İngilis klubu stadionunu 999 il müddətinə icarəyə verdi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Miluol" futbol klubu "The Den" stadionunun 999 illik icarəsi ilə bağlı razılaşma əldə edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Bildirilib ki, klub və Luişem şəhər şurası "Miluol"a "The Den" stadionu və ətraf torpaqların 999 illik icarəyə verilməsini nəzərdə tutan bütün hüquqi sənədlərin imzalanmasını başa çatdırıblar.
"Bu əlamətdar razılaşma uzunmüddətli sabitliyi təmin edir, klubun tarixi ev stadionunu qoruyur və ambisiyalı, davamlı inkişaf üçün platforma yaradır", - deyə klubun bəyanatında qeyd olunub.
Qeyd edək ki, "The Den" stadionu Londonda yerləşir və 1993-cü ildə inşa edilib. 1885-ci ildə təsis olunmuş "Miluol" hazırda İngiltərə futbolunun gücünə görə ikinci liqası sayılan Çempionşipdə çıxış edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Mart 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















