyalar səbəbilə daha dayanıqlı görünür. Ən həssas valyuta isə Ermənistan dramıhesab olunur.

Qazaxıstan tengesi isə regional valyutaların dəyişkənliyinə qarşı həssas qalmaqda davam edir. Bununla belə, dövlət müdaxilələrinin yaxın perspektivdə onun məzənnəsini dəstəkləyəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri