İngiltərə, Fransa, Almaniya və Ukrayna Trampın sülh planını dəstəklədiklərini bir daha bəyan edib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü yazılı açıqlamada bildirib ki, dünən Londonda keçirilən görüşdə Ukraynanı Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrii Sybiha və müdafiə naziri Rustem Umerov təmsil edib.
Görüşün İngiltərə, Fransa və Almaniyadan ibarət E3 ölkələri ilə ABŞ və Ukrayna nümayəndələri arasında keçirildiyini bildirən sözçü, "Bütün tərəflər Prezident Trampın qətlləri dayandırmaq, ədalətli və davamlı sülhə nail olmaq əzminə güclü dəstəyini bir daha təkrarladılar" deyib.
Sözçü danışıqların uğurla keçdiyini vurğulayaraq əlavə edib: "Gələcək addımlar barədə ümumi razılığa gəlməkdə mühüm irəliləyiş əldə olunub. Yaxın koordinasiyanın davam etdirilməsi razılaşdırılıb".
Qeyd edək ki, ötən həftə İngiltərə, Fransa və Almaniya Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Parisdə ABŞ və Ukrayna rəsmiləri ilə görüşüb və bu görüşün davamının Londonda keçiriləcəyi açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Aprel 2025 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















