Icma.az
close
up
RU
İngilis nəhəngindən türk futbolçu üçün 90 milyon avroluq təklif

İngilis nəhəngindən türk futbolçu üçün 90 milyon avroluq təklif

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" uğursuz nəticələrdən qurtulmaq üçün transfer planlarını aktivləşdirib. 

Qayanrinfo xəbər verir ki, "qırmızı şeytanlar" Türkiyə millisinin ulduzu Kenan Yıldıza böyük məbləğdə transfer təklifi etməyə hazırlaşır.

Mövsüm yeni başlasa da, İngiltərə klubu artıq 2026-cı ilin yayında "Old Trafford"a gətirə biləcəyi oyunçularla bağlı fəaliyyətə başlayıb. Bu oyunçulardan biri də "Yuventus"un mövsümə parlaq çıxışla başlayan türk hücumçusu Kenan Yıldızdır. 21 yaşlı futbolçu bu mövsüm İtaliya təmsilçisinin heyətində 12 oyuna çıxaraq 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

"Mançester Yunayted" rəhbərliyi Yıldıza görə "Yuventus"a 90 milyon avroya təklif etməyə hazırlaşır. İngiltərə mətbuatına görə, klub bu transferi 2026-cı ilin yayında reallaşdırmaq niyyətindədir.

İdman jurnalisti Mark Brus yazıb: "Mənə verilən məlumata əsasən, "Mançester Yunayted" Kenan Yıldıza 2026 yayında əsas transfer hədəfi kimi baxır. Onlar "Çelsi" və "Arsenal"dan daha irəli getməyə və 90 milyon avroya qədər təklif etməyə hazır görünür".

Brusun sözlərinə görə, Kenan Yıldız "Yuventus"un əsas oyunçularından biridir və klub onu asanlıqla buraxmaq istəmir. Mənbələrim bildirir ki, "Yuventus" gənc futbolçunu yeni müqavilə ilə saxlamaq istəyir.

Bununla belə, hər şeyin futbolçunun qərarından asılı olacağı vurğulanır. Əgər Yıldız müqaviləsini uzatmaqdan imtina edərsə, İtaliya klubu mövsüm sonunda onu satmaq məcburiyyətində qala bilər.

İtaliyanın "La Gazzetta dello Sport" qəzeti yazıb ki, Kenan Yıldızın "Yuventus"la yeni müqavilə və maaş danışıqları gözlənildiyi kimi irəliləmir. Tərəflər müqaviləni uzatmaq istəsələr də, maliyyə məsələsində razılıq əldə olunmayıb. Klub nikbin mövqedədirsə də, rəqəmlər hələ ortaq nöqtədə birləşmir.

Məlumata görə, "Yuventus" Kenan Yıldıza illik 5 milyon avro (bonuslar daxil) təklif edib. Lakin futbolçunun atası Engin Yıldız oğlunun performansını nəzərə alaraq bu məbləği yetərli saymır və daha yüksək əmək haqqı tələb edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri