“Survivor”da format dəyişir 21 ildən sonra
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyənin məşhur “Survivor” yarışmasının 2027-ci il mövsümündə 21 illik tarixində ilk dəfə format dəyişikliyi ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, layihənin prodüseri Acun Ilıcalı “Survivor 2027”nin iştirakçı heyətini sosial şəbəkə hesabında açıqlayıb.
Yeni mövsümdə yarışmanın yadda qalan qaliblərindən olan Turabi Çamkıran və Ogeday Girişken iki komandanın kapitanı olacaq. Onların hər biri 10 nəfərdən ibarət komandanı idarə edəcək.
Yarışmada ümumilikdə 20 yeni iştirakçı mübarizə aparacaq. Mövsümün əsas mükafatı isə 10 milyon türk lirəsi olacaq.
Yeni formatın diqqətçəkən məqamlarından biri kapitanların böyük mükafat uğrunda birbaşa mübarizə aparmayacağıdır. 10 milyon lirəlik mükafat uğrunda komandaların digər iştirakçıları yarışacaqlar.
Acun Ilıcalının paylaşdığı təqdimat videosunda iştirakçılardan birinin üzündəki sarğılar da diqqət çəkib. Bu görüntülər sosial şəbəkələrdə maraq doğurub və həmin şəxsin kimliyi müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, “Survivor 2027”nin ilk buraxılışının 2027-ci il yanvarın 1-də yayımlanması planlaşdırılır.
Murad İsmayıl
Baxış sayı:91
Bu xəbər 11 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















