Icma.az
close
up
RU
Uşaq müavinəti 100 manata çatdırılacaq

Uşaq müavinəti 100 manata çatdırılacaq

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda bir yaş yarımadək uşaqlara 44 manat, bir yaş yarımdan üç yaşadək isə 28 manat ödənilən müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq.

Gununesi.info xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

O vurğulayıb ki, qanun layihəsinə təklif olunan dəyişiklik “Sosial sığorta haqqında” qanunda 3 yaşınadək uşağa qulluğa görə müavinət təyin edilməsi üçün ən azı 6 aylıq sığorta stajı olması tələbinin müəyyən edilməsi ilə əlaqədar digər qanunlarda uyğunlaşma xarakterli dəyişiklik edilməsini şərtləndirir:

“Layihənin bu istiqaməti ailələrin, ilk növbədə isə kiçik yaşlı uşağı olan valideynlərin sosial müdafiəsinə xidmət edir. Bu günədək qanunvericilikdə istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışı əvəzinə “uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı tətbiq olunacaq. Bu, sadəcə ad dəyişikliyi deyil. “Qismən ödənişli” ifadəsi məzuniyyətin məqsədini deyil, ödənişin az olmasını önə çəkirdi. Yeni ad isə bu məzuniyyətin məqsədini — uşağın qayğısına qalmaq hüququnu ifadə edir.

Mahiyyət etibarı ilə ən mühüm dəyişiklik bundan ibarətdir ki, həm hamiləliyə və doğuma görə müavinət, həm də 3 yaşınadək uşağa qulluğa görə müavinət bundan sonra “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sosial sığorta müavinəti kimi təyin edilir və ödənilir.

Beləliklə, bu ödəniş sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndirilir və vahid sosial sığorta sisteminə daxil olur”.

Sədr qeyd edib ki, eyni yanaşma hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının, diplomatik xidmətdə çalışanların statusunu tənzimləyən aktlarda, həmçinin təhsil və səhiyyə qanunvericiliyində də tətbiq olunur. Nəticədə hansı sahədə çalışmasından asılı olmayaraq, valideyn üçün eyni anlayış və eyni təminatlar tətbiq ediləcək.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Noyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri