İngilis rekordçu karyerasını başa vurdu
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ceyms Milner peşəkar futbolçu karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, 40 yaşlı futbolçu butslarını mıxdan asdığını sosial şəbəkə hesabları üzərindən bəyan edib.
Son 3 mövsümü "Brayton"da keçirən Milner İngiltərə Premyer Liqasında 658 matça çıxıb. Bu indiyədək turnir tarixində başqa heç bir oyunçunun nail ola bilmədiyi nəticədir.
Qeyd edək ki, karyerası ərzində yalnız İngiltərə klublarında çıxış etmiş Ceyms daha öncə "Liverpul", "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids"də top qovub. Ümumilikdə 13 titul qazanan orta xətt oyunçusu 3 dəfə İngiltərə çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Toğrul
Bu mövzuda digər xəbərlər:Avro 2024 ə doğru: rekordçu alman, bəxtsiz ingilis
29 Aprel 2026 09:02
Rekordçu karyerasını bitirdi
17 İyul 2025 11:59
Ukrayna ingilis raketləri ilə Rusiyanı vurdu
20 Noyabr 2024 20:59
İngilis klubundan rekord
20 Oktyabr 2025 09:55
Bavariya ingilis futbolçunu buraxmayacaq
28 Mart 2025 12:07
Baxış sayı:131
Bu xəbər 01 İyun 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















